"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"

"Ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən"Şəmkirlilər daha iki şəhidini son mənzilə yola salıblar.

BiG.AZ xəbər verir ki, düşmənlə təmas xəttində şəhid olan daha iki əsgər bu gün doğulub boya-başa çatdıqları Şəmkir rayonunda dəfn edilib. Kür qəsəbəsində və Düyərli kəndində kütləvi insan izdihamı hərbçilərimizə olan ehtiramı nümayiş etdirib.

Tovuz sakini, 20 yaşlı Vüsal Alıyev cəbhənin Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şəhidlə vida mərasimi uzun illər yaşadığı Şəmkirin Kür qəsəbəsində baş tutub. Şərəfli döyüş yolu, vətənin bütövlüyü uğrunda göstərdiyi şücaət, vətənə və dövlətə bağlılığı barədə Vüsal Alıyevin dəfn mərasiminə toplaşanlar söz açıblar. Düşmənə layiqli müqavimət göstərən əsgər 2014-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb və ehtiyata buraxılmasına bir neçə gün qalıbmış. Şəhidin nəşi kütləvi insan axınının müşayiəti ilə Kür qəsəbə qəbristanlığına gətirilib. Tabutun büküldüyü Azərbaycan bayrağı Vüsal Alıyevin ailə üzvlərinə təqdim olunub. Dövlət himninin sədaları altında yaylım atəşi açılıb.

İlham Ələkbərov - şəhidin atası: "Mənim oğlum şəhid olduğu üçün mən onunla qürur duyuram. Ona görə ki, mənim oğlum vətən üçün canından keçdi. Mən iki oğlumun birini itirdim. Onlar əkiz qardaşlar idi. Vətən sağ olsun!"

Vüqar Əliyev - şəhidin qardaşı: "Allah bütün şəhidlərimizə rəhmət etsin! Mənim qardaşım mərdliklə döyüşdü, sonda isə vətən yolunda şəhid oldu. Onun qanı yerdə qalmayacaq. İnşallah, sona qədər gedib, şəhidlərimizin qısasını alacağıq. Bunu biz etməyəndə kim edəcək?!"

2015-ci ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən ordu sıralarına göndərilən Altun Dəmirli isə Tərtər istiqatində gedən döyüşlərdə fədəkarlıq nümayiş etdirirək həlak olub. Düyərli kəndində şəhid son mənzilə qəhrəman kimi yola salınıb. 19 yaşlı Altun Dəmirlinin ailə üzvlərinə başsağlığı verilib.

Fərman Dəmirli - şəhidin atası: "Mənim oğlum hələ 16 yaşında ərizə yazıb, cəbhəyə getmək istəyirdi. O həmişə deyirdi ki, gedib Qarabağı mən alacağam. Mənə deyirdi ki, ata, mən gedib orada şəhid olacağam, sən də mənimlə həmişə fəxr edəcəksən. Bütün şəhidlərimizə Allah rəhmət etsin!"

Altun Əmirli Düyərli kənd qəbristanlığında Dövlət himninin sədaları ilə, yaylım atəşi altında torpağa tapşırılıb. Enməzliyi uğrunda canından keçdiyi Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim olunub./kəpəz tv/


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 12509   Tarix: 09 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi

1964-cü ildə gənc aspirant Donald Rask Körri təsadüfən yaşı təxminən 5 min il olan bir ağacı məhv edib. Sonradan bu ağac "Prometey" adlandırılıb və ABŞ-ın Kaliforniya ştatında bitən bu şam ağacının hekayəsi insanların qədim ağaclara münasibətini köklü şəkildə dəyişib. Qaynarinfo xəbər veri

17.12.2025 268
.

DİN şagirdlərə satılan o məhsulu araşdırır - Açıqlama

Xəbər verdiyimiz kimi, məktəblilər arasında "snus" adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Qafqazinfo"ya bildirib ki, "Snus" adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır:. "Hazırd

17.12.2025 309
.

Böyük Britaniyadan Rusiyaya mesaj: Lazım gələrsə, döyüşməyə hazır olmalıyıq

Britaniya Baş Qərargah rəisi Riçard Nayton Moskvaya sərt xəbərdarlıq edib. Nayton deyib: "Rusiya NATO-ya meydan oxumaq, onu məhdudlaşdırmaq, bölmək və məhv etmək istədiyini açıq şəkildə bildirib və əlavə edib ki, "lazım gələrsə, döyüşməyə və qalib gəlməyə hazır olmalıyıq". BİG.AZ The Guardian-

17.12.2025 192
.

Uşağa qadağan edilməməli olan şeylər - İradəni iflic edən 4 tabu

Hər bir valideyn ən azı bir dəfə uşağın təşəbbüsünü kəskin şəkildə dayandırmaq istədiyini hiss edib. Lakin psixoloqlar xəbərdarlıq edirlər: elə qadağalar var ki, onlar uşağın iradəsini sındırır və ömür boyu iz buraxır. bu 4 tabunu təqdim edir:. Bu qadağalar xırda görünə bilər, amma məhz onlar uşağı

17.12.2025 236
.

Bu Mərkəzin operatoru dələduzluğa görə həbs edildi

Hacıqabul rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kompüter operatoru Z.Sevdimalıyeva dələduzluq cinayətinə görə həbs edilib. Qaynarinfo-nun məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq - təkrar törədildikdə) və 178.2.3-cü (Dələduzluq - şəxs tərəfindən ö

17.12.2025 203
.

Düşünmək dələduzluğun ən böyük düşmənidir!

Kiber dələduzlar xəstə uşaqlar adından səhifələr açıb insanların heysiyyətinə toxunan paylaşımlar edərək onlardan pul yığırlar. Bu cür dələduzları necə müəyyən etməli və onların qazdığı quyuya düşməmək üçün hansı tədbirləri görməliyik?. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən İnformasiya Texnologiyalar

17.12.2025 194
.

Bakıdakı məktəbdə şagirdlər zorakılığa məzuz qalıb - VİDEO

Bakının 187 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri və onların valideynləri ciddi narahatlıq içindədir. xəbər verir ki, buna səbəb isə həmin sinifdə təhsil alan bir şagirdin aqressiv davranışlarıdır. Valideynlər bildirir ki, övladları məktəbə getməkdən çəkinir, çünki həmin şagirdin digər uşaqla

17.12.2025 312
.

Sabahın havası açıqlandı

Dekabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6 isti

17.12.2025 219
.

İki paraşütçü göydə bir-birinə çırpılıb öldülər

İtaliyada iki təcrübəli paraşütçü faciəvi şəkildə ölüblər. xarici mediaya istinadla bildirir ki, hadisə dekabrın 14-də Fano şəhərində qrup halında həyata keçirilən tullanış zamanı qeydə alınıb. Tullanışda iştirak edən 70 yaşlı Ermes Zampa və 63 yaşlı Violetta Layketsion təxminən 30 metr yüksəklikdə havad

17.12.2025 280
.

TOP MP3