"Rusiya mətbuatında erməni tərəfinin mövqeyi dəstəklənir"

"Rusiya mətbuatında erməni tərəfinin mövqeyi dəstəklənir"Rusiya mətbuatında erməni mənbələrinə istinad üstünlük təşkil edir. Son iki gündə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri dünyanın aparıcı kütləvi informasiya vasitələri kifayət qədər dolğun işıqlandırdılar. Onların yayımladıqları materiallarda Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunduğu qeyd edilirdi. Türkiyə mətbuatı da cəbhədəki son hadisələrə kifayət qədər ciddi və obyektiv yanaşdı.

BiG.AZ bildirir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Rusiya mətbuatında, bu ölkənin bəzi xəbər portallarında və televiziyalarında cəbhə xəttində baş verən hadisələrlə bağlı yayımlanan materiallarda isə daha çox erməni tərəfinin mövqeyi dəstəklənir: "Rusiyanın nüfuzlu media qurumları baş verən hadisələri obyektiv işıqlandırsalar da, çox təəssüf ki, məsələyə qeyri-obyektiv yanaşan media qurumları da var. Rusiya mətbuatı daha çox özünü bitərəf kimi göstərməyə çalışır. Lakin dərindən təhlil etdikdə görürsən ki, onların yaydıqları informasiya öz işini görür. Tərəflərə münasibətdə maraqlı məqamlar üzə çıxır. Məsələn, "İnterfaks", "lenta.ru", "vzglyad.ru" və başqaları daha çox erməni tərəfinin mövqeyinə, oradan olan materiallara üstünlük verir. Çox təəssüf ki, bəzi məqamlarda bunu xristian və müsəlmanlar arasında ədavət kimi təqdim etməyə cəhdlər olunur. Əsasən də "regnum.ru" məsələyə bu cür yanaşır, son olayların arxasında Türkiyənin dayanmasına işarə olunur".

Şura sədrinin sözlərinə görə, Rusiya mətbuatında erməni mənbələrinə istinad daha çox üstünlük təşkil edir: "Rusiya mətbuatında ermənilərin rəsmi şəxslərindən alınan fikirlərə də yer verilir. Adətən mediada fikir verilir, sonra təkzib olunur, təkziblə isə çox adam maraqlanmır. Artıq yazılan yazı öz işini görür. Təkzibin o qədər əhəmiyyəti olmur. Diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi, işğal olunmuş ərazi kimi verilmir. Dağlıq Qarabağ və Azərbaycan iki tərəf kimi təqdim edilir. Sanki Azərbaycan öz ərazi bütövlüyü bərpa etmir və hansısa müstəqil dövlətin torpağını zəbt etmək istəyir. Biz bu sadalanan halların aradan qaldırılmasına çalışmalıyıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1441   Tarix: 04 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995