Doğuşda ölüm səbəbləri bunlardır

Doğuşda ölüm səbəbləri bunlardırDoğuş zamanı ana və uşaq ölümlərinin sayı günbəgün artır. Dünyada hər gün 800 qadın qarşısı alına biləcək səbəblərdən hamiləlik dövründə həyatını itirir. Hər anasını itirmiş körpələr arasında da həyatının ilk iki ilində ölüm faizi on dəfə artıqdır.

Heç kim ölümə qarşı sığotalanmayıb. Ancaq peşəkar həkim ağır doğuşda ananı da, uşağı da xilas edər. Doğumdan 24 saat sonraraya təsadüf edən ölüm faktı həkimin səhvidir.
Bu ölüm faktlarına görə normal doğuşdan qorxmaq lazım deyil. Hamiləliyin ilk aylarından yaxınlıqdakı dövlət məsləhətxanasından qeydiyyatadan keçib daim həkim nəzarəti altında olmaq lazımdır. Bəzən qadınlar normal doğuş problemlərindən qorxaraq rahat bilib qeysəriyə kəsiyinə üstünlük verirlər. Səhiyyə Nazirliyi belə bir rəsmi açıqlama vermişdir ki, "Qeysəriyyə zamanı ölüm riski təbii doğuşdan 7 dəfə artıqdır."
Bu mövzu ilə əlaqəli Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri, uzman doktor Turab Canbaxışovla müsahibəmizə diqqət edək:

-Hazırda hamilə qadınlar ən çox normal doğuşa, yoxsa keysəriyyə əməliyyatına üstünlük verirlər?

-Hamilə qadınlar son zamalar keysəriyyə əməliyyatına daha çox üstünlük verirlər. Bunun da səbəbi böyük ehtimal ki, normal doğuş haqqında məlumatlarının az olması və yaxud da normal doğuşdan fiziki cəhətdən qorxmalarıdır. Normal doğuş edənlərdən eşitdikləri odur ki, çox ciddi ağrıları, cırılmalar, sonradan bir çox fəsadları olub. Ona görə də qadınların bəziləri bu qorxulardan, əziyyətlərdən çəkinirlər. XXI əsrdə isə hər şey dəyişib. Çünki, normal doğuşda olan fəsadların bir çoxunun qarşısını almaq mümkündür. Bunlardan biri ağrı faktorudur. Hamilə qadın sancı çəkməyə başlayan andan etibarən xəstəxanaya gələ bilər. Epidural kateter dediyimiz, beldən keyləşdirmə yolu ilə hamilə qadının hərəkətləri yerində qalır. Ancaq sancılarının ən az 50 faizinin şiddətini hiss etmir. Anestezioloqun köməyi burada lazım olur. O ki qaldı cırılmalar və aralıq bölgəsindəki travmalara, o da epiziotomiya dediyimiz bir üsuldur ki, doğuş zamanı cırılmanın qarşısını almaq üçün kəsik aparılır. Uşaq doğulduqdan sonra o kəsik tikilir. Sadəcə bir tikiş qoyulur və bununla da həm ağrının, həm də cırılmaların qarşısı alınır.

- Hansı hallarda normal doğuşu tövsiyyə edilmir?

- Tibbi olaraq bunun bir çox səbəbləri var. Əsas səbələr döl qüsurları, döldə olan çatışmazlıqlar, dölün ürək fəaliyyətinin azalması ola bilər. Döllə bağlı olan bütün problemlərdə keysəriyyə ilə dölün çıxarılması daha fəsadsız doğuş sayıla bilər. III və IV dərəcəli anatomik dar çanaq, ananın çanağı ilə dölün başının kliniki uyğunsuzluğu, tam cift gəlişi, uşaqlığın cırılma təhlükəsi, əvvəllər uşaqlıqda aparılmış əməliyyatdan sonrakı çapığın yararsızlığı, ananın bəzi xəstəlikləri (yüksək dərəcəli miopiya, ağır ürək-qan damar sistemi xəstəlikləri və s) keysəriyyə əməliyyatına mütləq göstərişdir. Onu həkim əvəlcədən müayinə edir. Ananın öz sağlamlığı da normal doğuş üçün əlverişli olmalıdır. Ürək, sinir xəstəliyi, beyin , qaraciyər-böyrək, bağırsaq problemləri, aralıq bölgəsində keçirilmiş əməliyyatlar, qalçada avtoqəza nəticəsində yaranmış travmalar və s. çox mənfi təsir göstərə bilər normal doğuşa. Buna ancaq müayinə olunduqdan sonra qərar verilməlidir ki, hamilə qadın normal və ya keysəriyyə əməliyyatı olsun. Normal doğuşa gedən xanımların təxminən 8-10 faizi doğuşdan keysəriyyə əməliyyatına gedir. Bu da ola biləcək qanaxmalardan, dölün ürək zəifliyi, asfiksiyası və yaxud da doğuşun ləngiməsindən irəli gəlir. Bu həm anaya, həm dölə mənfi təsir edə bilər. Bu səbəblərdən dolayı hamilə qadını kesəriyyə əməliyyatına yönəldirlər. Çox vaxt bir sıra faktorlar ayrı-ayrılıqda cərrahi əməliyyata göstəriş olmasa da, birlikdə bu faktorlar dölün həyatı üçün təhlükə yaratdığına görə keysəriyyə əməliyyatı məsləhət görülür.

