Bakıda dəhşətli qəza: "Hyundi" "Kamaz"ın altında qaldı - FOTO

Bakıda dəhşətli qəza: "Hyundi" "Kamaz"ın altında qaldı - FOTODünən günorta saatlarında Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

BiG.AZ avtosfer.az-a istinadən xəbər verir ki, yüksək sürətlə hərəkətdə olan "Hyundi" markalı avtomobil arxadan "Kamaz" markalı, 99 ZA 636 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ağır xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, "Hyundai" markalı avtomobil sürətlə hərəkət edirmiş və düzgün ara məsafəsi saxlamadığı üçün toqquşma baş verib. "Kamaz" sağa dönərkən qəflətən dayanıb, bu zaman "Hyundai" ona çırpılıb. Minik maşınının ön tərəfi tam olaraq "Kamaz"ın altına girib.

Qeyd edək ki, yük avtomobillərinin arxa hissəsində dəmir lövhələr quraşdırılır ki, bu da müdafiə üçün nəzərdə tutulur. Məqsəd odur ki, arzadan toqquşma zamanı minik maşınları yük maşınlarının altına girməsin. Bu fotodan isə belə aydın olur ki, "Kamaz"ın mühafizə lövhəsi olmayıb.

Bakıda dəhşətli qəza: "Hyundi" "Kamaz"ın altında qaldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 01 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Ustalar.az ustalar sayti