"Gizlicə telefonla danışırdı, mən də baltaladım" - Arvadını ölümcül döyən kişi

"Gizlicə telefonla danışırdı, mən də baltaladım" - Arvadını ölümcül döyən kişiArvadına xəsarət yetirən kişinin arqumenti belədir...

BiG.AZ xəbər verir ki, Bakının Suraxanı rayonunda baş verən dəhşətli cinayətin bəzi təfərrüatları məlum olub.

Hadisə rayonun Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34 ünvanında baş verib.

Qəsəbədə yaşayan 1966-cı il təvəllüdlü Eldəniz Yusifov evində münaqişə zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunənin baş və boyun nahiyələrinə balta ilə xəsarət yetirib.

Eldəniz Yusifov həyat yoldaşını baltalayandan sonra bıçaqla öz qarın nahiyəsinə də xəsarət yetirib. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, Eldəniz Yusifovun qarın nahiyəsində bir bıçaq xəsarəti aşkar olunub. Onun vəziyyətinin normal olduğu və polis nəzarəti altında saxlanıldığı qeyd olunub.

Digər yaralı Ceyhunə Yusifovanın vəziyyətinin ağır olduğu bildirilir. Onun bədəninin müxtəlif nahiyələrində həm bıçaq, həm də balta xəsarəti aşkar edilib. Vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb.

Eldəniz Yusifov istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa bir kişi ilə münasibət saxlamasından şübhələnib.

Dindirmə zamanı o qeyd edib ki, həyat yoldaşı mobil telefonla gizlicə kiminləsə danışıb.

"Mən gələndə telefonu söndürürdü. Kiminlə danışdığını soruşanda mənə cavab vermirdi. Onun bu hərəkətləri məni əsəbləşidirdi", - deyə şübhəli şəxs qeyd edib.

Eldəniz Yusifov bildirib ki, mayın 2-də, saat 16.30 radələrində evə gəlib və həyat yoldaşı ilə eyni mövzuda yenə də mübahisə edib. Mübahisə zamanı Ceyhunə ona kobud cavab verib.

Bu zaman əsəblərini cilovlaya bilməyən Eldəniz bıçağa əl atıb. O, əvvəlcə bıçaqla Ceyhunəyə xəsarət yetirib: "Bu zaman hirsim soyumadı və həyətdə olan baltanı götürərək Ceyhunənin başını kəsmək istədim. Balta ilə Ceyhunən boynundan vurdum. Onun öldüyünü düşündüm və özümü də öldürmək istədim. Bu məqsədlə bıçaqla qarın nahiyəmə xəsarət yetirdim".

Eldəniz Yusifov törətdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı Rayon Prokurorluğunda istintaq hərəkətləri davam etdirilir./azxeber/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2360   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

16:29 448
.

Altı gündür axtarışda olan Nigar tapıldı: "Anamın telefonunu qırıb, suya atdım" - VİDEO

Tərtərdə itkin düşən və altı gündür axtarışda olan Nigar tapılıb. Bu barədə Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib. Nigar barəsində yayılan iddialar barədə danışıb. O bildirib ki, evdən qaçaraq Tərtərdən Bərdəyə getmək istəyib:. "Anamın telefonunu qırıb, suy

20:46 0
.

Keniyada daşqınlarda ölənlərin sayı 188-ə çatıb

Keniyada təxminən 2 həftədir ki, güclü yağışların səbəbindən daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı 188-ə çatıb. Bu barədə Keniya Səhiyyə qurumu məlumat yayıb. Məlumata əsasən, ölənlərdən 37-si uşaqdır. 90 nəfərin isə itkin düşdüyü bildirilib. Qeyd edək ki, gücl

11:44 82
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

20:30 0
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

14:01 285
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

11:18 212
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

12:37 134