Prezident gömrüklə bağlı sərəncam imzaladı

Prezident gömrüklə bağlı sərəncam imzaladıPrezident İlham Əliyev Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BiG.AZ AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin daha da təkmilləşdirilməsi, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bu islahatların davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə "Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarının yeni redaksiyasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. bu Sərəncamın 2.1, 2.3, 2.6-cı bəndlərində və 5-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etsin;

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

2.1. məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etsin;

2.2. elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etsin;

2.3. gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirsin;

2.4. gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etsin;

2.5. vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirsin;

2.6. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görsün;

2.7. risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görsün;

2.8. xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlasın.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində:

3.1. gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində:

4.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasının "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin qeyd olunan sistemin "Sərhədkeçmə" informasiya resursundan istifadəyə buraxılışının təmin olunması və sistem daxilində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasını altı ay müddətində təmin etsinlər.

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

6.1. ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etsinlər;

6.2. ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etsinlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1297   Tarix: 04 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yeni baş katibi ola biləcək Niderlandın baş naziri Mark Rutte ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransının sonunda Rutte Ərdoğanın əlini sıxmaq istəsə də buna nail ola bilməyib. Olay aprelin 26-da İstanbulda baş verib. Bundan sonra hər ik

29.04.2024 607
.

ABŞ-da tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb

ABŞ-ın Oklahoma və Ayova ştatlarında tornado olub. BİG.AZ xəbər verir ki, bu barədə Hyuz əyalətinin Təcili Tibbi Yardım Xidmətinin məlumat yayıb. Məlumata əsasən,tornado nəticəsində ölənlərin sayı 5-ə çatıb. Oklahoma ştatındakı xəstəxanalarda 100-ə yaxın yaralı var. 5 minə yaxın əhalisi olan Sulfür şəhərind

29.04.2024 292
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

12:02 341
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

29.04.2024 568
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

12:59 201
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

29.04.2024 425
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

29.04.2024 332
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

29.04.2024 395
.

Qəzzada ölənlərin sayı 34 mini keçdi

Qəzza zolağında ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 34454-ə çatıb. Bu barədə Fələstinin səhiyyə nazirliyi məlumat yayıb. Son 24 saatda Qəzza zolağında 66 nəfərin öldüyü, 138 nəfərin yaralandığı bildirilib. Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikd

29.04.2024 279