Larisa Dolina: "Məndən üzr istənilməyincə, Bakıya gəlməyəcəm"

Larisa Dolina: "Məndən üzr istənilməyincə, Bakıya gəlməyəcəm"Yəqin xatırlayırsınız, Rusiyanın əslən Bakıdan olan xalq artisti Larisa Dolina bu günlərdə "Rossiya1" telekanalında "Odin v odin" verilişində nəinki azərbaycanlıları, ola bilsin, erməniləri də şoka salan bir açıqlama ilə çıxış etmişdi.

Şouda münsiflər heyətində əyləşən Larisa Dolina iştirakçılardan biri, özünü Bokaya (o da əslən Bakı ermənisidir) oxşadan Aleksey Çumakovun ifasına münasibət bildirərəkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia etmişdi. Hər halda bu barədə yayılan məlumatlarda belə deyilirdi.

"Muğam ifa etmək inanılmaz dərəcədə çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?.. Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyur", - deyə Larisa Dolinaya istinadən bildirmişdi.

Təbii ki, azərbycanlılar peşəkar və az qala bütün dünyada tanınmış bir müğənninin bu fikirlərini qəzəblə qarşıladılar. Axı o, hər şey bir yana, əslən bakılıdır və bir ara şəxsən Aıim Qasımovun özü ilə oxumuşdu!

BiG.AZ xəbər verir ki, virtualaz.org-un müxbiri, bu gün Larisa Dolinanın özü ilə birbaşa əlaqə saxlaya bilib. Və məlum olub ki, bu mövzuda olan söz-söhbətlər onu heç də azərbaycanlılardan az hiddətləndirməyib.

"Sizinlə bu söhbətimiz mənim şəxsən böyük hörmət bəslədiyim Polad Bülbüloğlunun xahişi əsasında baş tutdu.

Baş verənlər tamamilə təxribatdır. Məni sadəcə olaraq seçib və aşağılayıblar. Mənim sözlərimi öz xeyirlərinə yozaraq, məni doğulduğum respublika ilə üz-üzə qoyublar.

Mənim həyatımda heç vaxt belə bir şey olmayıb. Mən həyatımda heç vaxt ünvanıma bu qədər nifrət, lənətlə üzləşməmişdim.

Özü də tamamilə əsassız olaraq. Bu sadəcə olaraq amansızlıqdır və hiddət doğurur.

Sadəcə olaraq, kimsə mənim sözlərimi həyasızcasına öz xeyrinə istifadə etdi. Mən deməmişəm ki, yalnız ermənilər muğam oxuya bilir. Mən demişəm ki, həm ermənilər, həm də azərbaycanlılar muğamın öhdəsindən ustalıqla gəlirlər.

Mən deməmişəm ki, muğam sənətini yalnız ermənilər mənimsəyiblər. Mən, bəzi Azərbaycan KİV-lərinin yazdığı kimi, necə deyə bilərəm ki, ermənilər muğamı azərbaycanlılardan yaxşı oxuyur? Ən azı həmin proqrama baxın. Orada hər şey aydın şəkildə görünür və eşidilir.

Mən özümü günahkar hesab etmirəm. Mən Azərbaycan xalqını təhqir etməmişəm, baxmayaraq ki, mənim ünvanıma lənətlər yağdırıldı...

Məni ən çox ağrıdan odur ki, bu lənətlər o insanlardan gəldi ki, mən onlarla bir torpaqda yaşayıb, bir yerdə böyümüşəm. Bu dəhşətdir və mənim həyatımda heç vaxt olmamışdı.

Sadəcə olaraq başa düşmürəm ki, mənimlə Azərbaycanın arasını vurmaq kimə lazım olub?!

Buna görə də, bununla bağlı bundan sonra heç bir şərh verməyəcəyəm", - deyə Larisa Dolina kəskin və emosional şəkildə bildirib.

Amma bir neçə saniyədən sorna sakitləşən L.Dolina əlavə edib ki, doğulduğu respublika ilə əlaqələri birdəfəlik qırmaq fikrində deyil.

"Əlbəttə, məni Bakıya dəvət etsələr, məmnuniyyətlə gələrəm. Mən bu gözəl şəhərə gəlməyi çox istəyərdim. Amma bu çirkli kampaniyanı təşkil edən şəxsin məndən hamının qarşısında şəxsən üzr istəməsindən sonra. Mən çox təəssüf edirəm ki, bu mənim həddən artıq bağlı olduğum və çox sevdiyim bakılılarla baş verdi", - deyə sonda L.Dolina vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3168   Tarix: 13 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağır qəzada 32 yaşlı kişi öldü - 3 nəfər xəstəxanalıq oldu

Ötən gecə Bakıda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 22:30 radələrində Nərimanov rayonu Ağa Nemətulla küçəsində "Toyota Prius" və "VAZ 2101" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ"da olan Ağdaş rayon sakini 1993-cü il təvəllüdlü Fəri

14.02.2025 446
.

Ramazan ayı nə vaxtdan başlayır? - TƏQVİM

Bu il Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi gözlənilir. Fevralın 28-də Azərbaycan səmasında yeni ayın görünəcəyi proqnozlaşdırılır. QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı martın 1-də başlayacaq. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək

14.02.2025 837
.

İlyas Yalçıntaş atdığı mesajlara görə cərimələnib

İran əsilli müğənnini təhqir etdiyi üçün mühakimə olunan İlyas Yalçıntaş pul cəzasına məhkum edilib. türk mediasına istinadən xəbər verir ki, məhkəmə prosesində İran əsilli müğənni İlyas Yalçıntaşın 3 illik həbsə məhkum edilməsini istəyib. Lakin məhkəmə ona 4 min manat məbləğində pul cəzası verib. İranl

14.02.2025 356
.

ÇÖRƏYİN faydaları nələrdir?

Bəzi qidalanma mütəxəssisləri çörəyin ən böyük faydasının içində yox, məhz qabığında olduğunu bildirirlər. İddialara görə, bişirmə prosesi zamanı çörəyin qabığında kolon xərçənginin qarşısını almağa kömək edən yüksək səviyyədə antioksidantlar yaranır. xəbər verir ki, bu məsələyə aydınlıq gətirmək üçü

14.02.2025 421
.

Sabah yaz havası olacaq - PROQNOZ

Fevralın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakının havası. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabi

12:06 68
.

""Sevgililər Günü"nün ölkəmizdə belə qeyd olunmasını sosioloq kimi məqbul saymıram"-Üzeyir Şəfiyev

Fevralın 14-ü dünyanın bir çox ölkəsində "Sevgililər Günü" kimi qeyd edilir. Bu gün bəzən "Müqəddəs Valentin Günü" adlandırılsa da, onun kökləri xristianlıqdan daha əvvəlki dövrlərə, qədim Roma adətlərinə gedib çıxır. Bayramın mənşəyi ilə bağlı bir neçə fərqli versiya mövcuddur. Hazırd

14.02.2025 397
.

Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb

Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb. xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq Qərar verib. Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahə

12:25 47
.

Vladimir Zelenski Türkiyəyə səfər edəcəyini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenskinin yaxın günlərdə bir neçə ölkəyə səfər edəcəyi haqqında məlumat verib. xarici mediaya istinadən xəbər verir ki, Vladimir Zelenskinin Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər edəcəyi gözlənilir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında münaqiş

14.02.2025 326
.

General Nizam Osmanov sorğu-sual edilib: Yeni DETALLAR

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov, onunla birgə eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəməsi gedir. Onlar əvvəlcə dövlət vəsaitlərini mənimsəmə və vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs ediliblər. BİG.A

14.02.2025 454
.

TOP MP3