114 ölü, 140 yaralı – Ermənistan Müdafiə Nazirliyinin rəsmi STATİSTİKASI

114 ölü, 140 yaralı – Ermənistan Müdafiə Nazirliyinin rəsmi STATİSTİKASIAprel ayının girməsi ilə cəbhədə vəziyyət gərginləşib. Ermənistan ordusu cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Ordusu cavab tədbirləri görüb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

BiG.AZ xəbər verir ki, Azərbaycan Ordusu qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurub.

Ermənistan Müdafiə Nazirliyinin aprel ayı ərzində itkilərlə bağlı verdiyi rəsmi statistikanı təqdim edirik:

2-5 aprel. 95 hərbçi ölüb, 125 nəfər yaralanıb.

8 aprel. 1996-cı il təvəllüdlü əsgər Qevork Aşotoviç Mqdesyan və muzdlu, 1984-cü il təvəllüdlü Qraç Salveloviç Muradyan öldürülüb. Həmin gün Ermənistan ordusunun daha 1 hərbçisi ölüb, 6-sı isə yaralanıb.

11 aprel. Robert Abramyan başından ölümcül güllə yarası alıb və hadisə yerində ölüb.

12 aprel. Ermənistan ordusunun hərbi qulluqçusu Qarnik Hamletoviç Avetisyan ölüb.

13 aprel. Əsgər Sevay Xaçatryan cəbhədə güllə yarasından ölüb.

14 aprel. Armen Manveloviç Qriqoryan öldürülüb.

18 aprel. 1991-ci il təvəllüdlü Erik Matevosyan və 1996-cı il təvəllüdlü Azat Barsamyan yaralanıb.

19 aprel. 1996-cı il təvəllüdlü Qevork Gevorkyan öldürülüb.

21 aprel. Erməni hərbçiləri minaya düşüb. Bir erməni hərbçisi ölüb və bir neçə hərbçi isə yaralanıb. Həmçinin, Ermənistan ordusunun hərbi qulluqçusu 32 yaşlı Marat Danielyan cəbhədə aldığı güllə yarasından ölüb.

22 aprel. Ermənistan ordusunun əsgəri Spartak Kalaşyan və P.Yeqoryan yaralanıb.

24 aprel. Azərbaycan ordusu Ermənistanın döyüş tankını 3 nəfərlik heyətilə birgə məhv edib.

25 aprel. 1996-cı il təvəllüdlü Ayk Minasyan, bir gün sonra isə əsgər Ovannes Petrosyan öldürülüb.

26 aprel. 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan öldürülüb.

Qeyd edək ki, bu, yalnız rəsmi rəqəmlərdir. Erməni sosial şəbəkə istifadəçiləri isə Dördgünlük müharibədə 322 erməni əsgərin öldüyünü, 1000-ə yaxın hərbçinin yaralandığını, morqlarda ölülərə, xəstəxanalarda yaralılara yer tapılmadığını, yaralıların müalicəsi üçüın dərman çatışmadığını bildirmişdilər.

26-27 aprel toqquşmasında isə sosial şəbəkə istifadəçiləri 17 erməni əsgərin öldüyünü, 32 nəfərin isə yaralandığını açıqlayıb.

Beləliklə, qeyri-rəsmi olaraq ermənilərin 2-26 aprel tarixlərinə olan itkilərinin sayı 339 nəfərdir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın itkilərini öz xalqından gizlətdiyini dəfələrlə bəyan edib. axar.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9278   Tarix: 28 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"

Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş

18.12.2025 230
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

18.12.2025 195
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

18.12.2025 256
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18.12.2025 366
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Balaəlinin ikinci övladı oldu

Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var

18.12.2025 420
.

TOP MP3