Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?

Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?1. Tərəf müqabiliniz tələblərinizə əvvəlkindən dahamı həssasdır? Bu, günahkarlıq duyğusunu basdırmaqdan qaynaqlana bilər. Həddindən artıq həssaslıq, başqa bir münasibətin yeni başladığının göstəricisi ola bilər.

2. Tərəf müqabiliniz sizə tez-tez hədiyyələr almağa başlaya bilər. Həm də sizin ondakı bu dəyişikliyi aldatmağa yozmamağınız və özünüzü daha yaxşı hiss etməyiniz üçün də əlavə səy sərf edər.

3. Normal halda vərdişlərini dəyişdirməkdən heç də xoşu gəlməyən kişi yoldaşınız, birdən fərqli hobbilərlə məşğul olmağa başladısa, siz də şübhələnməyə başlaya bilərsiniz.

4. Tərəf müqabiliniz müxtəlif bəhanələrlə dava çıxarmağa başlaya bilər. Çünki aldadan kişilərin 90 faizinin romantik xaos hissi yaşadığı və reaksiyalarına hakim ola bilmədiyi müşahidə edilib. Bu vəziyyət sizin ondan uzaqlaşmanıza, hətta xəyanət mövzusu heç açılmadan ayrılmağınıza səbəb ola bilər.

5. Bəzi cütlər "Bir gün münasibətimiz bitsə" kimi mövzuları danışmaqdan ötrü ölərlər. Əgər partnyorunuz bu mövzulardan danışmağa başladısa, böyük ehtimalla ayrılıq sonrasında nə kimi reaksiyalar verəcəyinizi ölçüb-biçir. Əgər sualı çox sadə bir cavab verməklə boş verdinizsə, ola bilər ki, siz yaxında xəyanətlə üzləşəcəksiniz.

Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?6. Partnyorunuz davamlı depressiv görünə bilər. Xüsusilə bunu siz yaxınında olarkən edə bilər, ancaq sizin ortalarda görünmədiyiniz vaxtlarda yoldaşlarıyla gəzib əylənər. Bunu fərqinə varmasanız, yaxın dövrdə ayrılmanız, ya da aldadılmanız qaçınılmazdır.

7. Münasibətlərinizdə ünsiyyət və fəaliyyət azalıbsa, münasibətinizi itirmisiniz deməkdir. İlk etməniz lazım olan şey bir-birinizlə ünsiyyət qurmağa çalışmaqdır. Vəziyyəti düzəldə bilmirsinizsə, ayrılmağınız xəyanətə uğramaqdan daha yaxşıdır.

8. Musiqi vərdişlərini dəyişdirən partnyorunuzun hərəkətlərini izləyin. "Nifrət edərəm" dediyi musiqiləri dinləməyə başladısa, böyük ehtimalla yeni bir münasibət qapıdadır. Çünki əldə etməyə çalışdığı insan bu cür musiqinin yaxın təqibçisidir.

9. Tərəf müqabiliniz birdən özünü bəyənməyə başlayıb. Bu yeni bir münasibətə girdiyini deyil, sizin ona layiq olamadığınızı göstərər! Özünü həddindən artıq bəyənən və sizi alçaltmağa başlayan partnyorunuz, istəklərini qarşılayacaq adamı tapdığında dərhal ortadan yox olacaq!

10. Tərəf müqabiliniz sizi, ya da münasibətlərinizi başqalarıyla müqayisə etməyə başladısa, vəziyyət pisə gedir deməkdir. Bu vəziyyət onunla daha çox maraqlanmağınızı tələb edir. Bunu hiss etdirməsəniz, bu an sizə xəyanət etməkdə də ola bilər. Unutmayın ki, gözü sizdən başqasını görməyən insan müqayisə etməz!

Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?11. Tərəf müqabiliniz özü ilə başqalarını müqayisə edib "Hansımız daha yaraşıqlıyıq?", "Hansımız daha cazibədarıq?" kimi suallar soruşsa, sizdən sıxılmağa başlayıb və sizə olan marağını itirib deməkdir.

12. Tərəf müqabiliniz sizin hər etirazınızda özünü dərhal müdafiə etməyə keçə bilər. Bunu mərhəmətsizcə və sizə zərər verərək də edə bilər.

