Qadının 8 vacib intim sualı

Qadının 8 vacib intim sualıGörəsən bu həyati vacib sualları kiminlə bölüşmək olar? Rəfiqə ilə? Çətin ki, onun cavabları profesional ola. Həkimlə? Əksəriyyətimiz beynimizdəki intim münasibətlə bağlı suallara cavab tapmaq üçün həkimə müraciət edəcək həvəsdə deyilik. Biz qadınları narahat edən sualları 8 başlıq altında birləşdirib, cavab verməyə çalışdıq.

1. Mənimlə hər şey qaydasındadır?
İnsanlara seksual fantaziyalarının və hisslərinin normal olduğunu bilmək vacibdir. Qadınlar əmin olmaq istəyirlər ki, onların sekslə bağlı istəkləri, orqanizmdə baş verənlərin hamısı normaldır. Bunların hamısına valideynlərin uşaq vaxtı qızlarına verdikləri məsləhətlər səbəb olur: seks- çox pis şeydir. Bu da böyüdükcə insan psixikasında xoşagəlməz izlər buraxır. Əgər sənin seksual istəklərin və fantaziyaların ətrafındakı insanlara ziyan verməyəcək dərəcədədirsə, onda burada problem axtarmaöğa ehtiyac yoxdur. Hərdən "Mənimlə hər şey qaydasındadır?" sualı altında başqa məna gizlənir: "İntim əlaqə mənə həzz vermir, bu normaldır?". Sənin intim əlaqədən həzz ala bilməməyinin tək səbəbkarı elə özünsən. Çünki, qadınların əksəriyyəti həqiqətən də nəyi, necə istədiklərini açıq deməyə çəkinirlər. Buna göprə də intim əlaqədə ürəksiz olurlar. Bu da istək yox, narahatlıq əmələ gətirir. Yaxşı olardı ki, həyat yoldaşınızla açıq danışmağı öyrənib, istədiklərini deməkdən çəkinmıyəsiniz. Bax bundan sonra beynində dolaşan "Mənimlə hər şey qaydasındadır?" sualına cavab tapacaqsınız.

2. İnsan nə qədər intim əlaqədə olmalıdır?
Qadınların hamısı bir şey düşünür: başqaları məndən çox cinsi əlaqədə olur. Rahatlayın. Araşdırmalar sübut edir ki, ailə həyatı quran insnlar tez-tez cinsi əlaqədə olmurlar, adətən həftədə iki dəfə. Qrip, səyahət, hamiləlik və başqa hallar buna səbəb deyil. Uzun müddət birlikdə olan cütlüklərdə cinsi əlaqə sayının azalması normaldır.

3. Ərimə yataqda nə istədiyimi necə deyə bilərəm?
Çətin ki, sənin həyat yoldaşın telepatik xüsusiyyətlərə sahib olsun. Buna görə də ona nə istədiyini deməyin tək yolu hər şeyi açıq danışmaqdır. Vacib amil: ərini nəyisə düz etməməklə günahlandırma. Yaxşısı budur ki, hər şeyi tərif formasında deməyə çalış: "Xatırlayırsan o gecə biz.. o mənim xoşuma gəlmişdi! Təkrarlayaq?" və ya "Xatırlayırsan, o dəfə baxdığımız filmdə? Onlar kimi edə bilərik?" Bütün kişilər yataqda yaxşı olduqlarını eşitməkdən zövq alırlar. Əgər sən onun hansısa hərəkətini tərifləsən, kişi daha yaxşısını etmək üçün çalışacaq. Əgər bu günə kimi intim əlaqədən itsədiyin həzzi almamısansa, bu o demək deyil ki, o hər şeyi qəsdən edir. Doğurdan da o, sənə həzz verdiyini bilsə çox xoşbəxt olar, amma bunu necə edəcəyini bilmir.

