Yeni metro stansiyalarında eskalatorlar niyə işləmir? -Metropolitendən Açıqlama

Yeni metro stansiyalarında eskalatorlar niyə işləmir? -Metropolitendən AçıqlamaBakı metrosunun yeni açılan "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında quraşdırılmış eskalatorlar müəyyən edilmiş qaydalar və təlimatlar əsasında işləyir.

BiG.AZ xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev son günlər KİV-də metronun yeni açılan stansiyalarında problem və çatışmazlıqlar barədə yazılanların əsl səbəbini "report"a açıqlayarkən bildirib: "Onların hərəkətində hər hansı bir qanuna uyğunsuzluq yoxdur".

"Metropolitenin iş rejminə dair qəbul olunmuş qayda və təlimatlarda eskalatorların hündürlüyü və iş prinsipləri barədə məlumat verilib. Belə ki, eskalatorun hündürlüyü 5 metrə qədərdirsə, həmin yerdə eskalatorun qoyulması məcburi deyil, yəni, sərnişinlərin düşüb-qalxması üçün pilləkənlər qoyulur. Eskalatorun hündürlüyü 5-7 metr arasıdırsa, burada eskalator ancaq yuxarı çıxmaq üçün qoyulmalıdır. Düşmək üçün isə pilləkən olmalıdır. Amma hündürlük 7-10 metrdisə, orada məcburən həm eniş, həm də çıxış üçün eskalatorlar qoyulmalıdır", - deyə N.Paşayev qeyd edib.

Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışında belə eskalatorların olduğunu bildirən N.Paşayev əlavə edib ki, söhbət keçiddən yuxarı çıxşı olan eskalatordan gedir.
"Eyni zamanda "Avtovağzal" və yeni Bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasında giriş-çıxışdan keçidə düşmək üçün belə eskalatorlar quraşdırılıb. Diqqət yetirsəniz, piramidaların altında hər iki giriş-çıxışda iki eskalator və onların yanında pilləkən də var. Lakin bu o demək deyil ki, iki eskalator varsa, biri yuxarı, digəri aşağı işləməlidir. Dediyim təlimatlara əsasən, bu eskalatorlar ancaq yuxarı çıxmaq üçün nəzərdə tutulub. Yuxarı çıxmaq aşağı düşməkdən daha çətindir. Bu stansiyalarda eskalatorlardan biri hər zaman yuxarı işləyir, aşağı isə həmişə pilləkənlərdən istifadə edilməlidir", - deyə N.Paşayev bildirib.

Onun sözlərinə görə, stansiyalarda iki eskalator olmalıdır. Onlardan biri həm ehtiyatda saxlanılmalı, eyni zamanda gələcəkdə sərnişin sıxılığı olarsa hər iki eskalator eyni vaxtda işləyə bilər: "Bundan başqa, eskalatorla aşağı enərkən sərnişinlərin sıxlığı müşahidə edilərsə, bu halda hətta qurğu aşağıya doğru da hərəkət edə bilər. Lakin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında sərnişin sıxlığı hələ çox deyil, eskalatorları normal qaydalara uyğun olaraq işlədirik. Bu stansiyalarda onların hündüryü 5-7 m olduğuna görə, orada ancaq yuxarı çıxan eskalatorlar işləyir, aşağı düşərkən sərnişinlər pilləkənlərdən istifadə edirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 05 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888