"Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ...

"Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ...Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən 6 il ötür.

BiG.AZ xəbər verir ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-si Biləsuvarın Əliabad kəndində anadan olub.

1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

22 yaşlı şəhidimiz M.İbrahimov noyabrın 7-də İkinci Fəxri xiyabanda dəfn olunub.

2010-cu il noyabrın 11-də Təzəpir məscidində prezident İlham Əliyevin adından şəhid hərbçilər – Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalıyla təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.

Mübarizin son məktubu:

"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

"Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ..."Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ..."Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ..."Sevinin ki, şəhidlik zirvəsinə yüksəldim" - Mübariz İbrahimovsuz 6 il ...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2217   Tarix: 18 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 208
.

İlk dəfə xanımı ilə foto paylaşdı

Müğənni Vaqif Şıxəliyev ailəsi ilə fotolar yayımlayıb. Axşam.az xəbər verir ki, sənətçi həftəsonu istirahətindən şəkilləri instaqram hesabında yayımlayıb. Həyat yoldaşı, qızı və oğlunun yer aldığı fotoya V.Şıxəliyev "Həftəsonu ailəmlə istirahətdən. Allah hər kəsin ailəsini qorusun. Ailə candır"sözlərin

16:09 176
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 114
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 227
.

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

"Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq". Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi

05.05.2024 203
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 229
.

Yağış yağacaq

Mayın 7-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

13:00 299
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 215
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 268