"Qorxurdum, ayı kababına 1 milyon xərcləyən..."-Bakıda tutulan ayı DANIŞDI

"Qorxurdum, ayı kababına 1 milyon xərcləyən..."-Bakıda tutulan ayı DANIŞDIMəlum olduğu kimi, bir neçə gün əvvəl Bakının Suraxanı rayonunda, "Baku Bus" avtobuslarının saxlanıldığı yerin yaxınlığında ayı balası peyda olub. Fövqəladə Hallar Nazirliyi (FHN) qəhrəman əməkdaşları çətin, amma şərəfli mübarizədən sonra ayı balasını tutmağı bacarıblar.

BiG.AZ xəbər verir ki, qaynarinfo.az-ın əməkdaşı ayı balasını danışdıra və ictimaiyyəti maraqlandıran suallara cavab ala bilib.

- Hörmətli ayı balası, sizi paytaxtın küçələrində görmək xeyli gözlənilməz oldu. Vətəndaşlarımız əməlli-başlı panikaya düşdülər...
- Çox nahaq yerə! Məndən niyə qorxsunlar ki! Mən özüm onlardan yaman qorxmuşdum, gizlənməyə siçan deşiyi axtarırdım.

- Niyə?
- Hələ indiyədək bir ayının insan kəsib kabab çəkdiyini eşitmisinizmi? Amma ölkənizdə adamlar ayı kababına hətta 1 milyon da xərcləyə bilirlər. Qorxmayıb neyləydim?!

- Hər halda şəhər küçələrində ayı görmək adi məsələ deyil.
- Yenə sizinlə razılaşmıram. Siz küçədə özünü apara bilməyənlərə, böyürə-böyürə danışanlara, yolu düzgün keçə bilməyənlərə, səkidə bir-biri ilə təpikləşə-təpikləşə gedənlərə "elə bil ayıdır" demirsinizmi? İndi həqiqi ayı görmək sizə niyə təəccüblü gəlir, başa düşə bilmirəm (gülür).

- Xalqı narahat edən suallardan biri də sizin haradan küçədə peyda olmağınızdır. Sirr deyilsə, buna aydınlıq gətirə bilərsinizmi?
-Mənim sahibim öz halal maaşı ilə yaşayan bir məmurdur. Onun böyük bir malikanəsi var. Qonaqlarına dediklərindən bilirəm ki, bu malikanənin 3-4 milyon dollar qiyməti var.

- Axı quru maaşla bu qiymətə malikanə necə tikmək olardı?
- (acıqla mırıldanır) Sənə nə?

- Üzr istəyirəm, davam edin...
- Mən orada xoşbəxt yaşayırdım. Bunun üçün sahibim hər cür şərait yaratmışdı. Ürəyim ət istəyirdi ət yeyirdim, ot istəyirdi ot, bal istəyirdi bal. Qulluqçularım gecə-gündüz xidmətimdə "ləbbeyk" dayanırdılar. Ehh... Necə kef çəkməli əyyam idi!

- Bəs niyə qaçdınız?
- Bu yaxınlarda sahibim məni özü ilə başqa bir məmurun malikanəsinə aparmışdı. Həmin malikanənin həyətində böyük bir cəngəllik düzəldilmişdi. Sən demə, həmin məmur da orada timsah saxlayırmış.

- Aha...
- Biz geri qayıtdıqdan sonra mən sahibimə dedim ki, necə olur, həmin məmur timsahına cəngəllik düzəldir, mən isə qəfəsdə yaşayıram. Dedim, gərək o da mənim üçün malikanəsinin həyətində meşə saldırsın. O isə cavab verdi ki, devalvasiyadır, mümkün deyil. Bu mənim bərk xətirimə dəydi. Acıq eləyib qaçdım.

- İndi necə, özünüzü xoşbəxt sayırsınız?
- Qətiyyən! Çöldə adamların gün-güzəranını görüb qaçmağıma peşman oldum. İnsanlar yeməyə çörək tapmırlar, mənsə kef-damaq çəkirdim. Bu naşükürlüyümə görə sahibimdən üzr istəyirəm. Əminəm, o məni bağışlayacaq.

- Oxucularımıza sözünüz varmı?
- Onlara demək istəyirəm, özlərini yaxşı aparsınlar. Şayiə buraxıblar ki, guya meşədə armudun yaxşısını ayılar yeyir. Yalandır! Bu saat meşələri vəzifəlilər özəlləşdiriblər, mənim qohum-əqrəbam yeməyə çürük armud da tapa bilmirlər. Amma aranızda ağıllı adamlar da az deyillər. Onlar körpünü keçənəcən ayıya dayı deyirlər. Onlara böyük hörmətim var. Belə də qalsınlar. Beşgünlük dünyadı, özlərinmə bir gün ağlasınlar.

- Maraqlı müsahibə üçün təşəkkür eləyirəm.
- (yenə də acıqla mırıldanır) Ağzının danışığını bil! Sən mənə heç nə eləyə bilməzsən!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3088   Tarix: 06 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051