Stalinin nəvəsinin biabırçı fotosu yayıldı

Stalinin nəvəsinin biabırçı fotosu yayıldıSSRİ-nin ən uzunömürlü və qanlı diktatoru İosif Stalinin nəvəsi Kris Evans maraqlı xatirələri və xarici görünüşü ilə hər kəsi təəccübləndirib.

BiG.AZ xəbər verir ki, rusiyalı jurnalist və bloqer Pavel Pryanikovun əlində avtomat olan qadının fotolarını paylaşması böyük maraq yaradıb.

"Bu, Stalinin ABŞ-ın şimal qərbindəki Portlend şəhərində yaşayan doğma nəvəsi, diktatorun qızı Svetlana Alliluyevanın övladı Kris Evansdır", – deyə jurnalist bildirib. Məlum olub ki, diktatorun nəvəsi şəhərdəki kiçik antikvar mağazasının sahibidir.

"Apostrof" nəşrinin yaydığı məlumatda isə bildirilir ki, Stalinin 9 nəvəsi var. Kris Evans Stalinin ABŞ-a qaçmış yeganə övladı Svetlana Alliluyevanın qızıdır. Evans anasının ABŞ-a gəlməsindən danışıb. O bildirib ki, Svetlana Alliluyeva Nyu-Yorka 1967-ci ilin aprelində gəlib: "O, bura Roma (İtaliya) və İsveçrə vasitəsilə gələ bilib. Anam əvvəlcə Nyu Cersi ştatının Prinston şəhərinə üz tutub. O, buradakı universitetdə təhsil almağa başlayıb. Anam Prinstonda arxitektor Frenk Lloyd Raytın həyat yoldaşı olmuş rəfiqəsi, rəqqasə Olqanı tapıb. Bir neçə il əvvəl qızı Svetlananı avtomobil qəzasında itirmiş Olqa faciənin sarsıntısından özünə gəlməmişdi. O, elə düşünürdü ki, tanrı qızı, Svetlananı ona qaytarıb. Buna görə də anama öz qızı kimi baxırdı. Olqa dul qalmış kürəkənini - mənim gələcək atam Uilyam Uesli Pitersomun anamla toyunu keçirdi. Atam memar idi. Anam Lanoy Piters ad-soyadını qəbul etdi. 1978-ci ildə ABŞ vətəndaşı oldu. Sovet İttifaqının ağır atmosferini unuda bilməyən anam bizimlə Nyu Cersi ştatının Penninqton şəhərinə köçdü".

Stalinin nəvəsi 16 yaşında yaxın dostuna ərə getdikdə Piters soyadından imtina edir: "Atamın ölümündən bir qədər sonra, 1991-ci ildə Viskonsinə gələrək Asiya mallarının idxalı ilə məşğul olmağa başladım. Anam isə bu illər ərzində əvvəlcə Londonda, sonra isə Kornuolda yaşadı. O, katolik dinini qəbul etdi. Mən isə buddizmə qayıtdım".

Kris Evans həmçinin əlavə edib ki, o, uşaq yaşlarında babasının tiran olduğunu bilmirmiş: "Mən atamın diktator olmasından məlumatsız idim. Babam mənimçün sadəcə İkinci Dünya Müharibəsində aparıcı rol oynamış üç liderin – Çörçilin, Ruzveltin və Stalinin birgə fotosundakı şəxslərdən biri idi. Bir dəfə anam məndən ona diqqətlə qulaq asmağı xahiş etdi. Və atası haqqında danışmağa başladı. Mən yalnız onda babamın cinayətlərindən xəbərdar oldum"./publika.az/
Stalinin nəvəsinin biabırçı fotosu yayıldıStalinin nəvəsinin biabırçı fotosu yayıldıStalinin nəvəsinin biabırçı fotosu yayıldıStalinin nəvəsinin biabırçı fotosu yayıldıStalinin nəvəsinin biabırçı fotosu yayıldı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5469   Tarix: 16 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477