"AZAL" arzuolunmaz sərnişinlərin siyahısını açıqladı

"AZAL" arzuolunmaz sərnişinlərin siyahısını açıqladıAzərbaycan Hava Yolları (AZAL) şirkəti arzuolunmaz sərnişinlərinin siyahısını açıqlayıb.

BiG.AZ fins.az-a istinadən xəbər verir ki, bu barədə məlumatlar şirkətin rəsmi internet səhifəsində yerləşdirilib.

Həmin siyahıda olub-olmadığını dəqiqləşdirmək istəyən vətəndaşlar saytdakı xüsusi bölməyə ad-soyadlarınıp və şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməlidir.

Əgər adınız siyahıda varsa, hansı səbəbdən adınızın bura daxil edilməsi barədə məlumat əlavə ala bilərsiz. Heç bir informasiya tapılmasa, deməli siz rahatlıqla AZAL-la uça bilərsiz.

Siyahıda neçə nəfər var?

AZAL-ın mətbuat xidmətindən aldığımız məlumata görə, bu günədək şirkətin arzuolunmaz sərnişinlər siyahısında 82 nəfər daxil edilib. Bunlar qaydaları pozanlardır:

"Sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. Təyyarənin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, təyyarə və ya onun ekipajı üçün təhlükə törətməməlidir".

"AZAL"-ın müəyyən etdiyi təhlükəsizlik qaydalarına görə, uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür.

Sərnişinlər məhkəmədə cərimə oluna bilər

"AZAL" qaydaları pozan şəxslərin uçot və monitorinq sistemini tətbiq edir. Belə şəxslər, qanun pozanın hərəkətinin ictimaiyyət üçün təhlükə səviyyəsini nəzərə almaqla, 3 ay və artıq müddətə "Arzuolunmaz sərnişinlər siyahısına" daxil edilir.

Qanunu pozan barəsində məlumatların "Arzuolunmaz sərnişinlər siyahısına" daxil edilməsindən başqa aviaşirkət məhkəmə qaydasında cinayətkardan onun qeyri-qanuni hərəkətləri nəticəsində aviaşirkətə dəyən bütün xərclərin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır.

Bu qaydaları pozanda arzuolunmaz sərnişin olursuz.

Uçuş zamanı hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulması dedikdə aşağıdakılar başa düşülür:

- aviaşirkət tərəfindən müəyyən olunmuş qaydaların pozulması (siqaret çəkmək, elektron vasitələrdən və sairdən istifadə etmək)

- heyət üzlərinə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək və ya heyət üzvlərinin öz vəzifə borclarını yerinə yetirməsinə əngəl yaratmaq və ya heyət üzvünün öz vəzifəsini yerinə yetirmək qabiliyyətini azaltmaq;

- başqa sərnişinlərə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək;

- hava gəmisinin personalının və ya heyətinin aviasiya təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına dair tələblərindən imtina etmək;

- orqanizmin zəhərlənməsinə gətirib çıxaran narkotiklərdən və ya həddən artıq alkoqol içkilərdən istifadə etmək;

- xuliqanlıq hərəkətləri, söyüş, şifahi olaraq təhqir etmək və sair;

- yaşlı və ya yeniyetmə sərnişinləri təhqir etmək və ya zorakılıq tətbiq etmək (hərəkət);
- hava gəmisinin əmlakının və ya avadanlığının qəsdən (düşünülmüş şəkildə) korlanması (məhv edilməsi) və ya sıradan çıxarılması;

- başqa pozma halları (icazəsiz siqaret çəkmək, elektron qurğulardan icazəsiz istifadə etmək, sərnişin terminalını və ya hava gəmisini tərk etməkdən imtina və sair.)

- uçuşların təhlükəsizliyinə təhlükə yaradan və buna görə Azərbaycan Respublikasının cinayət qanunlarına görə məsuliyyətə cəlb olunması nəzərdə tutulan cinayət tərkibli istənilən başqa hərəkət.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1543   Tarix: 01 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264