"Mənə bağışladığı hədiyyə..."-Məhəmməd Əli ilə görüşən azərbaycanlı boksçu

"Mənə bağışladığı hədiyyə..."-Məhəmməd Əli ilə görüşən azərbaycanlı boksçu"Məhəmməd Əlinin ölüm xəbərini bu səhər televiziya kanallarının birində eşitdim. Əfsuslar ki, belə oldu. Onun ölümü xəbəri mənə çox pis təsir etdi".

BiG.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi Əli İsmayılov deyib.

O, Məhəmməd Əli ilə görüşündən danışıb:

"Mən 1974-cü ildə anadan olmuşam və həmin il Əlinin karyerasının pik nöqtəsi sayılır. Valideynlərim onun şərəfinə adımı Əli qoyub. Məhəmməd Əli ilə iki görüşüm olub. Biri ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilmiş dünya çempionatında, digəri isə 2000-ci ildə Sidneydə keçirilmiş olimpiadada. Hyustonda öz xalatını mənə hədiyyə vermişdi. Dedi ki, bu xalat sənə uğur gətirəcək. Məhəmməd Əli mənim kumirim olub".

42 yaşlı Ə.İsmayılov Məhəmməd Əlinin şərəfinə öz oğlunun adını Məhəmməd Əli qoyduğunu söyləyib:

"Oğlum olanda ona zəng elədim və dedim ki, oğlum olub, adını da Məhəmməd Əli qoymuşam. Bunu eşidəndə çox şad oldu. Onun mənə bağışladığı xalatı oğluma verəcəyəm. Onun uğur qazanması, Məhəmməd Əli kimi boksçu olması üçün əlimdən gələni edəcəyəm. İndi oğlumun şəxsi məşqçisi özüməm. Balaca Əli 6 ildir boksla məşğul olur və uğur qazanır. İnşallah, o, da XXI əsrin Məhəmməd Əlisi olacaq".

Azərbaycanlı əlcək ustası hesab edir ki, M.Əli kimi insanlar, əfsanələr dünyaya yüz ildə bir dəfə gəlir: "Onlar bütün insanlara nümunə olur".

Qeyd edək ki, əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2240   Tarix: 04 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769