"Meç yerə qaçmıram, pulu verə bilməsəm evimi satacam" - Kamran və Samirin pul davası

"Meç yerə qaçmıram, pulu verə bilməsəm evimi satacam" - Kamran və Samirin pul davasıMüğənni Samir Piriyevin aparıcı Kamran Həsənlidən polisə şikayəti əsasında açılan cinayət işi üzrə araşdırma davam edir.
Müğənninin hüquqşunası Ruslan Əhmədoğlu BiG.AZ-a açıqlama verərək istintaqla bağlı bəzi məqamlara aydınlıq gətirib.

O, K.Həsənlinin "pulu mənə deyil, Erhan Yılmaz adlı Türkiyə vətəndaşına verib" sözlərini yalan adlandırıb:

"Samir və Kamran ilk dəfə bu biznes haqda danışanda ortalıqda Erhan adlı şəxs yox idi. Bu işin rəhbəri Kamran Həsənlinin bacısı Gülər Həsənli idi. Samirin də bütün sövdələşmələri, danışıqları Kamranın özüylə olub. Həmin məbləğ, yəni 115 min dollar ona Azərbaycanda verilib. Kamran şirkətin iflas etdiyini deyəndən sonra Samir ondan pullarını istəyib. Kamran məsələdə Gülərlik bir şey olmadığını, pulları Erhan adlı bir şəxsə verdiyini deyib. Samir də qarşılığında onun üçün bunun əhəmiyyətsiz olduğunu, pulu faktiki olaraq Kamrana verdiyini xatırladıb. Kamran pulun 20 min dollarının qarşılığında Samirə öz avtomobilini verib. Bundan öncə də 15 min dollar verib. Şirkət iflas olubsa, Kamran da ziyan çəkibsə, bəs niyə avtomobilini Samirə verir?".

Vəkil bunu sübut edən səsyazmaların olduğunu bildirib:

"Burada önəmli bir qeyd edim ki, Samirlə Kamranın səsyazmaları məndədir. Bu gün rəsmi ərizə ilə həmin yazılar istintaqa təqdim ediləcək. Səsyazmasında Samir şəxsən verdiyi pulları tələb edincə, Kamran Həsənli birmənalı şəkildə "mən heç yerə qaçmıram, pulu verə bilməsəm də, evimi satıb verəcəyəm. Kamran yalan danışmağa davam etsə, biz daha cəsarətli səsyazılarını ortaya çıxaracağıq".

R.Əhmədoğlu Samirin hadisədən bir neçə il sonra şikayət etməsini belə izah edib:
"Bu illər ərzində Samir Kamranın "qurban olum, evimi, obyektimi satıb verəcəyəm" sözlərinə görə susub. Kamran dünənədək deyirdi ki, hamısı yalandı, ümumiyyətlə, cinayət işi açılmayıb... Kamran işin mahiyyəti haqda danışsın... O vaxt Samir ona pul verəndə evini, maşınını satıb, özü kirayədə yaşayıb. Çünki düşünüb ki, bu işdən gəlir əldə edəcək".
Müğənninin vəkili S.Piriyevin birinci həyat yoldaşının bu məsələdə maraqlı tərəf kimi adlandırılmasını doğru hesab etmir:
"Samir 115 min dolları keçmiş həyat yoldaşı və öz sürücüsünün iştirakıyla təqdim edib. Kamran indi deyir ki, xanımla sürücü məsələdə maraqlı şəxslərdir. Amma onlar artıq maraqlı tərəf ola bilməzlər. Çünki bütün mətbuat bilir ki, Samir birinci həyat yoldaşı ilə məhkəmə çəkişmələri ilə ayrılıb. Münasibətləri heç də isti deyil. Nə bu gün, nə də o zaman... Rəsmi boşandıqları və münasibətləri gərgin olduğu üçün Samirin birinci həyat yoldaşı maraqlı tərəf kimi çıxış edə bilməz".

