Tüklərimiz hansi səbəbdən "biz-biz" olur? - VİDEO

Tüklərimiz hansi səbəbdən "biz-biz" olur? - VİDEOOntario Guelph Universitetinin fiziologiya və zoologiya üzrə professoru George A.Bubenik bizə soyuq olduğunda və ya həyəcan kimi digər hallarda tüklərimizin biz-biz olmasının elmi səbəblərini açıqlayır. Məsələn, hovuzdan çıxırsınız və həmin anda külək əsir və sizin tükləriniz soyuqdan biz-biz olur. Yaxud da çoxdandır qulaq asmadığınız bir mahnını eşidirsiniz, təsirli bir videoya baxırsınız və eyni hal yenidən baş verir. Bəs bədənimiz niyə belə bir reaksiya göstərir? Bunun səbəbi də məhz hisslərimizin fiziologiyasından qaynaqlanır.

Dərimizdəki tüklərin biz-biz olması təkamül nəticəsində əcdadlarımızdan bizə qalan bir mirasdır. Qədim dövrlərdə əcdadlarımız üçün bu çox yararlı olsa da, müasir insan üçün yararlılıq funksiyasını itirib. Dərimizdəki tüklərin bu formada olmasının səbəbi isə tük köklərindəki miniatür əzələlərin yığılmasından irəli gəlir. Hər əzələnin yığılması dəri üzərində bir təzyiqə səbəb olur və nəticədə tüklər də yuxarı qalxır. Qalın gönlü heyvanlarda bu funksiya onların soyuqdan qorunmasına kömək edir. Tüklər nə qədər çoxdursa, bir o qədər də isinmə prosesi asanlaşır. İnsanlarda isə bu funksiya artıq öz dəyərini itirib, çünki təkamül nəticəsində biz artıq heyvanlardakı kimi tüklərlə örtülü deyilik. Buna baxmayaraq bədənimizdə bu proses öz gücünü saxlamağa davam edir.

Soyuğun təsirindən başqa, heyvanlar hər hansı bir təhlükə ilə qarşılaşdıqda da tükləri biz-biz olur. Məsələn, bir pişiyin üzərinə it hücum etdikdə, bu prosesi açıq-aydın müşahidə edə bilirik. Belə ki, pişik itin hücumuna cavab olaraq, özünü mümkün olduğu qədər böyük göstərməyə çalışır.

İnsanlarda da həyəcanlı anlarda, hər hansı bir qorxulu film izlədikdə və ya qeyd etdiyimiz kimi musiqi dinlədikdə bu hal təkrarlana bilər. Şüuraltı həyata keçən bu reaksiyalara səbəb olan isə böyrəküstü vəzilərimizdən ifraz olunan adrenalin hormonudur. Adrenalin ifraz edildikdə təkcə tüklərimiz biz-biz olmaqla qalmır, əllərimiz tərləyir, göz bəbəklərimiz böyüyür, təzyiqimiz artır və qəlbimiz daha sürətlə döyünməyə başlayır. Qəzəb və ya həyəcan anlarında ifraz olunan adrenalin əslində həm də bizi qoruyan hormondur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4075   Tarix: 17 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051