Rusiya millisinin üzvü "Rəvan"da (Video)

Rusiya millisinin üzvü Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış "Rəvan" 18 yaşlı Şarapudin Şalbuzovun adını iştirak ərizəsinə daxil edib. Premyerliqa.az saytı 2 il Rusiyanın U-17 yığmasının kapitan sarğısını daşımış futbolçu haqqında ətraflı məlumat toplayıb.

Şarapudin Şalbuzov 1993-cü ildə Dağıstanda anadan olub. O, 9 yaşından futbolla məşğul olmağa başlayıb.

2006-cı ildə "Anji"nin uşaq komandasının heyətində Volqoqradda keçirilən turnirə yollanıb. Final görüşündə vurduğu iki qolla diqqətləri cəlb edən Şara yerli komandaya cəlb edilib. 2 il Volqoqradın "Olimpiya Ehtiyatları" komandasında çıxış edib və 2008-ci ildə Şalbuzov Moskvanın "Ehtiyat Əmək Qüvvələri Uşaq Futbol Məktəbi"nə dəvət olunub.

Şara paytaxt komandasında göstərdiyi oyunla yığmanın çalışdırıcısı İqor Simutenkovun xoşuna gəlib və 1993-cü illərdən ibarət Rusiya millisinə çağırılıb. Çıxış etdiyi klubda kapitan sarğısını daşıyan yarımmüdafiəçi cəmi 1 aydan sonra milli komanda da kapitan təyin olunub. 2 il Rusiyanın U-17 komandasının şərəfini qoruyan futbolçu 2010-cu ildə zədə səbəbindən çıxışını dayandırmalı olub.

Qeyd edək ki, pleymeyker olan Şara çıxış etdiyi klubun heyətində "Real", "Yuventus", "Bayer", "Everton" və "Beşiktaş"lı həmyaşıdlarına, milli səviyyəsində isə Türkiyə, Rumıniya, İtaliya, Serbiya kimi yığmalara qarşı oynayıb.

BiG.AZ saytı Şaranın çıxışlarından hazırlanmış roliki təqdim edir. Rolikdə futbolçunun vurduğu qollar, verdiyi ötürmələr nümayiş olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1742   Tarix: 27 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 170
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 270
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 512
.

Azərbaycanlı cüdoçu: Avropa çempionu olmaq xəyalım idi

Avropa çempionu olmaq xəyallarımdan biri idi. "Report"un məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenay

28.04.2024 168
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15.04.2024 346
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 383
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 559
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 302
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12.04.2024 931