Qurd xəstəliyinin əlamətləri- qaşınma, ağız qoxusu...
BiG.AZ uşaqlarda bağırsaq parazitlərinin əlamətlərini təqdim edir:
Tez-tez qarın ağrısı spazmı. Uşağınız acdığı zaman ağlayırsa deməli onun qarnında bağırsaq paraziti var. Qarında şiddətli qaz, nəcisdə yumşalma, burun qaşıntısı, anusda qaşıntı, yastığa tüpürcək axması, diş qıcırdatma, dil kənarında qabartılar, kökələ bilməmək, səhərlər ürək bulantıları, ağız qoxusu, iştahsızlıq və ya həddindən artıq yemə, bədəndə qaşıntılar qurdun əlamətləridir. Xəstənin ağız bölgəsinə aid şikayətlər diş və diş əti ilə, eyni zamanda qurdla əlaqədar ola bilər. Bu vəziyyətlərdə xəstənin orqanzmində parazit olduğu bəllidir.
Uşaqlarda ən çox rast gəlinən qurdlardan biri askarisdir.
Askaris silindr formasında, ucları incə, qəhvəyi rəngli, 25-35 sm uzunluğunda bir soxulcandır. Nematoda qrupuna aiddir. Bu parazitə məktəb əvvəli və məktəbdə oxuyan uşaqlarda daha çox rast gəlinir. İştahsızlıq, qarın ağrısı, burunda qaşınma, diş qıcırdatma, yatarkən tüpürcək axıtmaq, qızdırma, tərləmə və gecə qorxuları qurdun əlamətləridir. Askaris bəzən anus dəliyindən xaric ola bilər. Əksər vaxtlarda öd yollarına, apandisə yerləşir. Bəzən də bir çoxu bir araya gəlib yumaq yaradaraq bağırsaq tıxanmasına yol aça bilər. Diaqnozu nəcisdə parazit yumurtalarının görülməsiylə qoyulur.
Müalicə: Mebendazol: VERMAZOL 100 mq 30 həb
Doza: Uşaq və yetkin: 2x100 mq 3 gün istifadə edilə bilər. Qeyd edək ki, bütün ailəyə eyni müalicə tətbiq olunmalıdır.
Qıl qurdu
Bu qurd ip incəliyində, sarımtıl ağ rəngdə, boyları iki millimetr ilə bir santimetr arasında dəyişən və nəcis ilə xaric olan bağırsaq parazitləridir. İnsanlarda rast gəlinən ən məşhur parazitdir. İbtidai məktəb uşaqları arasında daha çox yayılır. Əsas əlaməti isə anus ətrafında gecələr artan qaşıntıdır. İştahsızlıq, kilo itkisi, qarın ağrısı, burun qaşıntısı, diş qıcırdatma, yuxu nizamsızlıqları qurdun əlamətlərindən sayılır. Bu parazitə diaqnoz parazitin özü və ya yumurtasının görülməsi ilə qoyulur.
Yoluxması yüksəkdir. Müalicənin müvəffəqiyyətli olması üçün dərmanın qəbul edildiyi gündən etibarən yataq dəstləri və paltarları qaynatmalı, alt paltarlarınızı ütüləməlisiniz.
Müalicə: Mebendazol: VERMAZOL 100 mq 30 həb
Doza: Uşaq və yetkin: tək doza 100 mq alınır 15 gün sonra yenə tək doza 100 mq alınır. Bütün ailə üzvlərinə eyni müalicə tətbiq olunmalıdır. Uşaqlarda meyvə şirəsinin içinə qatılaraq içirdilə bilər.
Uşaqları qurd xəstəliyindən qorumaq üçün gigiyenik qaydalara riayət etmək, tez-tez əllərini yumaq lazımdır. Uşaqlara yemək bişirərkən anaların öz əllərinin də təmiz olması vacibdir.
Ruhi Muradova
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ailəsi məni istəməyə gəlmişdi, özü hoteldə yatırdı" - Video
Müğənni İradə İbrahimova həyat yoldaşı, türkiyəli iş adamı Ceyhun İzerin illər əvvəl xəstəlik keçirdiyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, sənətçi bu barədə ARB TV-də yayımlanan "Söhbət var" verilişində danışıb. İ.İbrahimova bildirib ki, evlənədə həyat yoldaşında "Kleyne-Levin"
16.12.2025 612 Afət toyunda bu gəlinliyi GEYİNƏCƏK - VİDEO
Xəbər verdiyimiz kimi, jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır. xəbər verir ki, cütlük artıq gəlinlik mağazasında olub. Afət toyda geyinəcəyi gəlinliyi də seçib. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aparıcının sevincli halları izləyiciləri
13.12.2025 1007 Hollivud şoku: aktyor Piter Qrin Nyu-Yorkda ölü tapıldı
ABŞ-da tanınmış aktyor Piter Qrin Nyu-Yorkdakı mənzilində ölü vəziyyətdə tapılıb. xəbər verir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb. 60 yaşlı aktyorun ölüm səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Məlumata görə, "Maska" və "Kriminal Çtivo" (Pulp Fiction
13.12.2025 564 "Titanik"in ulduzu: "Əsl gözəlliyin nə olduğunu anlamırıq"
Britaniyalı aktrisa və Oskar mükafatı laureatı Keyt Uinslet botoksu, dolğu və pəhriz həblərini sərt şəkildə tənqid edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times" qəzetinə verdiyi müsahibədə danışıb. "Bu, kabusdur. Bəzi insanlar hər nəyin bahasına olursa-olsun, başqası olma
11.12.2025 395 "Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO
"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır
14.12.2025 779 Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO
Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr
13.12.2025 634 Tom Kruz kosmosdakı filmindən imtina etdi
Amerikalı aktyor Tom Kruz Beynəlxalq Kosmik Stansiyada (BKS) film çəkmək planından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. Bildirilir ki, çəkilişlər üçün federal hökumət və NASA-dan xüsusi icazə tələb olunurdu, lakin aktyor bu məsələ ilə bağlı Donald Tramp
13.12.2025 442 Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI
Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun
13.12.2025 679 Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm, coşqu və enerji dolu Demet Akalın konserti - FOTOLAR
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events" şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib. BİG.AZ xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektlər
14.12.2025 536