AzTV sədri ilə Qulu Məhərrəmli üz-üzə

AzTV sədri ilə Qulu Məhərrəmli üz-üzəBu gün saat 14.00-da Yasamal rayon məhkəməsində AzTV sədri Arif Alışanovla teletənqidçi, professor Qulu Məhərrəmlinin məhkəmə prosesi keçiriləcək.

Xatırladaq ki, teletənqidçi, professor Qulu Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı müsahibəsi AzTV sədri Arif Alışanovu qəzəbləndirib. Həmin müsahibədə səslənən fikirləri şərəf və ləyaqətinin təhqir olunması, böhtan kimi qiymətləndirən Alışanov telejurnalistə qarşı ayrı-ayrılıqda iki məhkəmədə iddia qaldırıb. Bunlardan birində tanınmış jurnalistin CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Digər iddia ərizəsində isə səsləndirdiyi fikirlərə görə, professordan 100 min manat təzminat tələb edir.

Aprelin 1-də Yasamal rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə cinayət məsuliyyəti iddiasına baxış iclasında müvafiq qanunun tələbi ilə A.Alışanovun prosesə gəlməsinin zəruriliyi barədə vəsatət qaldırılıb. Vəsatət qəbul edilib və A.Alışanovun məhkəməyə gəlməyəcəyi təqdirdə iddianın baxılması mümkünsüz sayılıb.

Q.Məhərrəmlinin vəkili Cavid Rzayev strateq.az-a açıqlamasında bildirib ki, A.Alışanov öz iddiasını müdafiə edirsə, mütləq bu gün məhkəməyə gəlməlidir: "Çünki insanın ayrılmaz hüququ olan şərəf və ləyaqətin qorunmasını başqa adama həvalə etmək olmaz. Azərbaycan CM-nin müvafiq maddəsi də yalnız iddiaçının özü müraciət etdiyi təqdirdə cinayət işinə baxmağı mümkün sayır".

Yasamal rayon məhkəməsindən verilən məlumata görə isə A.Alışanov jurnalistə qarşı iddiasını geri götürməyib. Deməli, o məhkəməyə gəlmək və onu tənqid etmiş Q.Məhərrəmli ilə üz-üzə durmaq niyyətindədir. Məhkəməni izləyən jurnalistlərin də indiyədək ictimai tribunalardan səsi eşidilməmiş A.Alışanova suallar vermək imkanı olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 763   Tarix: 08 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qələbə Gününün havası

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağış günün ikinci yarısında tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

08.05.2024 318
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

08.05.2024 557
.

Amsterdam Universitetində Fələstinə dəstək aksiyası davam edir

Amsterdamda universitetlərin birində Fələstinə dəstək aksiyası keçirilib. BİG.AZ xəbər verir ki, polis aksiyanın qarşısını almağa çalışıb. Aksiya iştirakçıları öz həmrəkliklərini bu cür nümayiş etdirdiklərini bildirib. Düşərgə qurmuş aksiyaçılara qarşı polisin sərt təxribatına etiraz edən qrup bu gü

08.05.2024 88
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

08.05.2024 644
.

Xırdalanda "fond pulu" tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO

Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri hazırda əmək qabiliyyətini itirdiyinə görə bağçanın müdir səlahiyyətləri Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodisti Sevinc Abbas qızı Qurbanovaya həvalə edilib. xəbər verir ki, bu barədə idarədən məlumat verilib. Qeyd olunub ki, bağç

07.05.2024 688
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

08.05.2024 354
.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

Ögey atasını öldürmüşdü, cəza verilmədi

Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub. Prokuro

08.05.2024 697
.

Sabah "ASAN xidmət" işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələ

08.05.2024 112