"Kişi kişi ilə söhbət edər, bacımın adının çəkilməsi…"

"Kişi kişi ilə söhbət edər, bacımın adının çəkilməsi…""Kişi kişi ilə söhbət edər. Bu işdə olmayan bacım Gülərin adının çəkilməsi qəbul edilməzdir. Qadının adının hallanması yaxşı hal deyil. Samirin keçmiş həyat yoldaşı şahid idi, üzləşmədə gəlmədi. Biz də heç tələb etmədik ki, o gəlsin. Sən deyirsən ki güya ki, pulu mənə vermisən mənlə danış".

BiG.AZ xəbər verir ki, bu barədə məşhur şoumen Kamran Həsənli bildirib.

Bu gün Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu "Samir Piriyev 115 min dolları 50% Kamrana inanıb veribsə, 50% bacısı Gülər Həsənliyə görə verib. Gülər xanım Türkiyədə yaşayıb, işlədiyi üçün o qədər pul Kamran Həsənliyə verilib", deyə bildirib.

Kamran Həsənli müğənni Samir Piriyev haqqında hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayətin səbəbi isə S. Piriyevin ondan icazəsiz səsini yazması və bu səs yazısını kütləvi informasiya vasitələrində yayması olub:

"Qanunvericiliyə görə, kiminsə səsini icazəsiz yazmaq və onu ictimailəşdirmək cinayətdir. Səsi yalnız istisna hallarda, müəyyən qurumlar yaza bilər. Samir Piriyev belə bir qanunazidd əməl törədib və onun bu əməlində cinayət tərkibi var. Hüquq-mühafizə orqanlarına şikayət etmişik".

"Səsyazma məsələsinə gəldikdə isə biz mətbuata səsyazmanı təqdim etmədən öncə protokol qaydasında müstəntiqə təqdim etmişik, daha sonra mətbuata yaymışıq. Kamran Həsənlinin səsyazması şəxsi həyatına müdaxilə deyil. Samir Piriyev üçün Kamran Həsənlinin dələduzluğunu sübut edəcək yeganə predmet, vasitə səsyazma idi. Samirin başqa məqsədi olmayıb. Samir sübut olaraq Kamranın səsini yazıb. Samir K. Həsənlinin şəxsi həyatından sual verməyib. Burada qanun pozuntusu yoxdur. Kamran istədiyi hüquq-mühafizə orqanına müraciət edə bilər", - deyə Ruslan Əhmədoğlu qeyd edib.

Bununla bağlı Kamran Həsənlinin vəkili Türkel Süleymanlı səsyazısının yayılmasını qeyri qanuni adlandırıb.

"Sonuncu dindirmədən sonra biz müstəntiqdən bu barədə soruşduq. Müstəntiq bildirdi ki, belə şey ola bilməz. Heç bir müstəntiqin buna ixtiyarı yoxdur. Şəxsi danışıqları yazıb yaymaq bir cinayətdir. Cinayət Məcəlləsinin 155-ci maddəsində bu, öz əksini tapıb. Biz artıq bu barədə müraciət eləmişik. Bunu yalnız təhlükəsizlik, daxili işlər orqanları edə bilər. O da məhkəmənin icazəsi, prokurorun sanksiyası ilə mümkündür. Bu həmçinin şantaj kimi qiymətləndirilir", - deyə Türkel Süleymanlı bildirib.

Vəkil həmçinin Samir Piriyevin Kamran Həsənliyə yaşadığı evi onun adına keçirməsi xəbərini bir başa şantaj adlandırıb.

"Kişi kişi ilə söhbət edər, bacımın adının çəkilməsi…"Vəkil Türkel Süleymanlı

"Piriyev Kamran Həsənliyə yaşadığı evi onun adına keçirmə müqabilində təqibi dayandırmasıyla bağlı xəbər göndərib. Bu bir başa şantajdır. Həmçinin Kamran Həsənlinin bacısı Gülər Həsənlinin bu işdə adının hallanması sui istifadədir. Biz vəsadət vermişik ki, cinayət işinə xitam verilsin. Həmin vəsadət müəyyən araşdırmalar getdiyinə görə rədd olunub. Həmin vəsadətdə bir məqam var. Piriyev orqana müraciətində yazıb ki, Kamran Həsənli mənə tikilməkdə olan bir obyektə yerə şərik olmağı təklif elədi. Mən pulu verdim sonra Türkiyəyə gedəndə gördüm ki, heç bir obyekt yoxdur. Amma özü istintaqda üzləşmə zamanı etiraf elədi ki, Kamranın burada ona şəklini göstərdiyi, pul qoyduğu obyekti olduğu kimi Türkiyədə görüb. Gedib görüb ki, həmin obyekt həmin cür orda var. Xüsusi dindirmə protokolunda bu var. Antalyada torpaq bahadır, o zaman ora beş milyon dollara qiymətləndirilirdi. Belə olan halda bu mülki mübahisədir, bunun cinayətə heç bir əlaqəsi yoxdur" - deyə vəkil vurğulayıb./anspress.com/


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1351   Tarix: 31 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"

Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma

11.12.2025 395
.

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR

Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər

14.12.2025 536
.

Xanəndə övladı doğulan kimi ona mahnı oxudu - VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Kamilə Nəbiyeva ana olub. Sənətçinin xəstəxanadan görüntüsü yayılıb. Övladı doğulandan sonra onu ilk dəfə görən Kamilə mahnı oxuyub. Həmin görüntülər sosial şəbəkədə yayılıb. Qeyd edək ki, Kamilə ötən il prodüser Pərvin Fətəliyevlə ailə qurub

14.12.2025 694
.

"Qurd"un xanımı ilə görüntüsü gündəm oldu - VİDEO

Reper "Qurd" yeni "Aləm qalxsa" adlı ifasını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, meyxana tərzində qələmə alınan, sözləri Məşədi Babaya məxsus olan ifada rep elementlərinin yer aldığı hiss olunur. Sözügedən mahnıya çəkilən klipdə reper həyat yoldaşı Leyla Eminbəyli il

14.12.2025 857
.

"Uşaq Avroviziya 2025"in şərhçiləri onlar olacaq

"Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri məlum olub. Axşam.az xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Bildirilib ki, bu il keçiriləcək müsabiqənin Azərbaycandan olan şərhçiləri tanınmış aparıcılar Azər Süleymanlı və Aysel Zahidqızı olacaq. Xatırlada

11.12.2025 293
.

Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı

ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction

13.12.2025 564
.

54 yaşlı Aygün Kazımova görünüşü ilə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Xalq artisti Aygün Kazımova tərzi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça qatıldığı məclislərdən birində ağ geyimlərdən istifadə edib. Kazımova tərzini kürk və ağ şlyapa ilə tamamlayıb. Fotoların müəllifi Muxtar Bədəlovdur

13.12.2025 1286
.

Almaxanımın yeni görüntüsü TƏƏCCÜBLƏNDİRDİ - FOTO

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli yeni fotoları ilə sosial mediada gündəm olub. xəbər verir ki, ifaçı yeni görüntülərini paylaşıb

14.12.2025 1152
.

Rəqsanə həyat yoldaşının videosunu paylaşdı

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrılma xəbərlərinə son qoyub. Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşının görüntüsünü paylaşıb. Videoda onun qızı Mihrimah da yer alıb. Qeyd edək ki, Rəqsanə konsertdə "Fazillə hər şey bitdi" sözünü deyib

18.12.2025 513
.

TOP MP3