"Uşaqlarım nə "papa balasıdırlar", nə "mama"..." - aparıcı Mətanət

"Uşaqlarım nə "papa balasıdırlar", nə "mama"..." - aparıcı MətanətBiG.AZ tanınmış tele və radioaparıcı Mətanət Əliverdiyevanın milli.az-a müsahibəsini təqdim edir:

- Bəlkə də bu şüuraltı təsvirin nəticəsidir, amma səninlə ünsiyyətdə olanda adama elə gəlir ki, radioya qulaq asırsan. Bəs, evdə övladlarınla necə danışırsan, səs tembrin dəyişir?

- Gərək birinci soruşaydın ki, evdə ümumiyyətlə tapılırsan? (gülür). Uşaqlarım məni ancaq ekrandan görür və ya efirdən eşidirlər. Artıq seriala baxıb, məni Mətanət yox, Nəzakət deyə çağırırlar. Əgər ciddi danışsaq, mən həyatımı radio ilə bağladım və bir çox insanların məni məhz səsimə görə tanıması mənə xoş olmaya bilməz.

- Radioya o qədər bağlandın ki, hətta aparıcılıqla, aktrisalıqla da məşğul olsan belə, radio yaradıcılığnda əsas olaraq qaldı.

- Əlbəttə. ATV telekanalına dörd il bundan öncə gələndə də sırf radioya gəldim və mənə təklif edəndə ki "Olaylar" verilişini aparım, çox tərədüd edirdim, deyirdim ki, ekranda görünmək istəmirəm.

- Peşman deyilsən ki, göründün və səni artıq səslə yox, sima olaraq da tanıdılar?

- Heç peşman deyiləm! Əksinə, mənim digər bir istedadım da üzə çıxdı - söhbət aktisalığımdan gedir. Hələ məni başqa bir ampluada da görə biləcəksiniz. Talantlarım çoxdur, tükənməyib hələ... (gülür)

- Hansı ampluada? Birdən oxumağa başlayarsan, xəbərimiz olmaz...

- Yooox, müğənnilik mənlik deyil! Səsim olsa da bu peşədə özümü görmürəm.

- Bəs daha hansı peşə "sənlik" deyil?

- Mən heç vaxt təyyarəçi və ya kosmonavt ola bilmərəm, çünki yüksəklikdən qorxuram və təyyarədə adi sərnişin kimi uçanda belə, halım dəyişir. Amma mən yaxşı həkim ola bilərəm, ginekoloq ola bilərəm, çünki bu peşədən anlayışım var, bağça müəlliməsi ola bilərəm, çünki uşaqları çox sevirəm. Ümumiyyətlə, mənim peşə kompleksim yoxdur - hər bir işdə işləyə bilərəm. Bir dəfə maşınımın şüşəsini silirdim, uşaqlar zarafatla dedilər ki, yeni peşə tapmısan özünə", amma burada nə var ki, heç vaxt utanc hissi keçirmirəm, heç bir peşəyə görə.

- Uşaqları çox sevirsən, dedin. Öz uşaqların "papa balasıdır", yoxsa "mama balası"? Atalarına çox meyillidirlər, yoxsa sənə?

- Nə "papa balasıdırlar" nə "mama". Mənim uşaqlarım tam sərbəst və azaddırlar.

- Hətta kiçik oğlun?

- Əlbəttə! Onun səkkiz yaşı var və mən onun fikirlərinə müdaxilə etmirəm. Nə deyirsə, deyirəm, baş üstə! Deyir, bu yeməyi yemək istəyirəm - deyirəm, baş üstə, deyir, bu oyunu oynamaq istəyirəm, deyirəm, baş üstə...

- Bəs desə, dərs oxumaq yox, oynamaq istəyirəm, onda nə deyirsən?

- Onda da deyirəm, "baş üstə". Təpki ilə ona dərs oxutdursam, onsuz da oxumayacaq. Deyir ki, olar, bir az oynayım, sonra oxuyum? Deyirəm - oyna. Sonra isə özü gedib dərs oxuyur. İnsana azadlığı uşaqlıqdan vermək lazımdır. Onun üstünə qışqırmaqla və ya onu nəyə görə isə vurmaqla iş düzəlmir. Oğlum nəyi isə sındırsa, dağıtsa belə, mən onu vurmuram, üstünə qışqırmıram. Sadəcə deyirəm ki, eybi yox, daha oldu, amma bir daha belə etmə. Mən təpkili ana deyiləm. Uşaq dağıtmalıdır, sındırmalıdır. Özü də bizdə sındırılası bir şey də yoxdur axı (gülür). Mən rəsmləri sevdiyim üçün bizdə rəsmlər çoxdur, vaza, serviz - belə aksessuarların ümumiyyətlə tərəfdarı deyiləm.

- Özün dediyin kimi, peşə kompleksin yoxdur, bəs mühitə uyğunlaşmaq necə - tez uyğunlaşa bilirsən, yoxsa bu bir az vaxt tələb edir? Misal üçün, ATV telekanalına uyğunlaşma prosesi necə keçdi? Neçə illər bir kolektivdə işləyib, sonra tamamilə başqa bir mühitə necə uyğunlaşdın?

