Azərbaycan dilində Günəşin adı dəyişsin! - "Dolanan"

Azərbaycan dilində Günəşin adı dəyişsin! - "Dolanan"""İpəzor", "Süranə" və "Geyçim"... Bu sözlər son günlər ölkənin az qala gündəmi olub desək bəlkə də yanılmarıq. İddiaya görə, bu sözlər "şpilka", "kupalnik"in qarşılığı olaraq Azərbaycan dilinin orfoqrafiya lüğətinə salınıb.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu son günlər sosial şəbəkədə qurum tərəfindən Azərbaycan dilçiliyinə heç bir məntiqə əsaslanmayan, eyni zamanda gülməli səslənən yeni sözlərin gətirildiyi barədə fikirlərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, qurumdan anspress-ə verilən məlumata görə, son günlər xüsusilə "Facebook" sosial şəbəkəsində dilçiliyə birmənalı qarşılanmayan bəzi yeni sözlərin daxil olması barədə fikirlər yayılıb. Bu sözlər heç də birmənalı qarşılanmayıb.

Dilçilik İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü deyib ki, sosial şəbəkədə yayılan bu iddialar heç bir reallığı əks etdirmir: "Bu cür sözləri ictimaiyyətə dilçi alimlər təklif etməyib, onlar İnstitutun Elmi Şurasında müzakirə olunmayıb. Sosial şəbəkədə müzakirəyə çıxarılan bu tipli sözlər müəyyən qrup insanların uydurmasıdır".

Onun sözlərinə görə, hazırda filologiya elmləri doktoru Sayalı Sadıqovanın rəhbərliyi ilə Azərbaycan dilinin izahlı lüğəti hazırlanır və qeyd edilən həmin sözlərin yeni hazırlanan lüğətə daxil edilməsi barədə söhbət getmir.

Hətta qeyd edilən sözlərdən "ilhamlanan" bəzi vətəndaşlar Azərbaycan dilinə yeni gülməli sözlər "gətirməyi" də unutmayıblar. Nazirlər Kabineti yanında terminalogiya komissiyası sədrinin müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadoqova da bir qrup insanın müzakirəyə çıxardığı gülünş doğuran sözlərdən komissiyanın xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, bu barədə heç bir təklif verilməyib və bu sözlər heç biri işlək olmayacaq.

"Kimlərsə özündən yeni sözlər yaratmaq istəyir. Bunu da komissiyanın adına çıxırlar. Biz bu sözləri ortaya çıxaran şəxslər barədə Ədliyyə Nazirliyinə müraciət etmişik. Həmin şəxslər barəsində hüquqi tədbir görüləcək. Dilimizə daxil olan yeni sözlərin qarşılığının tapılması işi ilə bağlı hər sahənin öz mütəxəssisləri məşğul olur. Məsələn, yeni daxil olan termin fizikaya aiddirsə, yeni sözün tapılması ilə fiziklər məşğul olur. Bunun üçün bizim 16 komissiyamız var. Termini mütəxəssis yaratmalıdır, vətəndaş yox. Ona görə də, söz hazırlanarkən mütəxəssisin rəyi önəmlidir, vətəndaşın yox. Sözün bütün əlamətləri yeni yaranan sözdə öz əksini tapmalıdır".

S.Sadıqova yeni sözlərin yaradılması ilə bağlı komissiyaya çoxsaylı müraciətlərin də daxil olduğunu deyir. Məsələn, vətəndaşlar müraciət edir ki, günəşin adını niyə "günəş" qoymusuz? O, 24 saat dolandığı üçün adını "dolanan" qoyaq. "Təbii ki, bu baş verə bilməz. Yaxud da "bucaq" sözünün "künc" sözü ilə əlavə edilməsi ilə bağlı da çoxsaylı müraciətlər daxil olur. Axı riyazi termin olan "bucaq" sözünü "künc" sözü ilə əvəz etdikdə çətinlik yaranır. Məsələn, "altıbucaq" yerinə, "altıkünc" sözü çətin səslənir".

Qeyd edək ki, terminlər lüğətinin 2-ci hissəsi noyabrda işıq üzü görəcək. Hələlik həmin lüğətə nə qədər və hansı sözlərin daxil olunacağı bilinmir. Ancaq o bəllidir ki, bu lüğətdə gülüşə səbəb olan "geyçim", "süranə" kimi olmayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1736   Tarix: 14 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428