4. Mənim istəyim yoxdur! Niyə?
İstəyin azalması – tipik əlamətdir, qadın yaşalaşdıqca hormon dəyişiklikləri baş verir. Klimaks halında isə onun orqanizmində hər şey dəyişməyə başlayır. Buna klimaks səbəb ola bilər. bəzi qadınlarda bu hal 35 yaşında başlayır. Digər təyin olunmuş faktlar- bu, dərmanlar, fiziki ağırlıq və ya yuxusuzluqdur. Əgər sən cinsi əlaqədə olmaq istəmirsənsı, onda orqanizmində baş verənləri aydınlaşdırmağa çalış. Ola bilsin ki, buna qəbul etdiyin hansısa bir drman səbəb olur. Yuxunu qaydaya sal, vaxtlı vaxtında yemək ye, lazımi qədər hərəkət et. Sonra həyatındakı stressin dərəcəsini öyrənməyə çalış: əgər hər gün evdə və ya iş yerində əsəbiləşirsənsə, onda bu problemi aradan qaldır. Əgər bütün bunlarla təkbaşına mübarizə apara bilmirsənsə, mütəxəssisə müraciət et. Sonda isə sizə həzz və rahatlıq verəcək şeylər etməyə çalış- istirahətə get, masaj etdir, isti vanna, sevdiyin insanla romantik şam yeməyi, həyat yoldaşınla təbiət qoynunda gəzinti- bütün bunları menyuya daxil et.

5. Həyat yoldaşım mənə xəyanət etdi, mən də həyat yoldaşıma xəyanət etdim. Bununla necə barışa bilərik?
Bir tərəfin xəyanətindən sonra ailəni saxlamaq mümkündürr- bu həqiqətdir. Vay o günə ki, hər iki tərəf bu səhvi edə... Bunun üçün güc lazımdır. Xəyanət edən tərəf sevgilisi ilə bütün əlaqəni kəsməlidir və qarşı tərəfi ailəsini dağıtmaq istəmədiyinə inandırmalıdır. Əgər xəyanət qisas hissindən baş veribsə, həyat yolaşına hər şeyin doğrusunu danışmaq məsləhətdir. Bu vaxt psixoloqdan və ya ailə məsləhətçisindən də kömək istəyə bilərsən. Xəyanətə uğrayan kişi hər gün ən azı 10 dəqiqə qarşı tərəfə söyəcək, qışqıracaq və ağlayacaq. Ailəni qoruyub saxlamaq istəyən bütün bu təhqirlərə dözməlidir. Xəyanətə uğrayan həyat yoldaşının hər şeyi qəbul edib, səni bağışlaması üçün 6 ay vaxt lazımdır. Bu müddətdə sən də ona sevgini sübut etməyə çalış. Unutma, nə qədər ki, ona xoş sözlər deyib, mülayim davransan, bir o qədər tez istədiyinə nail olarsan.

6. intim fantaziyalarım haqqında ərimə necə danışım?
Hətta ən yaxın cütlüklər belə, sirli və ehtiraslı hissləri ilə bağlı açıq danışmaqda çətinlik çəkirlər. Bu yerdə sizə "fantaziya kitabxanası" kömək ola bilər. Bunu yastağınızın yanındakı rəflərin üstündə saxlayın. Hər iki tərəf öz istəklərini kağıza yazıb, yataq otağına qoysun. Əhvalınızın yaxşı olduğu vaxt bir-birinizin yazdıqlarını oxuyun. Bu məsləhət sənə gülməli görünə bilər. Hətta öz-özünə "gör ailəmi hansı oyunla qorumağa çalışıram"deyə bilərsən. Amma imtina etməyə tələsmə! Bunu sınaqdan keçir.sənin intim həyatın yaxşılığa doğru xeyli dəyişəcək.

