Bakını 4 il vahimədə saxlayan manyakın AĞLASIĞMAZ HEKAYƏTİ

Bakını 4 il vahimədə saxlayan manyakın AĞLASIĞMAZ HEKAYƏTİDüz 4 il, 4 il Bakı milisi onu ələ keçirə bilməmişdi. Düz 4 il Bakı səksəkədəydi. Sovet Azərbaycanının paytaxtında vəziyyət elə həddə gəlmişdi ki…analar qızlarını məktəbə buraxmaqdan belə imtina etmişdilər. Hə, Bakıda manyak peyda olmuşdu. Bakının az qala bütün milis idarələrində azyaşlıların zorlanmasıyla bağlı ərizələr vardı…

***

Mişiyev Bakıda anadan olmuşdu. Ailənin yeganə övladı idi. Ona görə də Mişiyevlər Gennadinin ali təhsil almasını arzulayırdılar. Atası İsa Mişiyevin dostlarından biri Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda işləyirdi. Məhz bu tanışlıq vasitəsi ilə Gennadi bu ali məktəbin qiyabi şöbəsinə daxil olur. O, eyni zamanda şəhərdəki kombinatların birində qaynaqçı da işləyirdi. Əməkhaqqı az, iş ağır olduğundan 3 ay duruş gətirə bilmişdi bu işdə.

Gennadi anadan xəstə doğulmuşdu. Həkimlər Mişiyevlərə bildirmişdilər ki, ikinci övladın olması ananın səhhətinə çox pis təsir edə bilər. Doğuş yasaqlanmışdı ana Mişiyevaya. Gennadi də buna görə ailənin tək övladı idi. Orta məktəbdə qaraqabaqlığı ilə seçilərdi. Sinifdə nə dostu vardı, nə də deyib-güldüyü birisi. Xüsusən qızlara qarşı çox qıcıq idi. Kiçik bir zarafat üstündə belə sinif yoldaşı olan qızlarla davaya çıxa bilirdi.
Sonradan, lap sonradan ilkin istintaqa verdiyi ifadədə özü də etiraf edəcəkdi. "Məndə cinsi pozğunluq olduğunu yeniyetmə vaxtımda hiss etmişdim. Qızlara qarşı nifrətim də elə buna görə idi".

Amma bütün bu etiraflara hələ çox vardı. Düz 4 il. Bu dörd il ərzində isə o, 17 qız uşağını, özü də məktəbli uşaqları zorlayacaq, bir neçəsinin isə ölümünə səbəb olacaqdı.

***

1978-ci il martın 1-i. İndiki Nərimanov rayonunda həyətləri birində oynayan 8 yaşlı R.İ. ucaboylu bu dayı ilə həvəslə söhbətə başlayır. O, özünü qızcığaza sahə həkimi kimi təqdim etmiş, uşaqları yoxlamaq üçün həyətə gəldiyini demişdi. Qızdan evlərində kiminsə olub-olmadığını soruşmuşdu. Uşaq isə bildirmişdi ki, evdə heç kim yoxdur. Açar isə qonşudadır. Onu isə həyətdə oynamağa buraxıblar. İyrənc planını həyata keçirmək üçün çox fikirləşmir. Uşağa deyir ki, onda çardağa qalxaq, orada səni yoxlaycam. Cibindən bir alma da çıxarıb verir…

Mişiyev R.İ.ni zorladıqdan sonra tez aşağı düşür. Və hadisə yerindən uzaqlaşır. Qurbanıyla bir də 4 ildən sonra üz-üzə gələcəkdi manyak. Məhkəmədə. Şahidlərin dediyinə görə, R.İ. Mişiyev məhkəmə zalına gətirilən kimi qışqıraraq bayılıb. Eləcə də digər qurbanlar. Hə, bu qurbanların sayı nə az, nə çox - 17 nəfər idi.

***

Mişiyev balaca məktəbli qızları qurban seçirdi. Sonralar məhkəmədə verdiyi ifadələrində deyirmiş ki, onu məktəbli formasında olan qızlar daha çox ehtirasa gətirirmiş. Xüsusən ağ koftalı və pioner qalstuku gəzdirən qızlar. Dəhşət ondadır ki, ilk cinayətindən sonuncusuna, 4 oktyabr 1982-ci ilə qədər onun qurbanlarının hamısı 13 yaşından kiçik qızlar olub.
Onu elə sonuncu qurbanı ələ verib. 13 yaşlı L.D.-ni keçmiş Şaumyan, indiki Xətai rayonu ərazisində tapır manyak. Məktəbdən çıxanda görür və izləməyə başlayır. Qız küçəni keçib dalana girən kimi qarşısını kəsir, bıçaqla hədələyərək dalanın sonundakı yarıuçuq tikiliyə gətirir. Burada onu zorlayır. Uşağın qışqırmasının qarşısını almaq üçün elə küçədən tapdığı sellofan torbanı onun başına keçirir. Qızdan aralanandan onun ölmüş bilir. Amma qız sağ imiş. Onun valideynləri dərhal rayon milis idarəsinə müraciət edirlər. Əməliyyat qrupu yaradılır. Qızın ifadələri alınır. Manyakın xarici əlamətlər əsasında foto-robotu hazırlanır. Nəinki həmin rayonda, bütün Bakıda elə bil milis işçisi yox imiş ki, Mişiyevin şəkli onlarda olmasın. Nəhayət, Keşlədən gələn bir zəng operativ qrupu bu qəsəbəyə yollayır. Mişiyevin şəkillərindən biri qəsəbədəki milis bölməsinə vurulubmuş. Yaxınlıqdakı çayxanada ələ keçir Mişiyev. Sonuncu cinayətindən 3 gün sonra. Milis bölməsində onun şəklini görən yerli sakinlərdən biri qara eynəkli, plaş geyinmiş manyak barədə vaxtında xəbər verə bilmişdi.

