Qənirə Ərdoğanın qarşısında ağlamağından danışdı: "12 şəhid anası yerinə elə bildim özüməm"

Qənirə Ərdoğanın qarşısında ağlamağından danışdı: "12 şəhid anası yerinə elə bildim özüməm"Azərbaycanlı jurnalist Qənirə Ataşova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısında ağlamağından danışıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Q.Ataşova R.T.Ərdoğanla müsahibəyə hazırlaşarkən Azərbaycanda 12 nəfərin şəhid olması xəbərini eşidib göz yaşlarını saxlaya bilmədiyini dilə gətirib:

"5 aydır Azərbaycandan kənardayam, Vətən insan üçün çox gözəldir. Bunu Vətəndən kənarda olanda daha çox hiss edirsən. Vətən üçün ən çətin gün idi...Vətənimdən uzaq olduğum üçün bu xəbər mənə çox pis təsir etdi. R.T.Ərdoğana bununla bağlı sual verərkən duyğulandım və göz yaşlarımı saxlaya bilmədim. Sözsüz ki, bir jurnalist olaraq hisslərimi bildirməməliyəm, amma mən də bir anayam. Mənim də iki oğlum var. Sabahın əsgərləri mənim oğlanlarımdır. Duyğulandım və 12 şəhid anası yerinə elə bildim özüməm. 12 şəhidin bacılarının yerində özümü hiss etdim və onları da öz ailəmdən biri bildim".

Q.Ataşova bildirib ki, bu təbii hisslərdir: "Şəhid bizim canımızdır, qanımızdır. Jurnalist də olsaq hisslərimizi öldürməməliyik. İnsan birinci növbədə insanlığını qorumalıdır. Vətən hər şeydən üstündür. Vətənə görə insan canından keçməyi bacarmalıdır. Bizim Vətənimiz olmasa kimə lazımıq?".

Q.Ataşova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib:

"Rəcəb Tayyib Ərdoğan hər addımda Azərbaycanın yanındadır. Türkiyə hər problemimizdə bizə sirdaş, həmrəy olub. Amma gözləmirdim ki, Rəcəb Tayyib Ərdoğan mənim hislərimə bu cür həssas yanaşsın. Təşəkkür edirəm, mənim timsalımda Azərbaycan qadınlarının, Azərbaycan analarının bugün keçirdiyi hissi hiss etdi, dünyaya çatdırdı".

Xatırladaq ki, R.T.Ərdoğan açıqlamasında türkiyəli jurnalistlərə Q. Ataşovanın timsalında Azərbaycan jurnalistlərini nümunə göstərib:

"Az öncə Azərbaycan telekanallarında çalışan bir jurnalist qarşımı kəsdi. Onun gözlərində göz yaşı gördüm. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik? Mənim əsgərim, polisim təhlükəsizliyi qorumaq üçün canlarını verir. Amma baxırsan bəziləri elə başlıqlar yazırlar ki... Biz hansı ölkənin, onlar isə hansı ölkənin vətəndaşıdır?".

Mirvari Nəcəf


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4215   Tarix: 03 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

10:28 33
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

17:29 294
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

11:52 105
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 1151
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 318
.

"Azərbaycan vətəndaşları Şengen vizasının alınmasında maneələrlə üzləşirlər" - Turizm eksperti

"Şengen vizasının alınmasında ciddi qaydalar tələb olunur və Azərbaycan vətəndaşları həmin ölkələrə gedərkən maneələrlə üzləşirlər. Azərbaycan vətəndaşı Almaniya və ya Polşaya gedərkən saatlarla səfirliyin qarşısında dayanır,bəzi hallarda tamamilə imtina alır". Bu sözləri turizm eksperti Sami

16:46 197
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 410
.

Hansı avtomobillərə maraq artıb?

"Elektromobillərin istifadəsi ekoloji çirklənməyə qarşı mübarizədə ən önəmli vasitələrdən biridir. Azərbaycanda bu nəqliyyat vasitələrinə maraq artır". Bu sözləri BİG.AZ-A nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, taksi fəaliyyətinə məhdudiyyətlərin qoyulması və lisenziyaların verilməsind

16:17 141
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

20:40 0