13. Tərəf müqabiliniz sizə maraq göstərməməyə başlaya bilər. Evə gec gəlmələr, evdəki qaydaları pozmaq və (varsa) uşaqlara laqeyd münasibət də, xəyanətin ən böyük göstəriciləridir.

14. Tərəf müqabiliniz yatarkən tez-tez pis yuxu görür, yuxusuz qalır, ya da əvvəllər olduğu kimi yanınızda yatmır.

15. Tərəf müqabiliniz xarici görünüşünüzlə bağlı komplimentlər deməyi tərgidər.

16. Bir tərəfli "Səni sevirəm"lər başlayar, ya da bu cümlə ortadan qalxar.

Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?17. Tərəf müqabilinizin ona bir yaxşılıq, ya da sürpriz etdiyiniz anda özünü günahkar kimi hiss etməsi, sizə olan marağını itirdiyini, amma sizin ona olan marağınıza də dözə bilmədiyini göstərər.

18. Tərəf müqabilinizin sizi aldatdığına adınız qədər əminsiniz, amma dəlil tapa bilmirsiniz. Dəlilləri yox edirsə, qayıdışı mümkün olmayan bir yoldadır və həm də sizi də itirmək istəmir deməkdir.

19. Tərəf müqabiliniz birdən yoldaşlarıyla daha çox zaman keçirməyə başlayar.

20. Tərəf müqabiliniz münasibətinizin gələcəyi haqqında danışmamağa sanki and içib… Demək ki, ya sizi gələcək planına daxil etmir, ya da sizin də içində olduğunuz gələcək plana isti baxmır.

21. Sizə daha şəfqətlə davranmır.

Tərəf müqabilinizin sizi aldatdığınımı düşünürsünüz?22. Tərəf müqabiliniz sizinlə maraqlanmaqdansa, kitab oxumağa və televiziya izləməyə üstünlük verir.

23. Tərəf müqabiliniz sizinlə cinsi əlaqə qura bilməməsinin səbəbi kimi yoldaşları ilə problemlərini, qonşularıyla problemlərini, dərslərini, iş yerindəki iş yoldaşlarını qarşıya qoyursa, arxanıza baxmadan qaçın. Onsuz da seçim sizdə olmayıb!

24. Tərəf müqabiliniz zaman keçdikcə dəxlisiz yerə sizi incidəcək sözlər deməyə, yalnız ona komik gələn zarafatlar etməyə başlayıb…

25. Aranıza romantik məsafə qoyan tərəf müqabiliniz, vəziyyəti siz sorğuladıqca özünün də şəxsi həyatı olduğunu və buna hörmət göstərməniz lazım olduğunu söyləyir. Sizi aldatması qaçılmaz olduğu kimi, mənasız bir dava sonrasında ayrılmağınız da mütləqdir.

26. Tərəf müqabiliniz yuxusunda başqa qadın, kişi adları sayıqlayır…

27. Səhər yerinizdən qalxanda tərəf müqabiliniz narahat olur, ətrafa mənasızca baxır və bir müddət danışmırsa, bilin ki, hansı otaqda oyandığını anlamağa çalışır! Nə də olsa bu anasının, sizin ya da digərinin otağı ola bilər. Tək dərdi harada olduğunu yaxşıca anlamaqdır.

28. Tərəf müqabilinizin həddindən artıq sərt rəftarı yoldaşlarınızın belə diqqətini çəkir və tez-tez "Problem nədir?" deyə soruşurlar. Onların reaksiyalarına ciddi fikir evrin. Yaxın yoldaşlar və ailə üzvləri münasibətlərinizə sizdən daha obyektiv qiymət verə bilərlər.

29. Sizin davamlı təkrarladığınız sualları, son dövrdə səhv anlamağa və "Məni idarəmi edirsən?" deyə reaksiya verməyə başladı…

30. Tərəf müqabiliniz qapıları bağlamağa başladısa, siz də qara-qara düşünməyə başlaya bilərsiniz. Aralarında cinsi maraq olan və ortaq həyatı paylaşan insanlar, münasibətlərində qapını bağlamazlar. Qapı simvoldur və üzünüzə bağlanması da partnyorunuzun sərhədlərindən çıxmanız lazım olduğuna işarədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4755   Tarix: 20 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022