Milis onu saxlayanda heç bir müqavimət göstərmir. Bölmədən milis idarəsinə aparılır. Və 13 yaşlı L. də valideynləri ilə bərabər şöbəyə çağırılır. Qız Mişiyevi görən kimi qışqırmağa başlayır. Onu birtəhər sakitləşdirilər. Mişiyev özü də şokda idi. Çünki L.-ni ölmüş bilirdi.
Mişiyev təkcə bu əməlini boynuna almaq istəyir. Başqa cinayətlərdə əlinin olmadığını bildirir. Amma istintaq hərəkətləri keçdikcə onun dəhşətli əməllərinin üstü açılır. Zorlama, zorlama, zorlama və qətllər.

Artıq geri çəkilməyə yer yox idi. Mişiyev törətdiyi başqa bir dəhşətli cinayətini də etiraf edir...

***

T.-nin valideynləri onun ehtiyatsızlığın qurbanı olduğunu düşünürdülər. 5-ci mərtəbənin damından yıxılmış 10 yaşlı T.ni xilas etməyə gəlmiş təcili yardım da artıq gecikmişdi. Hadisə yerinə baxış keçirən milis də heç nədən şübhələnməmişdi. Əksinə, qızın valideynlərinin məsuliyyət məsələsi ortaya çıxmışdı.

10 yaşlı T.-ni də Mişiyev məktəbdən çıxanda təqib etmişdi. Düz evlərinin blokuna qədər. Qızı aldadaraq çardağa çıxartmışdı. Zorlamaq istəyəndə isə zavallı qızcığaz sivişərək qaçmışdı. Mişiyev qızın arxasınca düşsə də, qız səndələyərək aşağı, yerə düşmüşdü. Mişyev sonradan etiraf edəcəkdi ki, küçəyə çıxanda qızın başının üstündə onlarla adamın olduğunu görür. Bu vaxt təcili yardım maşını gəlir. Qızın öldüyü dəqiqləşdir. Mişiyev məhz bundan sonra hadisə yerini tərk edir.

***

4 il ərzində 17 nəfəri zorlamışdı. Əsasən də 7-13 yaşlı qızları hədəf seçirmiş. Çox məkrli plan qururmuş. Rahatca şəhərdə gəzər, tapdığı körpə qızların məktəb - ev trayektoriyasını öyrənər və özündə qeydlər aparardı. Məhz 2-3 gündən sonra qurbanının dalınca gələrdi.

Mişiyev məhkəmədə verdiyi ifadədə törətdiyi cinayətlərdən bir barədə danışırdı: "1982-ci ilin avqust, ya sentyabr ayı idi. Əhmədlidəki binaların birinin blokuna girdim. Təxminən 13 yaşlı bir qız uşağı poçt qutusundan "Pionerskaya pravda" qəzetini çıxarmaq istəyirdi. Mən ona yaxınlaşıb, öz köməyimi təklif etdim. Dedim, atası məni onun dalınca göndərib. Sonra isə əlimdəki bıçaqla onu qorxudaraq, zorladım… Mənzillərində nə qədər axtarsam da, pul tapmadım".

***

Məhkəmədə isə artıq əsəbləri dözmürdü Mişiyevin. "Məni bağışlamayacaqlar. Bunu bilirəm. Amma xahiş edirəm, məhkəməni tez başa çatdırın. Bu uşaqların üzünə baxmağa gücüm qalmayıb. Ən ağır cəzanı verin, amma tez bitirin".

Məhkəmə prosesi 1 ay 20 gün davam edir. 1985-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Məhkəməsi ona ölüm cəzası verir.

***

Yox, hələ bitməyib. Bir az da səbirli olun. Mişiyevi Bakıda saxlamırlar. Onu Moskvaya, "Butırka" türməsinə gətirilər. Bütün Bakı yaxın vaxtlarda ölüm hökmünün icra olunacağını gözlədiyi halda...Mişiyevin vəkilləri SSRİ Ali Məhkəməsinə şikayət ərizəsi verirlər. SSRİ Ali Məhkəməsi isə nə sirri-xudadırsa, ölüm hökmünü 15 illik cəzayla əvəzləyir…

***

Sağdırsa, Mişiyevin indi 58 yaşı var. Bəlkə də yaşayır. Amma buna yaşamaq demək mümkünüdürsə…

lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4946   Tarix: 10 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 284
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

16:40 117
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 112
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

17:10 98
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

04.05.2024 212
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 137
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 199
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

20:30 0