Bu dəfə jurnalistlər müğənniləri "yıxıb-sürüdü" : "Özləri-özlərini ələ salırlar"

Bu dəfə jurnalistlər müğənniləri "yıxıb-sürüdü" : "Özləri-özlərini ələ salırlar"Dünyanın şou-biznes ulduzları adətən toylarında mətbuat nümayəndələrinin olmasını istəmirlər. Onların bu addımı atmasının əsas səbəbi toy fotolarını daha sonra milyonlarla dollara qəzet və jurnallara satmaqdır.

Bəziləri isə daha rahat olmaq üçün toyunu mediaya qapalı edir və mərasimdən sonra fotoları paylayır. Xoş gününü mediaya qapalı keçirmək tendensiyası yerli məşhurlar arasında da sıx yayılıb. Xalq artistləri, hətta tanınmayan şou-biznes nümayəndələri də media əhlini toyuna buraxmır. Onlar ya öncədən mərasimin mətbuata qapalı olacağını deyir, ya da jurnalistlər bu xəbəri restoran qapısında eşidir.

Müğənnilərin qapalı toy etməsindən söhbət açmağımız yersiz deyil. Ötən günlərdə müğənni Elçin Cəfərov keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı Aydan ilə ailə həyatı qurub. O əvvəlcədən toyun mətbuata qapalı keçirildiyini desə də, jurnalistlər mərasim keçirilən ünvana üz tutub və o zaman media nümayəndələri arasında ayrıseçkilik salındığının şahidi olublar. Bəzi mətbu orqanlar məclisə buraxılsa da, bəziləri küləkli havada heç restoranın foyesinə də buraxılmayıblar.

Bu hadisədən sonra musavat.com mədəniyyət və şou-biznes jurnalistləri arasında sorğu keçirib və müğənnilərin qapalı toy etməsinə münasibət öyrənib.

Bu dəfə jurnalistlər müğənniləri "yıxıb-sürüdü" : "Özləri-özlərini ələ salırlar""Alternativ TV"-nin əməkdaşı Nüşabə Novruzova bildirib ki, sənət adamları jurnalistlərə hörmətlə yanaşmağa borcludur: "Toyların qapalı keçirilməsi mövzusu Elçin Cəfərovun "qapalı toy edirəm" deyib bəzi jurnalistləri içəri buraxıb, bəzilərini çöldə saxlamasından sonra aktuallaşdı. Hər işlərində - mahnı yazdıranda, klip çəkdirəndə, konsert verəndə jurnalistləri yanında istəyən şəxslərin ən xoş günlərində bizi ikinci planda saxlaması xoş deyil. Elçin Cəfərov əvvəldən toyun qapalı olduğunu açıqlasa da, jurnalistlər bəxtə-bəxt getmişdi. Amma elə müğənnilər var ki, toyun mediaya açıq olduğunu desə də, mərasim zalında bilirik ki, bizi buraxmırlar, qapalıdır. Müğənninin toyu olanda fotolar internetdə yayılır. Əgər müğənni hansısa qonağının görünməsini istəmirsə, mətbuat nümayəndələrindən o adamın çəkilməməsini xahiş edə bilərlər. Əgər operatoru, fotoqrafı çağırıb, filankəsi çəkmə desələr, problem həll olar. Həyat yoldaşının, qonaqlarının görünməsini istəməyən adama hörmət edirik, amma onlar da bizi başa düşməlidir. Elçin Cəfərovun toyunda kənarda qaldıq, foyeyə buraxılmadıq. Amma o, jurnalistlərə hər zaman hörmətlə yanaşıb. Toyun qapalı olmasının onun seçimi olmadığını bildiyimiz üçün ondan incimirik. O, keçmiş deputatın qızı ilə ailə qururdu, bu qadağanın da o ailədən gəldiyi məlumdur".

Bu dəfə jurnalistlər müğənniləri "yıxıb-sürüdü" : "Özləri-özlərini ələ salırlar"BiG.AZ saytının baş redaktoru Əfruzə Ağayeva deyib ki, bəzi tanınmış şəxslərin qapalı toy etməsi olduqca gülüncdür: "Biz bilirik ki, onlar bu səviyyəyə biz jurnalistlərin dəstəyi olmadan gələ bilməzdi. O zaman onların qapalı toy etməsini anlayaram ki, toydan sonra heç bir görüntü sosial şəbəkələrdə, mediada yayımlanmasın. Amma sanki özləri-özlərini ələ salırlar. Bəy və gəlin avtomobilə oturan kimi "selfie" edib, "İnstagram"a qoyurlar. Amma jurnalistləri qapı arxasında saxlayırlar ki, mediaya qapalıdır. Məgər camaat bəy-gəlin görməyib? Bir zamanlar geyimi, ləqəbi, danışığı, mahnıları ilə hər kəsin lağ obyektinə çevrilən ifaçılar bu gün jurnalistləri bəyənmir, lağa qoyur".

Bu dəfə jurnalistlər müğənniləri "yıxıb-sürüdü" : "Özləri-özlərini ələ salırlar"Lent.az saytının şou-biznes jurnalisti Yalçın Süleymanov bildirib ki, bu məsələ biz jurnalistlərin "yaralı" yeridir: "Aydın məsələdir ki, toyu mediaya qapalı etmək şou nümayəndəsinin şəxsi seçimidir. Yəni bu seçimə hörmətlə yanaşırıq. Amma bəzən rast gəlirik ki, bir çoxları bilərəkdən, reklam xətrinə öncədən toyunun mediaya "qapalı" olduğunu deyir. Amma toy günü məlum olur ki, mərasim heç də qapalı deyil. Ümumiyyətlə, tanınmış simanın toyunun mediaya qapalı olması məntiqsizlikdir. Çünki toy günü gecəyə dəvət olunan sənətçilər səbəbkarlarla şəkil çəkdirərək, "İnstagram" səhifələrinə yükləyirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5277   Tarix: 29 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690