Bakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLAR

Bakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARİyunun 6-dan Bakı çimərlikləri dəniz sevənlər üçün açılıb. Amma bəzi çimərliklərin "özəlləşdirilməsi", dənizin ekoloji durumu istirahət üçün çimərliklərə gedənlərin seçim imkanını daraldır. Odur ki, şəhərə ən yaxın və illərdir ən çirkli çimərlik sayılan Şıx çimərliyinə gələnlər çoxalır. Çünki pulsuz çimərlik yalnız buradır. Bu da Şıx çimərliyinin sahil zolağının kiçik bir hissəsinə aiddir. Ona görə ki, orada xüsusi xidmət sahələri - otellər, yeməkxanalar, istirahət mərkəzləri yaradılır ki, onların ərazisinə daxil olmaq ödənişlidir.

BiG.AZ-ın məlumatına görə, Bizimyol bu mövzuda hazırladığı materialda yazır ki, ötən illərlə müqayisədə bu il Şıx çimərliyinin sahil zolağı təmizdir. Sən demə, icra hakimiyyəti bu il Bakıda keçirilən "Formula 1" yarışından öncə sahildə iməcilik işlərini həyata keçirdib. Təmizlik işlərindən sonra Şıx çimərliyinə yenidən "Çimmək qadağandır" və "Ərazini zibilləməyin" elanı vurulub. Amma görünən odur ki, ay başa çatmamış buraya istirahət etməyə gələn şəxslər yediklərini elə burada da qoyub gediblər. Çimərlik sahəsində su qablarına və qarpız qabıqlarına tez-tez rast gəlinir. Burada zibil qabı isə yalnız bir yerdə - çimərlik sahəsinin giriş hissəsindədir. Sahildə polis post-patrul xidmətinin əməkdaşları mütəmadi olaraq müşahidə aparırdılar.

"Paytaxt əhalisinin sərinləmək üçün üz tutduğu yer məhz çimərlikdir, dəniz sahilidir. Dəniz olmasaydı, inanmıram ki, Abşeron torpağında yaşayış mümkün olardı. Bakı əhalisi həmişə havalar isti olan kimi dəniz sahilinə gəlib, burada sərinləyiblər. Amma son zamanlar dəniz sahilinin zəbt olunması insanların əsəbini dara çəkir. Hamımız bilirik ki, burada çimmək olmaz, insan sağlamlığına zərərlidir. Amma sahili təmiz ərazilər də zəbt olunub, otel-restoran tikilib. Camaatın hamısının pulluya getməyə imkanı yoxdur axı. Mənim kimi təqaüdçü, əlbəttə, pulsuz yerə getməyə məcburdur. Diqqət edin, yüzlərlə adamın gəldiyi bu çimərliyə bir zibil qabı qoyublar. Tualet isə ümumiyyətlə yoxdur", - deyə paytaxt sakini Əli Həsənov bildirdi.

Şıx çimərliyinin sahil zolağını gəzdikdə məlum olur ki, "Çimmək qadağandır" elanı vurulan çimərliyin zəbt olunan ərazisidir. Bura genişlənmək, pulsuz sahə isə daralmaq üzrədir. Belə ki, çimərlik ərazisi dəmir və beton arakəsmələrlə hasarlanıb, yeni ağaclar əkilirdi.

Öyrəndik ki, Şıx çimərliyinin sahil zolağında yerləşən "Dostluq", "Aysberq", "Ramada", "Ay işığı" otel və istirahət mərkəzlərinin ərazilərinə daxil olmaq üçün 2 və ya 5 manat ödəniş etmək lazımdır.

Xatırladaq ki, prezidentin 2007-ci il 20 iyun tarixli 2244 №-li "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamına əsasən, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər görülməlidir.

Bakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLARBakının pulsuz çimərliyində adamları belə ələ salırlar - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3041   Tarix: 30 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aytən Səfərova və qızı Ayza - FOTO

Aytən Səfərova qızı Ayza ilə birgə çəkilmiş fotosunu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. "Yeni Sabah" xəbər verir ki, aparıcı sözügedən görüntünü şəxsi instaqram hesabında yayımlayıb. Ayza hazırda Türkiyədə təhsil alır. Aparıcının ondan başqa 2 oğlu var

17.12.2025 515
.

İki paraşütçü göydə bir-birinə çırpılıb öldülər

İtaliyada iki təcrübəli paraşütçü faciəvi şəkildə ölüblər. xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 14-də Fano şəhərində qrup halında həyata keçirilən tullanış zamanı qeydə alınıb. Tullanışda iştirak edən 70 yaşlı Ermes Zampa və 63 yaşlı Violetta Layketsion təxminən 30 metr yüksəklikdə havad

17.12.2025 285
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17.12.2025 207
.

Dördüncü uşağa görə ipoteka krediti silinə bilər - Bu ölkədə

Rusiyada ailədə dördüncü uşağın doğulması ilə ipoteka krediti tamamilə silinə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Nina Ostanina " "ya bildirib. "Hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsinin, dördüncü uşağın doğulması il

17.12.2025 269
.

Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiqin Sumqayıtda parkda olarkən vəfat etməs

10:59 81
.

NATO və Avropaya ABŞ Konqresindən güclü dəstək

ABŞ Konqresinin yuxarı palatası olan Senat rekord səviyyədə yüksək - 901 milyard dollar həcmində müdafiə büdcəsini nəzərdə tutan qanun layihəsini qəbul edib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, sənəddə Ukraynaya dəstək də yer alır. Qanun layihəsi 77 lehinə, 20 əleyhinə səslə təsdiqlənib. İndi sənə

10:54 80
.

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Güclü hava qüvvələri istənilən ölkənin müəyyənedici xüsusiyyətidir və onun dünya siyasətinə təsiri haqqında çox şey deyə bilər. Bu, bir çox ölkənin qırıcı təyyarələrin və digər təyyarələrin təkmilləşdirilməsinə investisiya qoymasının səbəblərindən biridir. Qaynarinfo xəbər verir ki, "Slash Gear"

17.12.2025 319
.

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah paketi təsdiqlədi - bu, indiyə qədər ən böyük paketdir

ABŞ çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, Çinin artan hərbi təzyiqi altında olan ada üçün ABŞ-ın indiyə qədər ən böyük silah paketidir. Tayvanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, təklif olunan silah satışın

11:14 0
.

Tarix Əliyev: "Botokslu qızları necə birinci seçirsiniz?"

Xəbər verdiyimiz kimi bir neçə gün öncə "Best model of Azerbaijan" gözəllik müsabiqəsi keçirilib. Müsabiqənin 2025-dəki qalibləri Əli Həsənovla və Günel Dəmirova olub. xəbər verir ki, aparıcı, prodüser Tarix Əliyev qərara etirazını bildirib. O bildirib ki, gözəllik yarışmasına qatılan xanımla

17.12.2025 369
.

TOP MP3