7. Sərfəli intim əlaqə üçün ən yaxın yaxşı vaxt hansıdır?
Uşağı olan bütün ailəni cütlüklərin ən böyük problemu budur. Hər iki tərəf işləyir, iş qar dənələri kimi başının üstündən tökülür. İstirahət edib, həzz almaq üçün vaxt yoxdur. Bütün bunlara baxmayaraq, həyat yoldaşı ilə maraqlanmağa mütləq vaxt ayırmaq lazımdır. Boş vaxtın nə zaman gələcəyini gözləmə, onu özün tap. Hətta həftədə bir gün gecə yarısını da seçə bilərsən: kinoya, teatra gedin, uşaqları valideynlərinizin yanına göndərin. Bütün gecəni evinizdə istədiyiniz kimi rahat keçirin. Həyat yolaşının qayğısına qalıb, ona gözəl anlar yaşat. Unutma ki, münasibət həmişə birinci sırada durmalıdır.

8. İntim həyatımız cəhənnəmə çevrilib.
Bu sual uzun müddət bir yerdə yaşayan cütlüklərin əksəriyyətini narahat edir. Əlbəttə ki, bu vəziyyəti dəyişmək mümkündür. Amma bu, vaxt aparacaq işdir.

Birincisi, heç alışıq olmadığınız saatda cinsi əlaqədə olun. Həmişə gecə intim əlaqədə olurdunuz? Həyat yoldaşın işdən gələn kimi ilk işin ona süfrə açmaqdır? O işdən gəlməmiş uşqları validenylərinin yanına göndər. Həyat yoldaşın evə qayıdan imi onu yataq otağına dəvət et.

İkincisi, yeni vəziyyətlər öyrən. Ailəli cütlüklər həmişə eyni formada intim əlaqədə olurlar. Cinsi əlaqədə olmaq üçün macəra axtarmağa çalış. Ona dəyişik anlar yaşat.

Üçüncüsü isə, münasibətlərinizə flirt qatın. Axı o, kişidir, təkcə uşaqlarının atası yox. Evə gələndə onunla maraqlan, iş həyatından suallar ver. İstirahət gününü dəniz kənarında keçirmək istədiyini de. Yatağının altında şampan, iki ədə badə gizlədib, gecə ona sürpriz yaşat.

Harda məşğul olaq?

Yerini dəyiş
Sekslə harda gəldi, necə gəldi və ürəyin necə istədi məşğul ola bilərsən. Statistikaya görə, məkanı və vəziyyəti dəyişmək bir-birindən soyumuş və uzaqlaşmış cütlükləri yenidən birləşdirir. Əgər siz 5 ildən artıqdır ərdəsinizsə, istirahət mərkəzi və ya otel üzərində dayana bilərsiz. Yad yerdə iki doğma arasında əlaqə tamam başa hisslər bəxş edir. Əsl adrenalindir!
Əgər bədənin və qıvraqlığın imkan verirsə, onun üçün striptiz şou hazırla. Musiq qoy və seksual hərəkətlərin bol olduğu rəqs et. Vacib deyil ki, bunun üçün professional striptizləri təqlid edəsən. Bu, sənin ərinin xoşuna gəlməyə bilər. Qaş düzətdiyin yerdə vurub göz çıxardacaqsan. Sonra gəl, ona başa sal ki, bunu haradan və necə öyrənmisən. Yersiz qısqanclıq sənə lazım deyil. Sadəcə, öz biıdiyin hərəkətləri et. Alınacaq! İnternetdən və kitablardan müxtəlif sığal öpüş növləri öyrən. Onu özünə bağlamaq üçün illərdir etdiyin hərəkətləri, vərdişləri tam dəyişməlisən. Sən onun üçün yeni qadın olmalısan: əvvəlkindən daha bacarıqlı, daha ehtiraslı və daha fərqli. Əgər səni razı sala bildiksə, o zaman növbəti sayımızda fərqli öpüş və nəvaziş növlərini addımbaaddım sənə öyrədəcəyik. Bizi izlə!

Seks üçün ən populyar yerlər:
Döşəmədə - 76%
Vannada – 71%
Avtomobildə - 57%
Mətbəxdə - 43%
Başqasının evində - 19%
Oteldə - 12%
Həyətdə - 11%
Kinoteatrda- 7%
Hovuzda, dənizdə - 5%
Liftdə - 3%


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 48068   Tarix: 03 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086