Azərbaycanlı həkim 20 yaşlı qızı pulsuz əməliyyat etdi, həyata qaytardı
Xəzər Fm-də yayımlanan "Sən Demə" verilişinin Kürdəmir şəhərindən daimi dinləyicisi verilişin aparıcısı həkim dietoloq Tutu Zeynalovaya müraciət edib. Xanım 20 yaşlı qızı Aytənin "qurd ağız" deyilən xəstəlikdən əziyyət çəkdiyini və əməliyyat üçün maddi imkanlarının olmadığını bildirib. "Sən Demə" komandası olaraq Plastik, Rekonstruktif və Estetik Cərrah, Uzman Doktor Mircəfər Seyidə müraciət edilib. Mircəfər Seyid əməliyyat xərcləri tələb etmədən, xeyriyyə məqsədilə xəstəyə kömək edəcəyinə söz verib və sözünə də əməl edib.
Bu barədə BiG.AZ-a "Xəzər Fm"-də yayımlanan "Sən demə" verilişinin aparıcısı həkim dietoloq Tutu Zeynalova bildirib.
T.Zeynalova Kürdəmir şəhərindən yaşayan 20 yaşlı Aytənin ötən gün əməliyyat olunduğunu və bütün xərclərin də Uzman Doktor Mircəfər Seyid tərəfindən qarşılandığını bildirib.
"1 ay öncə Aytənin anası mənə zəng etdi və telefonda səsi titrəyirdi: "Həkim çox xahiş edirəm, övladım əlimdən gedir, imkansızlıq ucbatından heç nə edə bilmirəm. "Qurd ağız" xəstəliyi var, əməliyyat olunmalıdır, amma imkansızlıqdan heç nə edə bilmirik". Qeyd edim ki, bu elə bir xəstəlikdir ki, uşaq anadan olandan sonra 9-12 ay ərzində əməliyyat olunmalıdır. Amm Aytən artıq 20 yaşında idi, lakin əməliyyat olunmamışdı... Aytənin həm nitq qüsuru var idi, həm də bu problem aradan qalxmasa yediyi qidalar burnundan gəlirdi. Çox üzülərək Aytənin anasına bildirdim ki, mən plastik cərrah deyiləm və çox istəsəm də sizə köməklik edə bilmərəm. Mənə dedi ki, Aytən "Sən demə" verilişində sizə hər dəfə qulaq asır və elə bilir ki, bu həyatda ona təkcə siz köməklik edə bilərsiniz. Sağollaşdım, amma ürəyim rahat deyildi".
T.Zeynalovanın sözlərinə görə, 1-2 gün keçəndən sonra həmin xanıma zəng edib və əməliyyatın bütün xərclərini qarşılayacaqlarını bildirib:
"Ürəyim parçalanmışdı, anasına zəng etdim və Aytən üçün həkim axtardığımı dedim. Əməliyyat çox bahalı idi. Aytənin ağlayan səsini eşidəndə öz-özümə dedim ki, öz hesabıma da olsa bu əməliyyatı etdirəcəyəm. Düşündüm ki, insan öz qurtululuşunu məndə görürsə, mən bunu etməliyəm. "Sən Demə" komandası olaraq həkim Mircəfər Seyidə müraciət etdik. Mircəfər həkim heç düşünmədən xeyriyyə məqsədi ilə bu əməliyyatı edəcəyinə razılıq verdi. Və nəhayət, ötən gün bu əməliyyat baş tutdu".
Aytəni pulsuz əməliyyat edən Mircəfər Seyid BiG.AZ-a açıqlamasında bir neçə dəfə belə pulsuz əməliyyatları həyata keçirdiyini deyib:
"Əslində Aytən 1 yaşında əməliyyat olunmalıdı idi, amma imkansızlıqdan bu əməliyyat qalmışdı. Buna görə də xəstənin imkansız olduğunu görüb əməliyyat etdim. Bu günə kimi bir neçə nəfəri təmənnasız əməliyyat etmişəm. "Qurd ağız", "dovşan dodaq". və s . kimi anadangəlmə qüsuru olan maddi imkanı olmayan şəxsləri dəfələrlə əməliyyat etmişik, amma ehtiyac duymamışıq ki, bu barədə məlumat verək. Allah yardımçımız olsun, kifayətdi".
Əfruzə Ağayeva

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10212 Tarix: 16 mart 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137