Dişləri hansı yaşdan fırçalamaq lazımdır?

Dişləri hansı yaşdan fırçalamaq lazımdır?Uşaqların 3 yaşından tez diş pastasından istifadə etməsi zərərlidir. Türkiyəli diş həkimi Emre Kural süd dişlərinin sağlam olmasının normal dişlər qədər əhəmiyyətli olduğunu deyir. Vaxtından əvvəl itirilən süd dişləri normal dişlərin sağlamlığına zərər verdiyi kimi, onların düzülüşünə də təsir edə bilər.

BiG.AZ xəbər verir ki, aile.lent.az həkimin uşaqların dişlərinin çürümə səbəbləri haqqında fikirlərini təqdim edir.

Həkim bildirir ki, süd dişləri normal dişlərə nisbətən daha az mineral tərkiblidir, yəni daha çox təbii quruluşludur. Bu səbəbdən də daha asan və sürətlə çürüyürlər: "Uşaqlar çürüyün erkən dövrdə meydana gələcək əlamətlərini başa düşə bilmirlər. Yalnız dişləri dözülməz qədər ağrıdıqda bunun fərqinə varırlar. Onda isə çox gec ola bilər. Uşaqlar ağız qulluğuna böyüklər qədər diqqət edə bilməzlər. Uşağın əl bacarığı, marağı və valideynlərinin bu qaydaya əməl etmələri uşaqların diş fırçalama vərdişini təyin edir. Xüsusilə anaların tez-tez etdiyi bir səhv - əmziyi şirin su, bal, mürəbbə kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şirin süd, meyvə suyu kimi qidalara vərdiş etdirmələri də süd dişlərinin çürüməsinə səbəb olan amillərdir. Beləliklə də, qidalanma formalarındakı pozuntular süd dişlərinin çürüməyə meyllərini artırır".

Çürüyün qarşısını almaq mümkündürmü?

Çürüyü tamamilə aradan qaldıran hər hansı peyvənd və ya dərman yoxdur. Lakin çürüyün yaranmasının qarşısını almaq üçün bəzi vəsaitlərdən istifadə edilə bilər. Bunlardan biri "Fissür örtücü" deyilən materialdır: "Diş çürükləri ümumiyyətlə azı və kiçik azı dişlərinin, çeynəyən hissədə olan "fissür" adı verilən yerlərdə başlayır. Bəhs etdiyimiz vəsait vasitəsilə həmin kanalın üzəri bağlanılır, o bölgəyə mikrob, yemək artığının daxil olmasına maneə yaratmaqla çürüyün başlamasının qarşısını almaq olar. Bu əməliyyat 6 yaşından etibarən çıxan qalıcı azı və kiçik azı dişlərinə də tətbiq oluna bilər. Çürüyə maneə yaratmağın başqa bir yolu da dişlərin zəifləməsinə qarşı müqavimətini artırmaqdır. Diş səthinə xüsusi qoruyucu tətbiq etməklə bu müqaviməti artırmaq olar".

Süd dişlərinin əhəmiyyəti

Süd dişlərinin birinci vəzifəsi uşağın düzgün qidalanmasını təmin etməkdir. Bununla yanaşı, süd dişlərinin çürüməsi və ya tez itkisi ciddi estetik problemlər yaradır. Süd dişi tez düşdükdə onun təbii yer tutma funksiyası da aradan qalxır. Bu da daimi dişlərin lazım olan yerdən çıxmamasına və ya çıxa bilməyərək ölü qalmasına, əyri bitməsinə səbəb olur.

Süd dişlərindəki çürüklər müalicə edilməlidirmi?

Müalicə edilməyən süd dişi çürükləri, ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozuqluğu və çirkin xarici görünüşə gətirib çıxarar. E. Kural bildirir ki, bu dövrdə müalicə edilməyən diş pozuqluqları gələcəkdə diş əyriliyi, çənə inkişafında pozuntular və ümumi sağlamlıq problemlərinə (revmatizmdən ürək narahatlıqlarına qədər) səbəb ola bilər. Bu səbəbdən süd dişlərindəki çürüklər "onsuz da onların yerinə yeniləri gələcək" deyilərək biganə yanaşılmamalı və müalicə edilməlidir.

