Səfərbərlik olacaqmı?

Səfərbərlik olacaqmı?Qarabağ cəbhəsində döyüşlərin getməsi, Azərbaycan ordusunun irəliləməsi Ermənistanı təşvişə salıb. Bu səbəbdən də artıq iki gündür işğalçı ölkədə faktiki olaraq hərbi səfərbərlik elan edilib. Ehtiyatda olan hərbi qulluqçularla yanaşı, könüllülərin də yığıldığı barədə informasiyalar yayılıb.

Bəs Azərbaycanın da hərbi səfərbərlik etməsinə zərurət varmı?

BiG.AZ xəbər verir ki, hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Azərbaycanın səfərbərlik resursları hər zaman hazırdır. Prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında da yəqin ki, bu məsələlər müzakirə olunub: «Hadisələrin inkişafına uyğun olaraq addımlar atılmalıdır. Ehtiyac olduğu zaman əlbəttə ki, səfərbərlik də olmalıdır və olacaq. Bu gün isə ordunun şəxsi heyəti o səviyyədədir ki, məncə, səfərbərlik zərurəti yoxdur».

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, cəbhədə vəziyyət gərginləşəndən sonra Müdafiə Nazirliyinin paytaxtdakı və bölgələrdəki şöbələrinə yüzlərlə müraciət daxil olub.

Keçmiş döyüşçülər, o cümlədən ehtiyatda olan əsgərlər könüllü şəkildə cəbhəyə yollanıb döyüşmək istədiklərini bildiriblər V.Dərgahlı qeyd edib ki, Azərbaycanda könüllü dəstələri yoxdur və insanlar yalnız çağırışla orduya gedə bilər: "Ehtiyac olduğu zaman biz onları hərbi xidmətə çağıracağıq. Könüllü surətdə döyüşmək üçün nazirliyimizə müraciət edən vətəndaşlara dövlətimiz adından minnətdarlığımızı bildiririk. Azərbaycan Silahlı Qüvvələri hazırda cəbhənin bütün istiqamətlərində nəzarəti tam həyata keçirir və düşmənə layiqincə cavab verir. Ona görə də hazırda səfərbərlik və könüllü döyüşçü qəbuluna ehtiyac yoxdur".

Onu da qeyd edək ki, Vaqif Dərgahlının insanların könüllü döyüşə getmək üçün müraciət etdiyi barədə dediklərini döyüşlərin getdiyi Tərtər rayonundan gələn xəbərlər də təsdiqləyir. Rayon icra hakimiyyəti başçısının sakinlərlə iki gün əvvəl keçirdiyi görüşdə kişilərlə yanaşı, çoxlu sayda qadınlar da düşmənlə döyüşə hazır olduğunu bəyan ediblər. Qadınlar icra başçısı Müstəqim Məmmədova silahla təmin olunmaları üçün müraciət eləyiblər. İcra başçısı torpaqlarımızı müdafiə edən güclü peşəkar ordumuzun olduğunu deyib, qadınları döyüşə göndərməyə ehtiyac olmadığını bildirib. Bu barədə rayon sakinləri əməkdaşımıza məlumat veriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3460   Tarix: 05 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 146
.

Tarkan yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi- FOTOLAR

Türkiyəli müğənni Tarkan yoldaşı ilə evliliyinin 8-ci ildönümünü qeyd edib. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Evlilik ildönümümüzün olduğu bu günlərə romantik bir tbt yaraşır. 2016-cı ildə evlənəndən bir neçə həftə sonrakı günlərdən şirin kadrlar" ,- deyə o bildiri

02.05.2024 917
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 783
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 217
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 295
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 220
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 294
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 425
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

02.05.2024 466