I və IV ixtisas qrup abituriyentləri bu gün imtahan verir

I və IV ixtisas qrup abituriyentləri bu gün imtahan verirBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən BiG.AZ-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə 1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849 nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir. Bakı şəhərində 6291, Naxçıvanda 654, Gəncədə 1595, Sumqayıtda 929, Mingəçevirdə 462, Şəkidə 454, Ağcabədidə 433, Göyçayda 417, Şirvanda 374, Lənkəranda 680, Xaçmazda isə 511 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunmasına 95 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1084 nəzarətçi-müəllim cəlb olunub.

Qeyd edək ki, imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1573   Tarix: 22 may 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"ƏDV geri al" layihəsi bəzi sahələrdə tətbiq olunacaq

"Hər il olduğu kimi, 2026-cı ildə də dövlət büdcəsinə vergi daxilolmalarının artacağı proqnozlaşdırılır. Bu artımlar əsasən dövriyyənin şəffaflaşdırılması və dürüstləşməsi sayəsində əldə olunacaq". Bunu BİG.Az-a açıqlamasında vergi eksperti Anar Bayramov bildirib. O, qeyd edib ki, 2026-cı i

17.12.2025 237
.

Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)

Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub. APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib. Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib. İlkin ehtimala görə o, ürək tutmas

17.12.2025 378
.

Fransada çevriliş cəhdi xəbəri beynəlxalq ajiotaj yaratdı! Makrona zəng edildi: Ölkənizdə nə baş verir?

Fransada dövlət çevrilişi cəhdinin görüntüləri beynəlxalq aləmdə həyəcana səbəb olub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, sosial mediada sürətlə yayılan və 13 milyon baxış sayına çatan videoda bir polkovnikin Fransa hökumətini ələ keçirdiyi və Fransa prezidenti Emmanuel Makronun hökumətinin devrilmi

17.12.2025 166
.

İki paraşütçü göydə bir-birinə çırpılıb öldülər

İtaliyada iki təcrübəli paraşütçü faciəvi şəkildə ölüblər. xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 14-də Fano şəhərində qrup halında həyata keçirilən tullanış zamanı qeydə alınıb. Tullanışda iştirak edən 70 yaşlı Ermes Zampa və 63 yaşlı Violetta Layketsion təxminən 30 metr yüksəklikdə havad

17.12.2025 280
.

Bakcell "İnklüzivlikdə İnnovativ Həllər" tədbirinə dəstək oldu

İnnovasiya lideri Bakcell "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təsis edilən "Kaşalata" kafede "İnklüzivlikdə İnnovativ Həllər" adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafın

17.12.2025 211
.

Bakıdakı şadlıq sarayı istehlakçıları aldadırmış - Nöqsanlar aşkarlandı+Fotolar

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən şadlıq sarayında istehlakçı hüquqlarının kobud şəkildə pozulduğunu və sanitariya normalarına əməl edilmədiyini aşkar edib. BİG.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, agentlik əməkdaşları Xətai rayonu, R.Bağırov küçəsi

17.12.2025 371
.

Müəllimin sinif otağında ölməsinin təfərrüatı... (VİDEO)

Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dünən elə dərs dediyi sinif otağında vəfat edib. Sevda müəllimi illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərin

10:11 75
.

Tramp xalqa müraciət etdi - Video

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar

10:23 34
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17.12.2025 275
.

TOP MP3