Ağcaqanadların sevdiyi qan qrupu

Ağcaqanadların sevdiyi qan qrupuYay xoş havası və təbiəti ilə bizi sevindirir. Bu mövsümdə müxtəlif istirahət növləri olsa da, harada dincəlməyinizdən asılı olmayaraq, kefimizə soğan doğrayan ağcaqanad və milçəklər mütləq tapılacaq. Məhz bu həşaratlar isti yay günlərində bəzi insanların gününü daha çox qara edir. Yəqin ki, çoxlarınız müşahidə etmisiniz ki, bəzi insanlar ağcaqanadların hücumuna daha çox məruz qalır. Bəziləri isə ağcaqanad sancmasından ümumiyyətlə şikayətlənmir. Bəs bunun səbəbi nədir?

BiG.AZ publika.az-a istinadən bildirir ki, Yaponiyada aparılan araşdırmada məlum olub ki, ağcaqanadlar ən çox birinci qan qrupunu sevir. Alimlər ağcaqanadların birinci qan qrupunu seçməsini bu qan qrupunun daha dadlı olması ilə izah edir.

ABŞ-da aparılan başqa bir araşdırmada isə ağcaqanadların pivə içən insanları daha çox sancdığı göstərilib. Araşdırmada o məlum olub ki, ağcaqanadlar gecələr digər vaxtlardan 500 qat daha hərəkətli olur. Dolayısı ilə ağcaqanadlar qan ovuna gecələr çıxır.

Ayaq qoxusu

Ağcaqanadlar ayaq qoxusuna qarşı da çox həssas olur. Alimlərin apardığı tədqiqatda ağcaqanadların orqanizmdə ən çox ayaq qoxusuna gəldiyini, lakin ayaqlar lavanda, rozmarin tərkibli sabunla yuyulduğu zaman ağcaqanadların həmin adamdan uzaqlaşdığı məlum olub.

Hamilə qadınlar da əsas hədəfdir

Digər qadınlarla müqayisədə hamilələr ağcaqanad sancmasına daha çox məruz qalır. Tədqiqatçılara görə, hamiləliyin son mərhələlərində olan qadınların nəfəs vermə nisbəti 21 faiz artır və nəfəsdəki rütubət, karbondioksid ağcaqanadları özünə çəkir. Hamilə qadınların qarın nahiyəsində təxminən 1 dərəcəlik daha yüksək hərarət olduğundan bu, orqanizmin tər yoluyla ağcaqanadlara cəlbedici edən maddələr ifraz etməsinə yol açır.

Qara və qırmızı geyinməyin

Nəfəs verərkən havaya buraxılan karbondioksid və tər laktik turşu kimi maddələr ağcaqanadların ovunu daha asan tapmasına yardım edir. Buna görə də idmanla məşğul olanların sancılma riski daha yüksəkdir. Florida Univertitetinin professoru Bart Knolsun tünd rəng paltar geyənlərin açıq rəng geyinənlərlə müqayisədə ağcaqanadları daha çox cəlb etdiyini qeyd edib. Ağcaqanadları ən çox cəlb edən rəng qara və qırmızı, ən az cəlb edən rəng isə sarıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13270   Tarix: 20 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 275
.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 477
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

28.04.2024 347
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 413
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 404
.

Ben Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu

ABŞ-nin Florida ştatında "Əl-Qaidə" lideri Üsama Ben Ladenin ailəsinin keçmiş mülkü sökülüb. Oklend şəhərində yerləşən bina uzun müddət Usama Ben Ladenin qardaşı Xəlilə məxsus olub. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror aktından sonra Xəlil iqamətgahını tərk edərək şəxsi təyyarəs

28.04.2024 397
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 293
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 520
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 319