Körpələrdə ağız qulluğu

Körpələrin ən azı ilk dörd ay ana südü ilə qidalanmaları ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edir. Ana südünün qeyri-kafi olduğu hallarda fizioloji başlıqlı (damaqlı, kəsik uclu) əmzik istifadəsi lazımdır: "Körpələr 1 yaşından etibarən stəkan və qaşıqla qidalanmaya vərdiş edilməlidir. Əmziklə qidalanma ən çox 2 yaşına qədər davam edə bilər. Barmaq əmmə, əmzik istifadə etmə kimi vərdişlərə 2-2,5 yaşına qədər icazə verilə bilər. Barmaq əmmə vərdişi davam etsə, bunun qarşısını almaq lazımdır. Çünki tənəffüs problemləri çənə inkişafına mənfi təsir edir".

Uşaqlar diş fırçalamağa hansı yaşda başlamalıdır?

Körpə 6-8 aylıq ikən (yəni ilk dişlər ağızda göründüyündə) səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri təmiz bir tənzif və ya cunanı isladaraq silmək, təmizləmək olar. Həkim diş fırçası istifadəsinə isə uşağın arxa dişləri çıxdıqdan sonra (ortalama 2,5 - 3 yaş) başlana biləcəyini deyir: "Məktəbəqədər uşaqlara diş fırçalama texnikası öyrətməkdən çox diş fırçalama vərdişi aşılanmalıdır. Uşaqlar ağızlarında görünən yerləri fırçalamaqla kifayətlənirlər. Ancaq çürüyün yaranmasının qarşısını almaq üçün xüsusilə dişlərin aralarını və çeynəyən dişləri fırçalamaq lazımdır. Buna görə uşağınız dişlərini fırçaladıqdan sonra ana və atalar təmizliyə nəzarət etməlidir".

Diş fırçası necə seçilməlidir?

Uşağa uyğun elastik, yumşaq neylon tüklərdən olan diş fırçası almaq olar. Sərt tüklü fırçalar dişləri təmizləmək üçün uyğun deyil. Vacib məqamlardan biri də köhnələn fırçalardan istifadə edilməməsidir. Ən çoxu 6 aydan bir diş fırçası dəyişdirilməlidir: "Səhər yeməyindən sonra və gecə yatmazdan əvvəl dişləri fırçalamaq lazımdır. Lakin uşağa mütləq düzgün diş fırçalama qaydası öyrədilməlidir. Kiçik yaşlarda qazanılan vərdişlər gələcəkdə də özünü göstərir. 3 yaşa qədər diş pastasından istifadə etmək qadağandır. 3 yaşdan sonra isə diş fırçasının səthi qədər deyil, noxud böyüklüyündə diş pastası uşaqların dişlərini təmizləməsi üçün kifayət edir. İlk dövrlərdə diş pastasının markası vacib deyil. Əsas odur ki, uşaqlar diş fırçalamağı sevsinlər və buna əməl etsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2652   Tarix: 18 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 968
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31.03.2024 682
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24.03.2024 1192
.

Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir

Böyük Britaniyada dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir. BBC xəbər verir ki, ötən ilin avqustunda baş dərisində melonoma akşarlanan və cərrahi yolla bundan xilas olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirə

27.04.2024 284
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 482
.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1215
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20.03.2024 1176
.

Kakaonun qan təzyiqinə möcüzəvi təsiri AÇIQLANDI

Kakao qan təzyiqini, damarlardakı sərtliyin göstəriciləri yüksək olan zaman aşağı sala bilir. Bu barədə britaniyalı alimlərin araşdırmasından məlum olub. Bildirilib ki, mütəxəssislər kakaonun tərkibində olan birləşmələri, xüsusilə flavanolları təhlil ediblər. Sonra təcrübə iştirakçılarından bir neç

04.02.2024 928
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 582