Daha bir şəhidimiz torpağa tapşırılıb - FOTO

Daha bir şəhidimiz torpağa tapşırılıb - FOTOBinəqədi rayonunda qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, kəşfiyyatçı Bağırov Emin İmran oğlunun dəfn mərasimi keçirilib.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Azay Quliyev və Madər Musayev, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, rayonun hüquq mühafizə orqanları, rayonun müəssisə və təşkilatları, şəhidin oxuduğu məktəbin kollektivi, İctimai Şuranın üzvləri, ictimai birliklər, birinci Qarabağ müharibəsinin iştirakçıları, YAP Binəqədi rayon təşkilatının fəalları, gənclər o cümlədən, rayon sakinləri iştirak ediblər.

Şəhid E.Bağırov Binəqədi qəsəbəsində dəfn edilib.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz", "Vətən sənə canım fəda" şüarları səsləndirilib. Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.

Dəfn mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şəhidin yaxınlarına və rayon ictimaiyyətinə bildirib ki, Şəhid Bağırov Emin Azərbaycanın suverenliyi uğrunda qəhrəmancasına həlak olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidi son mənzilə yola salmağa gələn insanlar, xalqımızın milli ruhu, vətənpərvərlik duyğuları onu deməyə əsas verir ki, Azərbaycan xalqı öz torpaqlarını qısa zamanda işğaldan azad etməyə hazırdır.

Sonra söz alan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndəsi Hafiz Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, mərhumun tarix müəllimi Qoşqar Hümbətov, şəhid Emin Bağırovun vətənin azadlığı uğrunda nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edərək yaxınlarına başsağlığı veriblər.

Bitib tükənməyən insan izdihamı ilə müşayiət olunan dəfn mərasimində sakinlər şəhidi son mənzilə yola salıblar. Binəqədi qəsəbə qəbristanlığında torpağa tapşırılan Bağırov Emin İmran oğlu Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, yaylım atəşinin açılması ilə torpağa tapşırılıb.

Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təhvil verilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!(trend)

Daha bir şəhidimiz torpağa tapşırılıb - FOTODaha bir şəhidimiz torpağa tapşırılıb - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3257   Tarix: 07 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəka

14:45 263
.

Filippində güclü zəlzələ baş verib

Filippində 5 bal gücündə zəlzələ baş verib. -ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri bildiriblər. Məlumata görə, yeraltı təkanlar 24 iyun - çərşənbə günü, yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04-red.) qeydə alınıb. Bildirilir ki, zəlzələni

17:30 56
.

Numan Kurtulmuş: "Dünya dağılır, yeni nizam qurulur"

"Bu gün baş verənlər onu göstərir ki, dünya dağılır, yeni nizam qurulur. Bu sistemin isə çoxqütblü olacağı qaçılmazdır. Bu istiqamətdə islam dünyasının qarşısında fürsətlər açılmaqdadır". xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatını

16:00 115
.

Azərbaycanda "ağ qızıl" əkinləri yeddi dəfədən çox artıb

"Azərbaycanda pambıq əkinləri 7 dəfədən çox artıb". "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarını

17:15 78
.

Anası öldü, Fransa millisi baş məşqçisiz qaldı

Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya çempionatı qrup mərhələsinin üçüncü turunda Norveçlə oyunu buraxacaq. -ın xarici mediaya istinadən xəbərinə görə, 57 yaşlı məşqçi iyunun 23-ü vəfat edən anasının vəfatı səbəbindən növbəti oyunda məşqçilər heyəti arasında olmayacaq. Fransa Futbol Federasiyas

18:30 1
.

Rusiya-Ukrayna müharibəsində Rusiyanın 2 milyondan çox hərbiçisi ölüb

Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun itkiləri 2 milyon nəfərə çatıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bu haqda Politico nəşri məlumat yayıb. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

13:31 188
.

Masallıda 16 yaşlı qız qaçırıldı

Masallıda yeniyetmə qız qaçırılıb. -ın məlumatına görə, Bakı şəhər sakini olan 16 yaşlı N.H. Şirvan şəhər sakini 17 yaşlı F.Ə. tərəfindən evlənmək məqsədi ilə qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tapılaraq, ailələrinə təhvil veriliblər

18:00 1
.

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5.5%, yuxarı həddi isə 7.5% səviyyəsində saxlanılıb

13:00 153
.

Britaniyada ilk dəfə iddiaçı məhkəməni süni intellektin köməyi ilə udub

Böyük Britaniya hüquq praktikasında ilk dəfə olaraq məhkəmə materialları tamamilə süni intellekt tərəfindən hazırlanmış iş üzrə qərar çıxarıb. Süni intellekt sistemi 7 00 funt sterlinq məbləğində borcun tutulması üçün məhkəməyəqədərki bütün hazırlığı müstəqil şəkildə həyata keçirib və London məhkəməsind

12:30 145
.

TOP MP3