Ermənistan ordusunda ciddi dəyişikliklər olacaq

Ermənistan ordusunda ciddi dəyişikliklər olacaq"Ermənistan ordusunda hələ çox və ciddi dəyişikliklər olacaq. Çünki əsas məsələlələrdən biri də odur ki, müdafiə naziri Seyran Ohanyan deyirdi ki, mən Azərbaycan ordusuna qarşı elə bir sədd yaratmışam ki, onu keçmək mümkün deyil. Amma cəbhədə son hərbi əməliyyatlar göstərdi ki, bu müdafiə xətti iflasa uğradı. İndi isə sual doğur ki, bundan sonra ordudan daha kimi uzaqlaşdırıb, kimi dəyişəcəklər. Hələlik prezident Serj Sarkisyan Ohanyanı dəyişdirə bilmir, çünki onu dəyişsə, ardınca özü də istefaya getməlidir. Ona görə də hələlik canlarını 3 generalı qurban verməklə qurtarmaq istəyirlər".

BiG.AZ xəbər verir ki, bunu milli.az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib.
Ermənistan ordusunda ciddi dəyişikliklər olacaqOnun sözlərinə görə, cəbhə xəttində aprelin əvvəlindəki 4 günlük hərbi əməliyyatların nəticəsində Ermənistanda siyasi-hərbi böhran yaşanır: "Siyasi böhran nədə ifadə olunur? İlk növbədə, əhali prezident Serj Sarkisyana qarşı ayağa qalxıb. Çünki idarəçilik zəifdir, iqtisadiyyat dağılıb, hərbi sahədə də böyük səhvlər var. Bunun qarşısını almaq hakimiyyət əks tədbirlər görməyə çalışır. Hakimiyyət elan edir ki, guya camaat Qarabağla bağlı danışıqlara getməyin əleyhinədir. Sarkisyan bəyanat verdi ki, biz bu şəraitdə danışıqlara gedə bilmərik. Bununla o, öz mövqeyini gücləndirmək istəyir".
Ermənistan ordusunda ciddi dəyişikliklər olacaqE.Ələsgərovun fikrincə, məsələnin hərbi tərəfinin kökündə duran isə odur ki, Ermənistan son döyüşlərdə məğlubiyyətə uğrayıb. Bunu Rusiya, Azərbaycan, hətta Ermənistandan olan hərbi ekspertlərin də yekdil rəyi təsdiq edir. Ona görə də bunun günahını kiminsə boynuna atmaq lazım idi: "Uğursuzluğun əsas səbəbkarları, təbii ki, prezident Sarkisyan və müdafiə naziri Seyran Ohanyandır. Lakin "Qarabağ erməniləri" klanı diqqəti özlərindən yayındırmaq üçün əvvəlcə bəzi məlumatlar yaydılar, sonra da bir neçə generalı ordudan xaric etdilər.

Əvvəlcə onlar dedilər ki, guya xəbərləri olmadı ki, belə bir əks-hücum əməliyyatı həyata keçirilə bilər. Ona görə də hərbi kəşfiyyatın rəhbərini vəzifədən kənarlaşdırdılar. Lakin bu tezis çox yanlışdır. Çünki ermənilər bilirdilər ki, Azərbaycan Ordusu gec-tez onları cəzalandıracaq. Sadəcə, kimisə rəhbərlikdən uzaqlaşdırmaqla bu məsələni ört-basdır etməyə çalışdılar.
Ermənistan ordusunda ciddi dəyişikliklər olacaqİkincisi, dedilər ki, cəbhə xəttində postlar arasında rabitə olmayıb. Buna görə də rabitəyə məsul generalı qovdular.

Üçüncüsü isə, təchizat məsələlərinə baxan general vəzifədən azad edildi. Məlum oldu ki, ermənilərdə yetəri qədər tibbi ləvazimat olmayıb. İtkilər, yaralılar çox, dava-dərman təchizatı isə bərbad olub. Bu da çoxlu yaralının ölümünə gətirib çıxarıb".
Ermənistan ordusunda ciddi dəyişikliklər olacaqÜmumiyyətlə, ekspert hesab edir ki, Ermənistan ordusu korrupsiyalaşmış quruma çevrilib: "1-ci Qarabağ savaşından sonra ermənilərin hərbi sisteminin rəhbərliyi Azərbaycanın şəhər və kəndlərini talan etməklə, azərbaycanlıların mal-mülkünü, muzeylərdəki qiymətli eksponatların hamınısı oğurlayıb mənimsəməklə çox varlandılar. Onlar bundan, sözün hər iki mənasında, şişdilər. Ötən illər ərzində isə Ermənistan ordusu tamamilə korrupsiyalaşmış quruma çevrildi. Ermənistan generalları Dağlıq Qarabağ və işğal edilmiş ərazilərdə narkotik qaçaqmalçılığından tutmuş, tikinti materiallarının oğurluğunadək məsələlərlə məşğul olurlar. Ordunun belə vəziyyətdə olması Ermənistan müxalifətinin də əsas tənqid hədəfinə çevrilib. Müxalifət iddia edir ki, korrupsiya bütün dövlət qurumlarını, xüsusən də ordunu əhatə edir. Çünki Sarqsyanın özü də vaxtilə ordunun komandanlığında olub və oradakı şəxslər də onunla birbaşa əlaqəlidirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3899   Tarix: 28 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 225
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 215
.

Mayın 8-də geomaqnit qasırğası gözlənilir

Günəş küləyinin sürətinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının (YTDA) və tac kütlə atılmalarının (TKA) təsiri ilə artacağı gözlənilir. xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda qeyd edilib ki, geomaqnit sahəsinin YTDA-nın və TKA-nın təsiri ilə aktivliyi

15:15 102
.

CBS: İsraillə HƏMAS arasında aparılan danışıqlar nəticə verməyib

İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında aparılan danışıqlar nəticəsiz başa çatıb. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "CBS News" məlumat yayıb. Bundan əvvəl tərəflər atəşkəslə bağlı Qahirədə görüşsələr də, sonda razılığa gələ bilməyiblər. Eyni zamanda

05.05.2024 178
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 170
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 479
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 283
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 249
.

Müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

05.05.2024 1462