4 qrupun orucu qəbul olmur

4 qrupun orucu qəbul olmurRamazan ayının sonuna az qalıb. Amma bu qalan günlərdə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu gərək bilək.

BiG.AZ deyerler.org-a istinadən bildirir ki, oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: "İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar".
Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: "Oruc tutan (orucunun haqqını əda etməzsə) o zaman ki, dili, qulağı, gözü və əzalarını (o şeylər ki, ona haramdır) hifz etməz. Yəni həqiqi oruc tutmaq qarını bütün yeyəcəklərdən və içəcəklərdən və digər batil işlərdən hifz etmək və xülasə Allahın günahından çəkinməkdir. Çünki oruc tutan bütün haramlardan çəkinmədən həqiqi oruc tutmaz".
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: "Beş xüsusiyyət vardır ki, orucu batil və dəstəmazı pozar: yalan və qeybət, söz gəzdirmək, şəhvəti təhrik edən fikirlər, yalandan and içmək". Bu xüsusiyyətlər oruc və dəstəmaz kimi ibadətlərin mənəvi və ruhani əsərlərini aradan aparır. Oruc və dəstəmazın əcr və savabını məhv edir.

İmam Rza (ə) başqa yerdə buyurur: "(Ey oruc tutan) bil ki, Allah sənə rəhmət edər, həqiqətən oruc bir hicab və örtüdür. Allah onu dillərə, qulaqlara, gözlərə və başqa üzvlərə vurmuşdur. O zaman ki, şər və fəsad və çirkin işlərə aludə olmuş olar. (Çünki, dil, qulaq, göz və başqa üzvlər o zaman ki, şəxsin iman və dininin kontrolu altında olar, onların şərindən tamamilə amanda olar). Təharət (oruc hicabı) onu cəhənnəm atəşindən qoruyar və atəşə qarşı möhkəm hicab olar".
Peyğəmbəri-Əkrəm (s) buyurur: "O qadın ki, öz ərini dili ilə incidər, Allah ondan heç bir həsənə və əməl qəbul etməz. O zamana qədər ki, ərini razı salmaz. Baxmayaraq ki, bütün ömrünün günlərində oruc olar, ömrünün bütün gecələrini namaza dayanmış olar, bütün qulları azad etmiş olar, cəhənnəmə daxil olacaq ilk insan olacaqdır. Əgər kişi öz arvadına zülm edərsə, (bu əzablar kişi üçün də olar)".
Oruc əxlaq institutu, nəfsi islah edən və şəxsiyyəti formalaşdıran bir ibadətdir. Oruc tutan bu institutda bütün tərbiyə qaydalarından xəbərdardır. Həqiqətdə özü bir əxlaq müəllimi və bədənin bütün üzvlərinə hakim olmalıdır. Gözü, qulağı, dili və sair üzvləri də oruc olmalıdır. Həzrət Cəfər Sadiq (ə) buyurur: "O zaman ki, orucsan, gərək qulağın, gözün və saçın imsak halında olsun. (Hər bir günahdan çəkinsin)".
İmam Səccad (ə) isə oruc haqqında buyurmuşdur: "Orucun haqqı odur ki, bilməlisən ki, bu bir pərdədir. Allah onu dil, qulaq, göz və qarnının qarşısında qərar vermişdir ki, səni atəşdən qorusun. Belə ki, hədisdə deyilir: "Oruc atəşin qalxanıdır". Əgər əzalarını bu pərdənin arxasında saxlasan (onları günahdan hifz etsən) ümid var ki, (əzabdan) hifz olunasan. Əgər əzaların pərdə arxasında rahat durmazsa, künc-bucağından yuxarı qalxarsa, üzvlərin sərhədi keçmək istəyərsə, mümkündür ki, pərdə parçalansın və bədən bayıra düşsün. "Və la qüvvətə illə billəh"".
Bunu da qeyd etmək lazımdır ki, iftar edən zaman mədənizi birdən-birə doldurmayın. Çünki Allah dərgahında dolu qarından nifrətedici bir şey yoxdur. Baxmayaraq ki, halal yeməklə dolmuş olsun. Bu zaman Ramazan ayının fəzilətli gecələrində ibadət etməkdən məhrum olarıq. Bu əməl orucun mənəvi və ruhani göstərişləri ilə təzad təşkil edir.
Bu məsələyə də diqqət edin ki, iftar zamanı qorxu və iztirab halında olun, çünki, Allah Təalanın orucunuzu qəbul edib-etmədiyini bilmirsiniz. Əgər orucunuz qəbul olarsa, Allaha yaxınlardan olarsınız və əgər qəbul olmazsa, Allahı qəzəbləndirənlərdən olarsınız. Budur orucun mənəvi və batini mənası. Bu cür oruc peyğəmbərlərin (ə) və övliyaların orucu kimi olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8634   Tarix: 20 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946