Ağdaşda qəribə məxluqu görən şahid danışdı: "İti yerə çırpdı"

Ağdaşda qəribə məxluqu görən şahid danışdı: "İti yerə çırpdı"Son bir ayda Ağdaş rayon Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə xəbər vermişdik.

BiG.AZ xəbər verir ki, həmin qəribə varlığı görən Samir İbrahimov publika.az-a gördüklərini danışıb.

"Bu, elə bir şeydir ki, onun insan, ya da qeyri-adi varlıq olduğunu bilmirik. Axşam qaranlıq düşən kimi həyətlərə gəlir. Biz qardaşımla bir həyətdə yaşayırıq. Əvvəlcə onlar gördüklərini dedilər. Mən onların dediklərinə inanmadım. İki gün əvvəl gecə saat 03.00 radələrində həmin məxluq haqqında kəndçilərimizdən biri ilə danışırdıq. Söyüş söydüm ki, onu tutsam, məhv edəcəm. Bu sözü demişdim ki, qaranlıqda qara, hündür bir kölgənin pəncərəyə doğru yaxınlaşdığını gördüm. Qonşunun həyətindən bizim evə tərəf gəlirdi. Bir az yaxınlaşandan sonra qorxdum, baxa bilmədim. Yarıya qədər baxdım, amma qorxduğum üçün üzünə baxa bilmədim. Həyətdə 5 it var, qəribədir ki, onların heç biri səsini belə çıxartmadı. Amma itlərdən birini yerə çırpmağının səsini eşitdik. Amma qorxudan baxa bilmədik. Səhərə qədər həyətdə gəzdi, hava işıqlananda çıxıb getdi. Onun getmədiyini həyətdən gələn səslərdən hiss edirdik, lakin qorxudan həyətə çıxmadıq".

S.İbrahimov həmin varlığı görənə qədər onun kiçik, insan boyunda bir şey olduğunu düşündüyünü deyir. Ona görə də onu vurmaq üçün hazırlıq işləri də görüb. Lakin birdən qarşısında boyu azı 2 metr olan varlığı görəndə isə şoka düşüb.

"Qəribədir ki, bizim danışdıqlarımızın hamısını başa düşür. Pis söz deyəndə əsəbləşir, amma heç nə deməyəndə gəzib, çıxıb gedir. Amma evə daş atması, sonra iti yerə çırpması bunlar hamısı qəribə gəlir. Həm də onun məqsədi oğurluq deyil. Bir aydan çoxdur belə hallar olur, amma kənddə heç nə oğurlanmayıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12978   Tarix: 25 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 162
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 196
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

04.05.2024 204
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 189
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 110
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 155
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb. Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub

11:40 125