Eldar və Nigar "Nar Mobile" reklamında [Foto,Video]

Eldar və Nigar "Nar Mobile" reklamında [Foto,Video]
Eldar və Nigar "Nar Mobile" reklamında [Foto,Video]
Eldar və Nigar "Nar Mobile" reklamında [Foto,Video]

6 iyul 2011-ci il tarixində Eurovision 2011 mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Azərbaycan telekommunikasiya sektorunda Nar Mobile ticarət nişanını təmsil etmələri ilə bağlı Azerfon MMC ilə eksklüziv müqavilə imzaladılar.

Azerfon MMC-nin Kommersiya məsələləri üzrə baş müdiri S. Teyssedrin sözlərinə görə, Nar Mobile Azərbaycanda 3G+ texnologiyalı xidmətləri təqdim edən ilk və tək mobil rabitə operatorudur.

“Biz hər zaman daha da irəliyə getməklə Azərbaycan telekommunikasiya sektorunun dinamik inkişaf simvoluna çevrilməkdəyik. Eldar və Nigar isə bütün Avropada Azərbaycanın qalibiyyət simvollarıdırlar. Məhz buna görə də Nar Mobile ilə Eldar və Nigar arasında bağlanan əməkdaşlıq müqaviləsi məntiqlidir”, - deyə S. Teyssedr vurğuladı.

“Eldar və Nigar Azərbaycan xalqının zəfər və uğur rəmzinə, Azərbaycan gənclərinin simvollarına çevriliblər. Ölkənin ən gənc mobil operatoru kimi Nar Mobile bu əməkdaşlığın uğurlu və müvəffəqqiyyətli olacağına inanır”, - deyə Azerfon şirkətinin Marketinq Ünsiyyət Vasitələri Departamentinin Direktoru İ. İbrahimli bildirdi.

Öz növbələrində Eldar və Nigar dinamik inkişaf edən gənc mobil rabitə operatorun simaları olacaqlarından məmnun qaldıqlarını bildirdilər. Onların sözlərinə görə, artıq Nar Mobile-ın 3G+ xidmətlərindən istifadə edirlər və başlanan yeni əməkdaşlığı bu seçimin məntiqi davamı hesab edirlər.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Video Oxunub: 7017 Tarix: 09.07.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər