Yaxın aylarda Qarabağda müharibə başlayır?

Yaxın aylarda Qarabağda müharibə başlayır?"Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin"

"Azərbaycan və Ermənistan arasında baş tutan diplomatik görüşlərdə Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri zəif idi. Lakin aprel hadisələrindən sonra Azərbaycanın bəzi əraziləri azad etməsi diplomatik prosesdə yeni mərhələ başlatdı".

ANS PRESS-in məlumatına görə, bu fikirləri İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkə rəhbərlərinin görüşlərində Dağlıq Qarabağın statusuna dair hər hansı məsələnin müzakirəsi olmayıb:

"Şəxsən mən hesab edirəm və çox güman ki, Azərbaycan yenidən Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq. Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var".

"İşğal olunmuş ərazilərin böyük bir hissəsi Azərbaycana geri qaytarılacaq"

Politoloq bildirib ki, Azərbaycan bir və ya iki işğal edilmiş rayonun qaytarılması üçün yenidən çalışacaq. Çünki Azərbaycanın aprel döyüşlərində əsas məqsədi zəbt olunmuş ərazilərin geri qaytarılmasından daha çox Dağlıq Qarabağın özünə yönəlmişdi. Lakin bu 1-2 rayonu geri qaytarmaq o qədər də asan deyil. Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin", -deyə Kirakosyan əlavə edib.

Riçard Kirakosyan bildirib ki, burada Ermənistanın və Dağlıq Qarabağın istənilən halda birtərəfli güzəştlərə gedəcəyi ağlabatan deyil. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin böyük bir hissəsi zaman keçdikcə, Dağlıq Qarabağın statusu və təhlükəsizliyinə təminat müqabilində Azərbaycana geri qaytarılacaq:

"Ancaq bununla belə, Laçın (Laçın dəhlizi, həmçinin Laçın rayonu) və Kəlbəcər danışıqların predmeti ola bilməz. Təəssüf ki, bu gün Ermənistan və Dağlıq Qarabağ arasında tərəfdaş yoxdur. Rusiyanın siyasəti silah satmaqdan ibarətdir. Bununla belə bu gün Rusiya tərəfindən Azərbaycana Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyi üçün real təhlükə olduğu bildirilir".

İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyanın Azərbaycan tərəfinin tezliklə işğal altında olan torpaqlara hücuma keçəcəyi barədə fikirlərini ANS PRESS-ə şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan ordusu yüksək döyüş hazırlığında olsa da, ölkəmizin hələlik hücum etmək planı yoxdur. Onun sözlərinə görə, bu hücum ən azı prezidentlərin Paris görüşü olmayana qədər baş tutmayacaq:

"Bu görüşlərdə ilk dəfə olaraq sülh danışıqlarının çərçivə sazişi və fundamental prinsipləri razılaşdırılmalıdır. Bu proselər baş verməmiş müharibə olacağı ilə bağlı fikir söylənilməsi təxribatdır. Ermənistan tərəfi də yaddaşında saxlamalıdır ki, əgər danışıqlar nəticə verməsə və ermənilər torpaqlarımızı işğal altında saxlamağa davam etsələr müharibə ilə baş-başa qalacaqlar. Ancaq bu müharibənin zamnını Azərbaycan müəyyən edəcək, erməni politoloqu yox".

Erməni politoloqun Laçın və Kəlbəcərin danışıqlar predmeti ola bilməyəcəyi barədə fikirlərinə isə Qabil Hüseynli belə münasibət bildirdi: "Bu həyasızlığın ən yüksək formasıdır. Ermənistan tərəfi hansı haqla Laçın və Kəlbəcəri geri qaytarmaya bilər?. ABŞ, Almaniya və Rusiya kimi böyük dövlətlər işğal edilmiş 7 rayondan erməni qoşunlarının çıxarılmalı olduğunu deyir. Yalnız bundan sonra Dağlıq Qarabağın statusu ətrafında danışıqlar prosesi başlaya bilər. Ona görə də, bu fikirlər qəbuledilməzdir".

Politoloq onu da bildirdi ki, son vaxtlar xüsusən ABŞ, Almaniya və bəzi Avropa dövlətləri (Fransa istisna olmaqla ) Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə başlayıblar. Buna səbəb isə həmin dövlətlərin Rusiyanın regiondakı mövqeyini zəiflətmək istəyidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3132   Tarix: 04 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qida təhlükəsizliyi pozuntularına görə cərimələr

"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır". Bunu BİG.AZ-a açıqlamasında vəkil Turan Abdullazadə bildirib. O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalar, restoranlar, kafelər, barlar və s.) əhalini

18.12.2025 182
.

Yadigar Muradovun yerinə direktor əvəzi təyin edildi (FOTO)

Şuşa Dövlət Dram Musiqili Komediya Teatrına yeni direktor əvəzi təyin olunub. Qaynarinfo xəbər verir ki, direktor səlahiyyətlərini Əməkdar artist, mərhum Yadigar Muradovun müavini Azad Məmmədov icra edəcək. Əməkdar artist Azad Məmmədov məlumatı Qaynarinfo-ya təsdiqləyib. Xatırladaq ki, Şuşa Dövlət Dra

18.12.2025 247
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

18.12.2025 244
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

Xəlil Göyüşov şadlıq sarayında camış ətinin verilməsindən danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."

"Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov sahibi olduğu "Ramin-Nur" şadlıq sarayında camış ətini dana əti adı ilə təqdim olunaraq istehlakçıların aldadılmasından danışıb. İş adamı Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatdan naraz

18.12.2025 259
.

1 milyon manatlıq dələduzluq edənlərə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə "056" avto salonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq edən Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmədə hökm oxunub. xəbər verir ki, məhkəmə Kamil Habillinin və Fərid Cəlalovu

18.12.2025 167
.

"Sizin heç birinizə borcum yoxdur" - Zaur özündən çıxdı

"Nə mənim, nə də çalışdığım kanalın heç kəsə borcu yoxdur. Bura gələn insanlar dərdlərini danışır, biz də qurumlardan xahiş edib onu həll edirik. Kiminsə "Mənə bunu etmədiniz" deyib gileylənməyə haqqı yoxdur. Mən də insanam. xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev deyib. O

18.12.2025 305
.

"Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını

18.12.2025 199
.

TOP MP3