Xirosimaya bomba atan pilotlardan maraqlı açıqlamalar

...Gecə yarısınadək yatmadılar. Halbuki sabahkı önəmli iş üçün istirahət etməli idilər. Onlardan əksəriyyəti əslində vəzifələrinin nə olduğunu dəqiq bilmirdilər, amma bəziləri "edəcəyimiz şey müharibənin taleyini dəyişək", - deyə fikirlər səsləndirirdi.

Səhər yeməyindən sonra toplantı otağına keçdilər. Hər tərəfi xəritələrlə örtülü olan otağın mərkəzində soyuq gözlərlə onları süzən zabit əlini xəritənin üzərində gəzdirib, bir nöqtədə saxladı: "Yalnız bir şansınız var. Hədəfi qaçırmayın. Müharibəni qurtara bilərsiniz..."

Nəhəng təyyarələrlə Sakit Okeandakı Marian adalarından səmaya qalxdıqları zaman saatlar gecə 02:45-i göstərirdi. 12 saatlıq uzun və ölümcül səyahət başlamışdı. Bir neçə saat sonra Xirosima adasının üzərinə çatdılar... Təyyarəni bir azca qərbə tərəf çevirdilər... Həyəcan çoxalırdı... Nişançı sərt bir şəkildə qışqırdı: "Hədəfi gördüm!"

Digər bir pilot tərəddüd etmədən düyməyə basdı. "B-29"-un altındakı bomba qapağı açıldı və "balaca oğlan" (bombanın adını belə qoymuşdular) buludların arasından keçərək sürətlə hədəfə tərəf qaçmağa başladı. Bu vaxt bir ton yükdən azad olmuş təyyarə 180 dərəcəlik manverlə sürətlə dönərək əks istiqamətdə uçmağa başladı.

Düz 43 saniyə sonra... Gözləri kor edəcək dərəcədə parlaq olan işıq və onunla bərabər nəhəng toz buludu sürətlə səmaya yüksəlməyə başladı. Buludun altında on minlərlə insan yanmış və minərlə ev kül olmuşdu... Tarix 6 avqust 1945-ci ili göstərirdi. Amerika Yaponiyaya tarixin ilk atom bombasını atmışdı. Eyni toz buludu 3 gün sonra Naqasakinin səmasını bürüyəndə Yaponiya İmperatoru qeyri-şərtsiz təslim olmağa hazırlaşırdı...

Bombanın atılmasında iştirak edənlər uzun illər bu haqda heç yerdə danışmasalar da, sonradan bir jurnala o gün barədə danışdılar. İki yüz minə yaxın insanın ölümünə səbəb olan atom bombasını atan pilotlar illər keçməsinə baxmayaraq, hələ də düzgün iş gördüklərinə inanırlar: "Bəli, çox insan öldü. Amma onlar ölməsəydi, milyonlar öləcəkdi".

Bu fəlakətə imza atanlardan biri də Morris Cepson idi. O, atom bombasının son ana qədər hazır olmasına cavabdeh olub. "Xirosimaya atılmamışdan yarım saat qabaq onu aktiv hala gətirdim. Bombanın üzərindəki 3 ədəd yaşıl rəngli borucuqları, qırmızı rəngli borucuqlarla dəyişdirdim. O andan etibarən bomba öz-özünə işləməyə başladı", - deyən Morris bombanın partladığı anı belə xatırlayır: "Çox nəhəng bir bulud yüksəlirdi. Aşağıda isə eninə yayılan ağ və qara toz buludu var idi. Gördüyüm mənzərə fəlakət idi. Aşağıda şəhərlə birlikdə insanların da yanıb kül olduğunu təsəvvür etmək çətin deyildi. Amma bu, edilməli idi". Morris Cepson geri qayıdandan dərhal sonra restorana gedib normal şəkildə dostları ilə yemək yediyini də bildirib.

Atom bombasını aparan "Enola Gay" adlı təyyarınin əsas pilotu Teodor Van Kirk o hadisəni belə izah edib: "Bomba atacağımızdan xəbərim var idi, amma bunun nə demək olduğunu bomba partlayanda dərk etdik. Təyyarəyə minməmişdən qabaq hər kəs bizim şəklimizi çəkir, videokamera ilə görüntüyə alırdı. Sanki hansısa bir filmin təqdimat mərasimi idi. Amma təyyarəyə mindikdən sonra bu iş bizim üçün adi bir vəzifə kimi görsənirdi. Bəziləri küncdə bir yerdə yatır, bəziləri kitab oxuyurdu. Atom bombası atıldığı an "işin rəngi dəyişdi". Partlayışın yaratdığı şok dalğası təyyarəmizə sillə kimi dəydi. Aşağıya baxanda hər kəsin ağzı açıq qalmışdı. Aşağıda nələr baş verdiyini bir az da olsa, təsəvvür edə bilirdik..."

Xirosimaya bomba atan pilotlardan maraqlı açıqlamalarXirosimaya bomba atan pilotlardan maraqlı açıqlamalarXirosimaya bomba atan pilotlardan maraqlı açıqlamalarAtom bombası ilə bağlı maraqlı faktlar:

*Atom bombası amerikalıların əksəriyyətinin kiçikboylu olmasına görə "balaca oğlan" adlandırılmışdı.

*Bombanın təsiri daha çox əraziyə yayılsın deyə, bombanı yerə 580 metr qalmış partladıblar.

*Təyyarə orada olan pilotlardan Pol Tibbetsin anasının adı ilə - "Enola Gay" adlandırılmışdı.

*Partlayışdan sonra meydana gələn toz buludu 13 km yüksəkliyə yayılmışdı. Hətta partlayış yerindən 560 km uzaqlaşan təyyarənin heyəti belə, toz buludunu görə bilirdi.

*Partlayışdan sonra yaralananlar yaponlar tərəfindən "Hibakuşa", yəni (sağ qalanlar) adlandırılmış və cəmiyyətdən təcrid edilmişlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5512   Tarix: 21 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197