- Çox gözəl! Axı baxır hansı mühitdən hansı mühitə düşürsən! Bundan da çox şey asılıdır! Bir də görürsən ki, insan valideynindən də inciyib, evdən çıxıb gedir. Mənim haradasa xətrimə dəyirlərsə, mən oradan gedib, bir daha oraya qayıtmıram, hətta qabaqda məni hər hansı neqativ gözləsə belə. Çünki əminəm ki, nə olsa da, bundan pis olmayacaq! Mən elə bir mühitə gəldim ki, elə bil tamam başqa bir ölkədəyəm. ATV-də çalışdığım bu dörd ildə bir dəfə də görmədim ki, kimsə kiminsə işinə qarışsın, kimsə kiminsə "ayağını qazsın", kimsə kimdənsə nəsə yazsın, aparsın versin müdiriyyətə...

Yəni doğrudan da sözün əsl mənasında azad Azərbaycanda çalışıram. Kanalın xadiməsindən tutmuş kanalın rəhbər vəzifəsində çalışan insanlara qədər, hamıya eyni gözlə baxırlar. Ay, mən bir az vəzifədəyəm, mən başqa cür salamlaşım - burada mən belə hallarla rastlaşmadım.

- Lakin kanalın aparıcı işçilərinin belə düşünməsinə baxmayaraq, kənarda başqa cür düşünüb, başqa fikir söyləyənlər də tapılır...

- Kim deyir onu, kim başqa fikrə düşə bilər? Özün bilirsən ki, hər zaman sözü üzə deyən adamam. Hansısa başqa münasibətlər görsəydim, artıq bu telekanalda qalmazdım, çünki mən elə başqa münasibətlərə görə o biri telekanaldan getdim!

- Sən getməsən də, yazılar gedir ki, ATV telekanalında ikihakimiyyətlilikdir və hamı "iki cəbhə" arasında qalıb. Sən onların hansına qulluq edirsən?

- Belə fikir deyənin hakimiyyət başından vursun. (gülür.) Bu fikirlərin bir adı var - paxıllıq. Telekanalın rəhbəri kim olur? - onun prezidenti. Sonra gəlir vitse-prezidentlər və ictimai-siyasi departamentinin baş redaktoru. Qadasını alım bizim baş redaktorun - Vaqif müəllimi ancaq dəhlizdə görürəm, salamlaşırıq, söhbətləşirik, bircə dəfə də demir ki, niyə filan şeyi filan cür elədin, heç bir işimə qarışmır! Telekanalımızın prezidenti Vüqar müəllimlə səhərlər rastlaşırıq, çünki kanala ən tez gələn bizik. Bir dəfə məndən soruşdu ki, "Ay qız, sən gecələr elə burada qalırsan?" Sonra bir də görəndə dedi ki, "yenə məndən tez gəldin işə"... Axı mən artıq səhər yeddinin yarısı işdə oluram ki, radio xəbərləri oxuyum. Liftlə qalxanda belə Vüqar müəllim məni gözləyir, belə bir münasibətdən kim narazı qala bilər? Və yaxud vitse-prezidentimiz Rauf müəllim - hamı ilə eyni xoş münasibətdədir, təkcə məndən söhbət getmir.

- Bəs Vaqif müəllim demir ki, Rauf müəlimin yanına girdin və ya əksinə, kanalın vitse-prezidenti irad tutmur ki, niyə baş redaktorun yanında idin?

- Qətiyyən! Mən belə bir halı heç təsəvvürümə belə gətirmirəm. Bu dörd ildə bir dəfə də olsun, belə halla rastlaşmamışam. Burada mənim qapımı heç hay-harayla açıb girən olmayıb. Hamımız birik, heç kəsə ayrı-seçkilik qoyulmur. Oturub bir-birimizin paxıllığını çəkincə, əyriliyini axtarınca daha yaxşı olardı ki, daha qlobal məsələlərlə birlikdə məşğul olaq, onlara fikir ayıraq və cəmiyyətə bu yolla xeyir verək.

- Rəhbərliyin münasibətini başa düşdük, bəs həmkarlarının bir-biri ilə münasibəti necədir?

- Mən özümdən danışa bilərəm. Heç kəs deyə bilməz ki, mən kiminsə xətrinə dəymişəm, onu acılamışam. Dəysəm belə, o adamı qucaqlayıb, öpüb, üzr istəməyi bacarıram.

- ATV kanalının digər siması Zaur Baxşəliyevlə münasibətin nəcədir? İki qoçun bir qazanda başı qaynaya bilir?

- Bilir də sözdür? Onunla qucaqlaşanda elə görüşüb-öpüşürük ki, hamı deyir, bu necə isti görüşməkdir? Çox istərdim ki, onunla birgə bir veriliş aparım. "Ford Bayard"da biz birgə çalışdıq və bir-birimizi çox gözəl anlayırdıq. İnanıram ki, növbəti dəfə də çox yaxşı alınar...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2082   Tarix: 30 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961