"Onu "fahişə" sözü ilə əvəz etmək olardı" - Kənan coşdu

"Onu "fahişə" sözü ilə əvəz etmək olardı" - Kənan coşduŞənbə gecəsi rejissor Kənan M.M-in quruluş verdiyi "Gecə qonağı" filmi ATV-də yayımlanıb.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, televiziyada nümayiş olunan ekran işində 18+ səhnələr və vulqar ifadələrin yer alması tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkədə tənqidlərə səbəb olub.

Xatırladaq ki, İlqar Fəhminin ssenarisi əsasında çəkilən ekran işində Kənan M.M., Fərda Xudaverdiyev, Pərvin Abiyeva, Kəmalə Piriyeva rol alıblar.

Musavat.com saytına açıqlama verən filmin rejissoru Kənan M.M. səsləndirilən tənqidləri qəbul etmədiyini bildirib:

""Gecə qonağı" "Təhminə və Zaur"dan qat-qat tərbiyəlidir. Üzr istəyirəm, "Təhminə"də "qəhbə" sözü işlədilir. Onu "fahişə" sözü ilə əvəz etmək olardı. Niyə etməyiblər? Sonra "Qurban olum, Zaur, tələsmə" hissəsini də ekran işindən çıxarardılar. Ustadlardan, böyüklərdən öyrənmirik? "Təhminə və Zaur"u çəkən rejissor Rasim Ocaqov ağsaqqal, dahi, korifey olub. Necə görmüşüksə, elə çəkirik. Başqa cür görsəydik, başqa cür çəkərdik. Bu tənqidlər yersizdir, xarici filmlərdə yer alan açıq-saçıq səhnələrə tamaşaçılar maraqla baxırlar. Ya tamaşaçı özü-özünü düzəltməli, ya da imkan verməlidir ki, mən onu düzəldim. Sevindirici hal odur ki, insanlar filmdəki Zara obrazına inanıblar. Deməli, aktrisa rolunun öhdəsindən gəlib. Yazırlar ki, filmə uşaqla baxmaq olmur. Onun uşağı gecə saat birdə niyə oyaqdır? Mən bu cür tənqidlərdən heç bir nəticə çıxarmıram. Hər zaman insanları səbirlə dinləmişəm, sonra isə öz bildiyimi etmişəm. Tərbiyəli olmağı tərbiyəsizdən öyrənmişəm. Obraza obraz kimi baxmırlar. Yazırlar ki, "kül qız başına, gör nə edir?" Bihtərə ("Aşkı-memnu" serialının baş personajı - red.), Bəhlulla Bihtərin öpüşmə səhnəsinə niyə baxırsınız? Niyə yazırlar ki, o serialdan ötrü ölürük? Deməli, o serialda qızını, arvadını görür. Azərbaycan tamaşaçısı var olduqca filmlərimiz inkişaf etməyəcək. Tənqidlərə gülürəm. Film sensasiya yaradıbsa, deməli, gözəl iş ərsəyə gətirilib".

Xalq artisti Rasim Balayev "Gecə qonağı" filminin tənqid olunmasına münasibət bildirib. O, vurğulayıb ki, filmlərdə açıq-saçıq səhnələrin çərçivədən çıxmadan yer alması normaldır: ""Gecə qonağı" filmini izləməmişəm. Hələ biz film çəkə bilmirik. Türkiyənin çəkdiyi filmlərə o vaxt lağ edirdik. Maşallah, indi gözəl filmlər çəkirlər. Vaxt gələcək, film sahəsi də inkişaf edəcək. Sənət aləmində inkişaf da, tənəzzül dövrü də olur. Bizdə hazırda tənəzzüldür. Əvvəllər filmlərə, tamaşalara maraq var idi. Film sahəsi 3-5 günə inkişaf edə bilməz, bunun üçün illər lazımdır.

Filmdə açıq-saçıq səhnələr yer ala bilər. Məhəbbət, qızla oğlanın yaxınlıq səhnələrini ekran işində canlandırmaq olar. Sözügedən səhnələri estetik təqdim etsələr, tamaşaçılarda qıcıq yaratmaz. Səhnələr əndazədən çıxanda izləyici qəbul etmir. Görünür, "Gecə qonağı" tamaşaçıları qıcıqlandırıb. İranda qadınlar başı bağlıdır, orada açıq-saçıq filmlər çəkmək qadağandır. Lakin bəzən elə filmlər çəkib Kann kimi festivallara göndərirlər ki, insan məəttəl qalır. Hər şey çərçivəsində gözəldir".

ATV xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu filmin yayımı ilə bağlı MTRŞ-nin münasibət bildirdiyini qeyd edib:

"Filmin yayımlanması ilə bağlı artıq Milli Televiziya və Radio Şurası (MTRŞ) açıqlama verib. Ona görə də telekanal məsələyə münasibət bildirməyi lazım bilmir".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov report.az saytına məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə, qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir: ""Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orada müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil. Bu cür filmlər və verilişlərin 23:00-dan səhər saat 7:00-dək verilməsinə mövcud qaydalar imkan verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7361   Tarix: 14 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1528
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 667
.

"Elgizlə Zaur efirə çıxanda mənə pul verir"

Əməkdar artist Elza Seyidcahan aparıcılar Elgiz Əkbər və Zaur Baxşəliyevin efirlərinə gedərkən ona ödəniş etdiklərini açıqlayıb. OLAY yazır ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. "Mən xalqa, kanallara lazımam. Televiziyalara təmənnasız çıxıram. Sadəcə dostlarım

26.04.2024 1054
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 588
.

"Mənə görə nə qədər insan pul qazanır"

"Çox zaman insanlar biz sənətçilərin pərdəarxasında olan həyatımızı görmürlər. Bizim gördüyümüz iş çox əziyyətlidir. Qaça-qovdayıq. Fatiməni tanıyanlar bilirlər ki, dayanmadan çalışır, fikirləşir və yeniliklər axtarır". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Günaydın

27.04.2024 393
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 712
.

Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz onunla telefon danışığını lentə alaraq, sosial şəbəkədə yayıb. O, sözügedən videonu "Instagram" hesabında paylaşıb. Videoda Nərgizin avtomobilini cızdığını ifaçıya həyəcanla çatdırmaq istəməsi yer alıb. "Disiplinli Nərgiz idmanda qaldı. Maşın

27.04.2024 989
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1513
.

Toyda Şəbnəmin ovucuna GÖRÜN NƏ QOYDULAR- VİDEO

Müğənni Şəbnəm Tovuzlu paylaşdığı video gündümə səs salıb. Bizim.Media xəbər verir ki, sənətçi iştirak etdiyi toyda pul yağışına qərq olub. Mahnısını ifa edən Şəbnəmə ev yiyələri yaxınlaşaraq ovucuna 100 dollarlıq əskinaslar veriblər. Müğənni isə həmin pulları hər iki əlinin ovucunda tutaraq qonaqları

28.04.2024 788