Hər toyda görməyə öyrəşdiyimiz 8 insan TİPİ - FOTO

Millət olaraq toylarların həyatımızda xüsusi yeri var. Hətta özümüz təmtəraqlı toy istəməsək də, valideynlərimizin sözündən keçə bilmir və bu təmtərağın içinə düşürük. Toydan əvvəl və sonra davam edən rituallar və ənənələri toyu olmayanlar belə əzbər bilir. Bir də toylarda görməyə öyrəşdiyimiz insan tipləri var.

Demək olar bütün toylarda qarşılaşdığımız həmin adamlardan bir neçəsinin sizə təqdim edirik:

Gərgin bəy və gəlin

Hər toyda görməyə öyrəşdiyimiz 8 insan TİPİ - FOTOBir çox qadın üçün toyun nə qədər önəmli olduğunu deməyə ehtiyac yoxdur. Aylar əvvəl başlayan toy hazırlıqlarında gül buketindan tutmuş, mahnı listinə qədər hər şeyin mükəmməl olması üçün çalışırlar. Əgər hər şey yolunda getsə üzü gülən gəlin, problemlər yaransa isə üzündən əsəbin əskik olmadığı gəlini ən başda görürük. Bəy də bu gərginliyin qurbanına çevrilə bilər. Rəqs etmək istedadı olmadığı üçün meydançaya çıxdıqda sıxılan bəyi də unutmayaq.

Həyəcanlı valideynlər

Yüzlərlə qonağı bir-bir qarşılamağın təlaşı, yeni qohumlar, uşağından ayrılmağın kədəri ilə 3-4 saatlıq toyda hər cür hissi yaşayırlar. Hələ toydan sonra pul qutusunu açmaq və bunun həyəcanını yaşamaq da var.

Hər cür rəqsə uyğunlaşa bilən adam.

İstisnasız hər toyda görə biləcəyiniz adamlardır. Adətən xüsusi rəqs qabiliyyəti olmasa da, içkinin təsiri ilə ləzginkadan tutmuş, klub mahnısında qədər hər cür mahnıda səhnədə yer alır. Bəzən əyləncəli görünsə də, çox adamı "rəqsdən soyudur."

Toyun ən rahat insanları: Bəyin dostları

Hər toyda görməyə öyrəşdiyimiz 8 insan TİPİ - FOTOİçkiylə başlayan məclisə meydançada fasiləsiz rəqs edərək davam edirlər. Onlar adətən tamadanı tamamilə əvəz edəcək əhval-ruhiyyədə olurlar. Bəyi neçə dəfə oynamaq üçün yerindən qaldırdıqları barədə hesablamaları alimlər hələ də əldə edə bilməyiblər.

Oynamağı sevməyən "ağır" dayılar

İstisnasız hər toyda görməyə öyrəşdiyimiz qohum tipləri. Toyun başlayan andan özü kimi bir-iki dostunu yanına çəkərək araq və ya sadəcə çay içir, bir müddət sonra foyeyə keçərək toyun sonunu gözləyirlər. Üz ifadəsindən illərlə toylara gəlməyin begzinliyi oxunur.

Bunlardan yorulan gənc

Dost söhbətlərində, sosial şəbəkələrdə klassik toyları söyməkdən yorulmayan bu gənclər üçün toy bəzən kabusa çevrilir. Toy boyu nə edəcəyinə qərar verə bilməyərək gah oynamağa çalışı,r gah da kənarda duraraq heç nəyə qarışmır.

Rəqsi ilə hər kəsin diqqətini çəkən xanımlar

Hər toyda görməyə öyrəşdiyimiz 8 insan TİPİ - FOTOGəlinin rəfiqələri ya da qohumu olmaq ehtimalı çox yüksəkdir. Onlar hündür dabanlı ayaqqabılarla elə rəqs edə bilərlər ki, bütün toyun diqqəti bu qızların rəqsinə yönələ bilər. Çox rahat, gülərüz və olduqca enerjili olmaqla, toyda bir çox halda rəqs meydançasında görəcəyiniz insandır.

Mikrofonu alıb çıxış edənlər

Saz və söz ustası olduğuna inanan bu adamlar bəy və gəlinə xoşbəxtlik arzulamaq üçün səhnəyə çıxaraq, ən yaxşı halda sonu gəlməyən çıxışa başlayır, ən pis halda isə toyu qarışdıran mübahisənin əsasını qoyurlar.
pahoo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7891   Tarix: 11 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960