Londonda klub açan idmançımız: "Ermənilərə giriş qadağandır"

Londonda klub açan idmançımız: "Ermənilərə giriş qadağandır"Bu günlərdə mətbuatda azərbaycanlı idmançının Londonda idman klubu açması xəbəri yayıldı. Tanınmış kikboksçu Hafiz Baxşəliyev Londonda "Kafkaz" adında idman klubu açıb. Təbii ki, bu xəbər bizim də diqqətimizdən yayına bilməzdi. Buna görə Londonda idman klubunun azərbaycanlı sahibi və Azərbaycan kikboks yığma komandasının keçmiş üzvü Hafiz Baxşəliyevlə əlaqə saxladıq.

BiG.AZ publika.az-a keçmiş idmançının müsahibəsini təqdim edir: Müsahibə zamanı daha bir xəbər bizi heyrətləndirdi. Dünyanın məğlubiyyətsiz, ən güclü boksçusu adını qazanan Floyd Meyvezerin əlcəkləri Hafizə hədiyyə olunub. Əlcəkləri ona Pərvin Məmmədov adında dostu verib. Dediyinə görə, Pərvin Məmmədov əlcəkləri məşhur boksçu ilə görüşdə auksionda udub.

- Klubu açmaqda məqsəd nə idi? Ümumiyyətlə, bu ideya kimdən gəldi?

- Mən Britaniyaya gəldiyim vaxtdan daimi olaraq buradakı bəzi tələbələrlə idman edirdik. Amma Londonda bizə aid klub açmaq mənim arzum olub. 2016-cı ildə "Kavkaz" klubunu açdıq. Artıq 3 həftədir fəaliyyətə başlamışıq.

- Klubun neçə üzvü var, maraq göstərirlərmi?

- Hal-hazırda 10 nəfər məşq edir. Bəzən çox, bəzən az da olur. Ancaq orta hesabla 10 nəfərdir...

- Klub ödənişlidir?

- Məşqimizə gələnlərin heç birindən ödəniş tələb etmirəm. Çünki əksəriyyət tələbədir. İmkanı olan zalın kirayəsi üçün köməklik göstərir.

- Bəs Londonda klub açmaq üçün lazımi vəsaiti necə qarşıladınız?

- Klubumuz Londonun mərkəzində yerləşir. Mərkəzdə yer tapmaq çox çətin olduğundan biz başqa zaldan vaxt almışıq. Hələ ki, mən öz şəxsi hesabıma saxlamağa çalışıram. Nə vaxta qədər gücüm çatsa, davam edəcəyik.

- Ancaq kikboks üçündür, ya ümumi idman klubudur?

- İndi ancaq boks və kikboks üçün...

- Bəs klub sırf azərbaycanlılar üçün nəzərdə tutulub, ya hamı gələ bilər?

- Əslində bu klubu açmaqda məqsədim azərbaycanlıları bir yerə yığıb bir-birimizlə sıx ünsiyyətdə olmaqdır. Həmçinin sağlam həyat yaşamaq üçün...

- Başqa millətdən müraciət edənlər necə? "Kafkaz" adına görə digər qafqazlılar da gələ bilənlər olar.

- Öncə də dediyim kimi, əslində məqsəd azərbaycanlıları bir araya toplamaq idi. Amma hazırda bizə qoşulmaq istəyən Gürcüstan və Türkiyə vətəndaşı da var.

- Birdən ermənilərdən idmanla məşğul olmaq istəyən olsa...

- Ermənilərə giriş qadağandır. Biz düşmənlə yan-yana durmarıq.

- Necə oldu ki, Londona getdiniz?

- 2009-cu ildə Britaniyaya gəldim və Kardiff şəhərində "Eagles" idman klubunda məşq etməyə başladım. Burada bir çox döyüşlərim oldu. "K-1" qaydaları üzrə peşəkarlar arasında Britaniya çempionu adını qazandım.

Hazırda isə burada işləyirəm. İdmandan kənar bir sahədə fəaliyyət göstərirəm.

Qeyd: Hafiz Baxşəliyev Azərbaycan kikboks yığma komandasının üzvü olub. Beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4051   Tarix: 05 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730