R.Əhmədoğlu hazırda istintaqın gedişatından və işin yubadılmasından razı olmadıqlarını da bildirib:
"Biz hazırda istintaqın gedişatı ilə razı deyilik. Bu işi əvvəl polis idarəsi araşdırıb, əgər müəyyən cinayət əməli olmasaydı, faktla bağlı cinayət işi açılmazdı. Amma iş yubadılır... Hansısa Türkiyə vətəndaşı məktub göndərib ki, pulu mənə veriblər. Çox gülməli haldır ki, Erhan adlı Türkiyə vətəndaşı Bakı şəhər prokuroruna ərizə ilə necə müraciyyət bilər? Hardan bilirdi muraciyyeti hansi vezifeli şəxsin adına yazmalı idi? Bunlar hamısı K.Həsənlinin iz qurmalatıdı! Əgər bir nəfər etiraf edirsə ki, pul məndədir, o, ya istintaqa cəlb olunur, ya da gəlib şəxsən üzləşdirilir. Onda belə çıxır ki, istənilən vətəndaş borcu olduğu təqdirdə hansısa xarici ölkədən bir üçüncü şəxs tapıb, onun adından "pul məndədir" yazaraq məsuliyyətdən azad ola bilər? Belə bir şey yoxdur qanunvericilikdə. Samir Erhanı tanımadığı halda pulu ona necə verə bilərdi? Kamran pulun onda və Gülərdə olmadığını, Erhan adlı şəxsdə olduğunu deyəndə Samir Antalyaya gedərək ilk dəfə həmin adamla görüşüb. Ortada bu qədər fakt ola-ola, hansısa əsası olmayan bir məktub istintaqın işini dayandırıb. Nərimanov Rayon Polis idarəsinin İstintaq idarəsinin ləng işləməsindən narazıyıq. Samir qarşıdakı günlərdə bütün hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür".

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1903   Tarix: 12 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xalq artisti: "2 aydan bir ev alıram, hobbimdir"

Xalq artisti Röya Ayxanı qonaq olduğu verilişlərin birində aldığı sualla məəttəl qalıb. xəbər verir ki, izləyicilərdən biri sənətçiyə "Hər 2-3 aydan bir ev alır" sözləri sənətçini təəccübləndirib. Gənc izləyici bu məlumatı onun makler dostundan aldığını bildirib. Sual qarşısında təəccüblənə

13.12.2025 660
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 725
.

Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI

Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun

13.12.2025 669
.

Nadir Qafarzadə baba oldu

Müğənni Nadir Qafarzadə baba olub. Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi dünyaya gəlib. Qafarzadə Axşam.az-a açıqlamasında bildirib ki, oğul nəvəsi olub. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiqə adlı xanımla ailəlidir. İfaçının ikinci övladı Əziz də bu il ailə qurub

10.12.2025 769
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 551
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Onun paylaşımına çoxsaylı bəyəni, tərif gəlib. Sözügedən fotonu təqdim edirik:

14.12.2025 1012
.

Ciqanın qızı intihara cəhd edib

Tanınmış bloger Oksana Samoylova və reper Ciqanın qızı intihara cəhd edib. Axşam.az xəbər verir ki, bloger bu barədə yeni realiti-şou seriyasında qızı ilə bağlı çətin bir dövr keçirdiklərini açıqlayarkən danışıb. Samoylova bildirib ki, 12 yaşından 13,5 yaşına qədər olan müddətdə qızı intihara cəhd edib

13.12.2025 551
.

"Zootopia 2" kassa rekordu qırdı

"Zootopia 2" filmi ilk nümayişindən 17 gün sonra dünya üzrə kassa gəlirlərində 1 milyard dollarlıq həddi keçib. "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bu göstərici istənilən Hollivud animasiya filmindən və ya yaş məhdudiyyəti olmayan istənilən filmdən daha yüksək nəticədir

14.12.2025 660
.

Aysel bu qərarı ədalətsizlik adlandırdı

Xəbər verdiyimiz kimi, "Uşaq Avroviziya 2025" mahnı müsabiqəsinin qalibi Fransa təmsilçisi Lou Deleuze "Ce Monde" mahnısı ilə olub. Axşam.az-ın məlumatına görə, "Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə bununla bağlı paylaşım edib. Aysel qərarı haqsızlıq adlandırıb

14.12.2025 967
.

TOP MP3