Azərbaycanı fəlakət gözləyir: ekspertlər həyəcan təbili çalır

Azərbaycanı fəlakət gözləyir: ekspertlər həyəcan təbili çalırTənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər.

BiG.AZ xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Hidrogeologiya şöbəsinin müdiri Rəna Qaşqay deyib.

Onun sözlərinə görə, su anbarları boşaldılaraq, kritik səviyyəsindən aşağı salınmalıdır ki, daşqın sularının oranı doldurmasına imkan yaradılsın.

Şöbə müdiri hesab edir ki, Mingəçevir su anbarında su müəyyən həddə saxlanılmalıdır.

"Mingəçevir su anbarında su 73 metr səviyyəsinə qədər boşaldılaraq Şəmkir su anbarından oraya su buraxılmalıdır. Bu addım atılmasa, Kür qırağında yerləşən torpaqları su basması qaçılmaz olacaq".
Onun fikrincə, bu il Kür çayında daşqın baş verə bilməz, çünki orda 3 su anbarı var.

R.Qaşqay konkret su basmasının nə zaman müşahidə edilə biləcəyini proqnoz verə bilməsə də, vəziyyətdən çıxış yolu üçün təklifini irəli sürdüyü deyir. Alimin sözlərinə görə, bundan sonra aidiyyəti qurumlar tədbir görməlidirlər.

Hələ ötən ay Milli Hidrometeorologiya Departamenti tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış qarölçmə işlərinin nəticələri, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla respublika çaylarında aprel, may, iyun ayları üçün yaz gursululuğunun və daşqın hadisələrinin axım proqnozu açıqlanmışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Publika.az-a açıqlamasında bildirib ki, çaylarda gursululuq dövründə ayrı-ayrı günlərdə yağan yağışlar nəticəsində dağ çaylarında daşqın baş verməsi istisna edilmir: "May ayında intensiv yağışlar yağarsa, qısa müddətli daşqınlar gözlənilir. Lakin belə bir hal baş versə, əvvəldən xəbərdarlıq ediləcək. Hazırda çaylarda gursululuq dövrü davam etməkdədir, normadan çox sululuq müşahidə olunur. Xüsusən, Böyük və Kiçik Qafqaz, Quba, Xaçmaz çaylarında gursululuqdur. Çünki bu ilin qış dövründə həmin ərazi hövzələrində qar ehtiyatı normadan çox yağıb. Ona görə həmin ərazilərdə temperatur normadan çox olması, qarın tədricən əriməsi nəticəsində o çaylarda sululuq digər ərazilərə nisbətən çoxdur. Kür çayında hazırda sabit səviyyə müşahidə olunur. Hətta əvvəlki illərlə müqayisədə hazırkı səviyyə xeyli aşağıdır".

Coğrafiya İnstitutunun şöbə müdirinin təklifinə gəldikdə, A.Verdiyev su anbarlarının tənzimlənməsi üçün əsas məsələnin hidroloji proqnoz olduğunu deyir: "Bu proqnoz əsasında su anbarına nə qədər su gələcəyini müəyyən etmək olur. Bu proqnozları mütəmadi hazırlayıb, müvafiq qurumlara göndəririk. Bütün işlər də həmin proqnoz əsasında qurulur. Vahid sistemin yaradılması barədə tanış olmasam da, əvvəldən hidroloji proqnozun aparıldığını deyə bilərəm. 2010-cu il daşqınlarının təkrarlanmaması üçün gözlənilən sululuq bilinməlidir. Bunu da müəyyən etmək üçün hər il mart ayının sonunda ümumi təhlil və müqayisələr aparılır. Respublikanın dağlıq ərazilərində, transsərhəd bölgələr-Türkiyə, Gürcüstanda, Kür və Araz çayının hövzələrində qar ehtiyatı barədə məlumatları əldə edib, təhlillər aparırıq. Yaz-yay gursululuq proqnozu hazırlanır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6396   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 533
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 287
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

02.05.2024 136
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 129
.

"Tələbələrimin hamısı yuxarıdan tapşırılır" - Təyyar Bayramov

Əməkdar artist Təyyar Bayramov "Xoş gəldim" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, xanəndə aparıcının "Tələbələrinizi tapşıranlar olur?" sualını cavablayıb. "Məni çox şey əsəbiləşdirir. Tələbə sarıdan, üzərində əziyyət çəkməyən uşaq. Əziyyət çəkən isə elə bil, gözümü

02.05.2024 715
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 423
.

Sabah yağış yağacaq, külək əsəcək

Mayın 3-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı, külək əsəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

02.05.2024 588
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477