- Bəzi doğuşlar ana və uşaq ölümləri ilə nəticələnir. Bunun başlıca səbəbləri nələrdir?

-Son illər ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər nəticəsində ana və uşaq ölüm faktları azalıb. Hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar. Ancaq istər normal, istərsə də keysəriyyə əməliyyatı olsun, əsasən ana ölümlərinin başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30- 40 faiz hallarda qanaxmalardan irəli gəlir. İkinci səbəb isə əməliyyat sonrasında olan problemlərlə əlaqədardır. Ürək problemləri, tromboemboliyalar, amnion mayenin emboliyası ola bilər. Üçüncü yerdə isə əməliyyatdan sonrakı dövrdə olan infeskiyalar durur. Ancaq dünya praktikasında belə bir nəticəyə gəliblər ki, ümumiyyətlə ana ölümlərinin bütün dünyada istər Amerika Birləşmiş Ştatları olsun, istər Kanada, istərsə də Avropanın inkişaf etmiş ölkələri olsun, əgər əvvəlcədən səbəblər bilinsə, müəyyən önləyici tədbirlər görülsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər.

- Doğuşdan sonra qadınlarda hansı dəyişikliklər olur?

- Doğuşa qədər anada müəyyən dəyişikliklər olur. Bu bütün orqanlarda özünü göstərir. Ürək 40 faiz, böyrək 35 faiz, ağciyərlər təxminən 60 faiz öz işlədiyindən daha artıq fəaliyyət göstərir. Bütün orqanlar demək olar ki, öz faliyyətindən bir neçə faiz artıq işləmək məcburiyyətindədir. Doğuşdan sonra isə o dəyişikliklər təzədən geriləməyə başlayır. Burada süd vəziləri, uşaqlıq, ginekoloji orqanlar ön plana çıxır. Süd vəzilərində böyümələr olur. Qadın süd verməyə başlayır. Uşaqlıqda doğuşdan sonra təxminən 40 gün boyunca həm qanaxma, həm ifrazatın gəlməsi və uşaqlığın öz əvvəlki ölçülərinə geri qayıtması müşahidə olunur.

- Hamilə qadınların tez-tez ultrasəs müayinədən (USM) keçmələrinin onlara mənfi təsiri varmı?

- Hamilə xanımlar adətən müəyyən orqanların anomaliyalarına, inkişafına baxmaq üçün 5dəfədən 10 dəfəyə qədər ortalama olaraq uziyə düşməlidirlər. Döldə, anada başqa bir problem varsa, onda dölə daha tez-tez baxıla bilər. 2 həftədən bir də baxıla bilər, hətta elə bir patologiya var ki, dölün inkişaf ləngiməsində dölün qan dövranına hər 72 saatdan bir baxılmalıdır. Hazırda araşdırmalar onu göstərir ki, hamilə qadın hər gün ultrasəs etdirsə belə, ona heç bir zərəri yoxdur. Çünki, ultrasəs dalğalar bizim danışdığımız səs dalğalarının bir qədər dəyişilmiş formasıdır, hansı ki, biz onu cihazlar vasitəsilə şəkilə çeviririk.

- Son olaraq məsləhətləriniz nələrdir?

-Dünyaya sağlam körpə gətirmək üçün ailə cütlüyü hamiləlikdən əvvəl həkimə müraciət etməlidir. Qan qrupu və rezus faktor müəyyən olunmalıdır, həkimin hamiləlik öncəsi məsləhətlərini almalıdırlar. "Mən artıq hamiləyəm" deyib laqeyd yanaşmamalıdırlar. Qadın hamiləliyin əvvəlindən doğuşa qədər həkim nəzarətində olmalıdır. Hamilə qadın öz sağlamlığında hər hansı narahatlıq hiss etdikdə, dərhal etibar etdiyi həkiminə müraciət etməlidir./atv.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4659   Tarix: 14 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261