8-ci kilometr bazarının məşhur "pulqatlayanları" həbs olundular - VİDEO

8-ci kilometr bazarının məşhur "pulqatlayanları" həbs olundular - VİDEONizami rayonundakı 8-ci kilometr bazarında ("Vosmoy") insanları aldadan fırıldaqçılar saxlanılıblar.

BiG.AZ bildirir ki, bu barədə məlumatı musavat.com-a bazarda çalışanlar veriblər. Məlumata görə, fırıldaqçı şəxslər bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıblar.

Xatırladaq ki, bu şəxslər bazarda güya meyvə-tərəvəz satışı ilə məşğul olurdular. Lakin əslində isə onların əsas işi satışla məşğul olmaq deyil, insanlardan pul oğurlamaq idi. Bazara gələnlərdən böyük əskinasları alaraq xırdalamağı təklif edən bu şəxslər daha sonra həmin pulun bir hissəsini xüsusi fəndlərlə qatlayaraq, oğurlayırdılar. Bu şəxslərin hər gün yüzlərlə qurbanı olurdu.

Bu il yanvar ayının 24-də həmin şəxslərin əməllərini ifşa edən videogörüntülər musavat.com-un əməkdaşları tərəfindən lentə alınmışdı.

Bundan sonra həmin fırıldaqçılar bazardan yoxa çıxmışdılar. Lakin onlar barəsində hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədiyindən onlar yenidən "Vosmoy" bazarında peyda olmuşdular.

Musavat.com bu məsələni təkrar ictimailəşdirərək həmin şəxslərin ifşa edilməsi üçün yenidən reportaj hazırlayıb.

Artıq həmin şəxslər bazarda yoxdurlar. Nəhayət ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıblar.

Qeyd edək ki, "Vosmoy" bazarı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin ərazisinə daxildir.

Fırıldaqçıların həbs edilməsi isə Polis Bölməsinin rəisinin dəyişməsindən sonraya təsadüf edir. Polis bölməsinin rəisi vəzifəsinə bir müddət əvvəl Hikmət Usubov təyin olunub. Əvvəl Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi olan Hikmət Usubovun gəlişindən sonra həmin fırıldaqçıların "bazarı" bağlanıb. Fırıldaqçılardan əlavə, bazarda alıcıları tərəzidə aldadan bir neçə satıcı da saxlanılıb.

Fırıldaqçıların əməllərini sübut edən görüntüləri bir daha oxucularımıza təqdim edirik.




BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1907   Tarix: 19 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

03.05.2024 218
.

Saçınızı yuyanda şampundan tez-tez istifadə etməyin

Saçınızı gündəlik yumaq çoxları üçün adi bir təcrübədir, lakin mütəxəssislər şampundan tez-tez istifadə etməyi məsləhət görmürlər. xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq şampunlama baş dərisinin istehsal etdiyi təbii yağları çıxarır, saçları qırılmağa meylli edir. Gündəlik şampunlar

03.05.2024 368
.

Filippində 5,7 bal gücündə zəlzələ baş verib

Filippində 5,7 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Balangiqa şəhərindən 28 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 7,9 kilometr dərinlikdə qeydə alınıb

03.05.2024 209
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 808
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 381
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

03.05.2024 352
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 687
.

Adı lüğətə salınacaq

Amerikalı müğənni Beyonsenin adı Fransanın "Le Petit Larousse illustré" ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. Ulduzun adının yanındakı təsvirdə "Amerikalı R&B və pop müğənnisi" sözlər

03.05.2024 325
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 840