Sovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLAR

Sovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLARBu gün Səbail rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

BiG.AZ lent.az-a istinadən bildirir ki, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çıxış edərək bildirib ki, rayon ərazisində genişmiqyaslı tikinti işlərinin həyata keçirilməsi istiqamətində artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu proses davam edir: "Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaq. Artıq tikinti sektorundakı işlərə maraq xeyli artıb. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır".

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, cari ilin ilk 3 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 4 milyard 220,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 77.5 milyon manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri isə 29.9 milyon manat olub.

Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 267.4 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 47.1 faiz çox olub, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1462.7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.3 faiz çox olub.
3 ay ərzində Səbail rayonda 777 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin oktyabrından bu günə kimi rayonda 47670-i daimi olmaqla 51138 yeni iş yerləri acılıb.
RİH tərəfindən Badamdar qəsəbəsində yeni "Abad məhəllə" istifadəyə verilmiş, "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işləri davam edir. Hazırda bu ərazidə 50 min ədəd ağac əkilib və onlara gündəlik qulluq göstərilir.

Hazırda Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi və qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam edir.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Sovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLARSovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLARSovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLARSovetskidə sökülən evlərin yerinə tikiləcək binalar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4432   Tarix: 15 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

KİV: Rusiya Avropada təxribat hazırlayır

Rusiya Avropada təxribat hazırlayır. "Report" xəbər verir ki, bu barədə "Financial Times" üç Avropa ölkəsinin kəşfiyyat xidmətlərindən adı açıqlanmayan mənbələrə istinadən yazıb. Artıq Avropa ölkələrinin hökumətlərinin müvafiq xəbərdarlıqlar aldığı bildirilib. Materialda o da vurğulanı

05.05.2024 240
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 197
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 264
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 195
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 213
.

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

ABŞ-ın Pensilvaniya ştatındakı qocalar evlərinin birində gənc tibb bacısı Hezer Pressdi 17 qocaya öldürücü dozada dərman verib. xarici KİV-ə istinadən bildirir ki, jurnalistlərin dediyinə görə, qız yaşlı insanların çarəsizliyi və onlara daim baxmaq tələbidən hiddətlənib. O, dəfələrlə qocalar evinə sığına

05.05.2024 551
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 227
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 225
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 168