İlhamənin köməkçisini şantaj edənlərin kimliyi bəlli oldu - İSTİNTAQ

İlhamənin köməkçisini şantaj edənlərin kimliyi bəlli oldu - İSTİNTAQ"Mehriban Hüseynovanın işi ilə bağlı lazımı qurumlara müraciət etmişəm. İşin obyektiv araşdırılmasını xahiş etmişəm. Mənə verilən rəsmi cavablarda da bildirilir ki, bu iş xüsusi nəzarətdədir. İşin istintaqı obyektiv araşdırılacaq".

BiG.AZ bildirir ki, bu barədə modern.az saytına deputat Çingiz Qənizadə mərhum müğənni İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanın işi barədə danışarkən deyib.

Ç.Qənizadə Mehriban Hüseynovanın həbs olunmasının əsas səbəblərini söyləyib:
"İlhamə Quliyeva artıq rəhmətə gedib. O, sağ olanda müəyyən təzyiq metodları var idi və bunlardan istifadə edirdi. Ola bilsin Mehriban Hüseynova ona görə həbs olundu ki, İlhamə Quliyeva müəyyən şantaj yollarına əl atırdı, səs-küy salırdı, müxtəlif vəzifəli adamların adlarını hallandırırdı, müxtəlif adamlara zənglər edirdi. Bu da Mehriban Hüseynovanın həbs olunmasına gətirib çıxarıb.

Hər halda Baş Prokurorluq istintaqın sonunda bu əmələ düzgün qiymət verəcək. Əgər iş məhkəməyə gedəcəksə, ümid edirəm ki, bu, həbssiz bir cəza ola bilər.
Hansısa bir hərəkətə görə, edilən və ya edilməyən əmələ görə şəhid bacısının həbs edilməsinin tərəfdarı deyiləm və əvvəldən də olmamışam".

Çingiz Qənizadə həbsdə olan Mehriban Hüseynovaya təzyiq göstərən, şantaj edən, onun videogörüntülərinin məcburi çəkilməsində əli olan şəxslərin istintaqla artıq müəyyən olunduğunu söyləyib:

"Mehriban Hüseynovanın da müraciətində göstərilirdi ki, İlhamə Quliyevanın oğlu, onun dostu və başqa bir xanım tərəfindən təzyiqə məruz qalaraq videogörüntülər çəkilib. İnternetdə yayılmış videogörüntülərdən görürük ki, otaqda bir neçə adam var.
Düzdür, onların üzləri görünməsə də, istintaq zamanı həmin şəxslərin kimliyi artıq müəyyən olunub. Mehriban Hüseynova hansısa təzyiqlər altında bu hərəkətləri etməyə məcbur edilib. Hətta Mehriban Hüseynova bu hərəkətləri könüllü etmiş olsaydı belə, bu cür görüntülərin yayılması qanunla qadağandır".

Deputat hələ də istintaqla müəyyən olunmuş günahkar şəxslərin niyə həbs olunmadığının səbəblərini açıqlayıb:

Həmin şəxslərin istintaq zamanı müəyyən olunmasına baxmayaraq, bu məsələyə dərhal həbslə qərar vermək olmaz. Çünki biz bir tərəfdən Mehriban Hüseynovanın niyə həbs olunduğunu, amma təqsirkar ola biləcək başqalarının niyə həbs olunmadığını deyirik.

Yəni bu o demək deyil ki, bizim istədiyimiz adamlar həbs olunmalıdır, amma istəmədiymiz adamlar yox. Hər şeyə istintaq qiymət verir".

"Hər bir halda günahkar şəxslərlə bağlı qanunla nəzərdə tutulan cəza həddi var. Bəzi detallara istintaqın sonunda aydınlıq gəlir. Ümid edirəm ki, sonda bu məsələ öz hüquqi və ədalətli həllini tapacaq"-deyə Çingiz Qənizadə bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8541   Tarix: 21 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930