Araz Ağalarov həyat yoldaşı ilə necə tanış olub?
Rusiya mətbuatında "Milyarder xanımları" başlıqlı yazı dərc olunub.
Sözügedən məqalədə azərbaycanlı iş adamı Araz Ağalarovun həyat yoldaşı İrina Ağalarova ilə münasibətlərindən söhbət açılıb.
Məqalədə deyilir ki, Araz Ağalarov və İrina Şahnoviç Bakıda eyni məktəbdə təhsil alıb və elə orada tanış olublar. Orada cütlüyün arasında dərin hisslər yaranıb. Bu hisslər onlara gələcəkdə qarşılaşacaqları maneələrə qalib gəlməyə kömək edib. Bir çox gənc insanlar kimi sovet dövründə onlar da özlərini çox şeydən məhrum ediblər. Bu, ailənin münasibətlərinə təsir etməyib. Araz və İrina Ağalarovlar həmişə şən və maraqlı cütlük olub. İrina Ağalarova məktəbdə ingilis dilindən dərs deyib, sonra Əmək Nazirliyində tərcüməçi işləyib. Ağalarova nazirlikdə ikinci uşağı – qızı Şeyla dünyaya gələnə qədər çalışıb. Onun həyat yoldaşı isə öz sahibkarlıq istedadını realizə eləmək üçün çarpışıb. Yenidənqurma zamanı Ağalarov "Zəfəran" koorperativini yaradıb, ABŞ-da rus suvenirləri satıb, onlara olan tələbat və maraq azalan kimi isə sərgilərin təşkili ilə məşğul olmağa başlayıb.
İrina Ağalarova oğlunun və qızının təhsili ilə ciddi maraqlanıb, onlar üçün ən yaxşı məktəbləri seçməyə çalışıb.
Ağalarovların oğlu və qızı ABŞ-da oxuyublar. Bu dövrdə İrina xanım bir ay Rusiyada, bir ay Amerikada yaşayıb. O, həyat yoldaşından müvəqqəti olaraq ayrı qalsa da, bu amil onların ailə həyatına təsir eləməyib.
İrina və Araz Ağalarov artıq 40 ildən çoxdur birlikdədir. Onların oğlu Emin atasının sağ əli və uğurlu sənətçidir, Şeyla isə Dəb Texnologiya İnstitutunu bitirib. İndi o, moda sənayesində karyera qurmağa hazırlaşır.
İrina xanım 90-cı illərdə rəfiqəsi ilə birlikdə gözəllik salonları qurmağa başlayıb. Yeri gəlmişkən, bu biznes onun üçün çox mənfəətli olub. 2005-ci ilin payızında o, "Crocus City Mall" ticarət mərkəzində eksklüziv xəz məmulatlarının toplandığı butik açıb.
Müsahibələrinin birində biznes-ledi etiraf edib ki, şopinq həvəskarı deyil. İrina Ağalarova adətən "Dior" və "Dolce&Gabbana" brendinin paltarına üstünlük verir, lakin o, butikin yarısını özü üçün alanlardan və təmtəraqlı paltarları sevənlərdən deyil. İrina Ağalarova tez-tez görünməyi xoşlamır, amma oğlunun heç bir konsertini qaçırmır./publika/




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 8825 Tarix: 23 may 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü
Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin
18.12.2025 155 Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində
18.12.2025 198 Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi
Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il
18.12.2025 173 AYNA-nın avtobusu qəzaya düşdü
BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini
18.12.2025 259 Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov
18.12.2025 185 Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk
Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu
18.12.2025 284 Bu ərazilərdə 13° şaxta olacaq
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq
18.12.2025 262 "YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?
Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini
18.12.2025 191 Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur
Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir
18.12.2025 117