"Azərbaycan xalqına bizim davamız maraqlı deyil"- Kamran jurnalistləri başına yığdı

"Azərbaycan xalqına bizim davamız maraqlı deyil"- Kamran jurnalistləri başına yığdı"İndi Azərbaycan xalqının vəziyyəti çətindir, onlara bizim davamız maraqlı deyil. Bu məsələni bu qədər şişirdib şouya çevirmək lazım deyildi".

BiG.AZ xəbər verir ki, bunu bugün keçirdiyi mətbuat konfransında teleaparıcı Kamran Həsənli deyib.

K.Həsənli müğənni Samir Piriyevlə aralarında yaşanan qalmaqalllı olaya aydınlıq gətirib:

"Heç vaxt evimi satıb Samirə verəcəyəm deməmişəm. Demişəm ki, evim plana düşəcək, mən də sənə o puldan verəcəyəm. Yalandan deyir ki, Kamran mənə obyekt fotoları göstərdi. Türkiyənin Antalya və Alanya şəhərləri arasında yanacaq doldurma məntəqəsinə pul qoyacağımızı dedi, amma sonra gedib obyektin olmadığını gördüm".

K.Həsənlinin vəkili Türkel Hüseynov hərracda şirkət satılandan sonra hissədarların pulunun qaytarılacağını deyib: "Müğənni Samir Piriyev şikayət ərizəsində yazıb ki, Kamran guya onu aldadıb, pul alıb. Kamran yanacaq doldurma məntəqəsinə 300 min avro, Samir isə 115 min pul verib. Onun da 35 mini qaytarılıb. Samir Kamranı çox bezdirib, bu səbəbdən aparıcı maşınını ona verib, müğənni də maşını 20 min dollara hesablayıb. O, obyektin sahibi Erhan bəydən 15 min alıb. Obyekt olmasaydı, Kamran dələduzluqda ittiham oluna bilərdi. Ancaq Samirə bir neçə dəfə deyilib ki, şirkətə bank əl qoyub. Hərracda şirkət satılandan sonra hissədarların pulu qaytarılacaq".

Qeyd edək ki, müğənni Samir Piriyev şoumen Kamran Həsənli arasında qalmaqal yaşanır. S.Piriyev aparıcını onu aldatmaqda ittiham edir: "Mən Antalyaya getdim. Kamrana 35 min dollar və 80 min dollar vermişdim. Gülər Həsənli dedi ki, 115 min manat çatmır. Mən razılaşmadım və Kamran Həsənliyə dedim ki, pulu qaytarın. Kamran Həsənli pulun qalan hissəsinin 2-3 aya qaytaracağını bildirdi, ancaq illər keçdi. Mən Türkiyənin Manisa şəhərində idim, Kamrana zəng edib pulu tələb etdim. Dedi ki, get Antalyaya, Gülər sənə pulu verəcək. Manisadan Antalyaya getdim, Gülər mənə dedi ki, biz biznesmen adamıq, evdə pul saxlamırıq, hələ gözlə. Mən dəfələrlə Kamrana demişəm ki, məsələni bu həddə çatdırmayaq, pulumuzu verin. Məni Kamran Həsənli və bacısı Gülər Həsənli aldadıb".

Mirvari Nəcəf


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1931   Tarix: 04 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1018
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 544
.

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub. Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb. "Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mən

28.04.2024 477
.

60 yaşında gözəllik müsabiqəsinin qalibi oldu, tarixə düşdü

60 yaşlı jurnalist və hüquqşünas Aleksandra Marisa Rodriges "Miss Argentina" müsabiqəsində Buenos-Ayres əyalətini təmsil edib. Axşam.az xəbər verir ki, ölkənin ən gözəl qızı adı uğrunda mübarizə aparmaq üçün Rodriges öz bölgəsində 34 digər namizədi geridə qoyub. Beləliklə, Rodriqes "Kaina

28.04.2024 727
.

Aparıcı Ülviranın EHTİRASLI görüntüsü GÜNDƏM OLDU - FOTOsu

Tanınmış teleaparıcı Ülvira Qarayeva paylaşdığı cəsur fotosu ilə diqqət çəkib. Aparıcının "İnstagram" hesabında paylaşdığı şəkil izləyicilər tərəfindən həm bəyənilib, həm də mənfi rəylər yazılıb.Fotoda Ülvira Qarayeva qısa geyimi ilə oturacaqda əyləşib.( )

28.04.2024 1398
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27.04.2024 930
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 447
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 4904
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 546