Azərbaycanın ən gözəl səsli 10 qadın MÜGƏNNİSİ - VİDEO

Azərbaycanın ən gözəl səsli 10 qadın MÜGƏNNİSİ - VİDEOMusiqimizə öz səsləri ilə əvəzsiz töhfələr vermiş insanlar var. Azərbaycan musiqisində qadın müğənnilərin haqqında isə ayrıva danışmaq lazımdı. Sovet dövründə başlayan və hələ də az da olsa davam edən mükəmməl səsə sahib xeyli sayda sənətkar var.

BiG.AZ sizə bu unudulmaz ifaları bir siyahıda təqdim etməyə çalışacaq. Siyahıya əlavələriniz olduqda, bizimlə şərhlər bölməsində bölüşə bilərsiniz.

Şövkət Ələkbərova

Şövkət Ələkbərova bir çox mahnını məhz öz ifasıyla sevdirməyi bacarmış bir müğənni idi. Onun ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanırdı. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Zeynəb Xanlarova

1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb, Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını da yaradan 79 yaşlı unudulmaz sənətkardır. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

Flora Kərimova

Gözəlliyi, səsi, musiqiləri əbədi olan Flora Kərimova. Onun səsi möcüzə kimi səslənəcək qədər mükəmməldir, ifasında o qədər səmimiyyət və hiss var ki, hər dövrdə musiqilərinə qulaq asılır və əminik ki bu hələ uzun zaman belə davam edəcək. Ramiz Rövşən, Nəriman Həsənzadə, Vaqif Səmədoğlu, Məmməd Araz, Baba Vəziroğlu, Vahid Əziz, Fikrət Qoca və bu kimi bir çox şairimizin ən sevimli müğənnisi, onların şeirlərinə bəstələnmiş musiqiləri böyük peşəkarlıqla ifa etmişdir. Odur ki, nəsillər dəyişəcək, Flora Kərimovanın səsi isə hər zaman sehrli qalacaq.

Sara Qədimova

Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.

Elmira Rəhimova

Mükəmməl səs tembri və haqqında danışılan maraqlı söhbətlərlə o Sovet dövrünün ən qeyri-ad0 xanımlarından biriydi. Hindistan şahzadəsinin ona evlilik təklifi etməsiylə bağlı söz-söhbət bütün ölkəni bürümüşdü. Gözəl səsi və mahnı seçimi onu zərifliyi ilə birlikdə unudulmazlar sırasına əlavə edib.

Nəzakət Məmmədova

Azərbaycanın korifey sənətkarlarından daha biri. Soçidə plastik əməliyyat əsnasında həkim səhvi ilə dünyasını dəyişən Nəzakət Məmmədova səsi ilə hər kəsin sevimlisinə çevrilmişdi.

Rübabə Muradova

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş sənətkarlarından Rübabə Muradova Ərdəbildən idi. 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Fidan və Xuraman Qasımovalar

Opera sənətkarı olan Fidan və Xuraman Qasımovalar öz vokal imkanları və mükəmməl ifa tərzləriylə hər kəsi özlərinə heyran qoymağı bacaran insanlardır. Onların Azərbaycan musiqisində xüsusi yeri var.

Əzizə Mustafazadə

Azərbaycan jazz dühası Vaqif Mustafayevin qızı son illərdə Azərbaycan incəsənətinin ən dəyərli simalarından biridir. Xaricdə yaşasa da azərbaycanca oxuduğu saysız mahnı və albomları var.

Sevda Ələkbərzadə

Müasir dövrümüzün ən xüsusi səs və ifa imkanlarına malik qadın səslərindən biridir. Xalq və öyrəşdiyimiz bəstəkar mahnılarına öz caz akkordlarıyla xüsusi çalarlar əlavə edən Sevdanın bu ifaları hər zaman çox müzakirə olunur.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3440   Tarix: 17 fevral 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Faciəvi şəkildə ölən müğənninin həmin proqramdakı sözləri ürəkləri parçaladı - VİDEO

Məşhur sənətçi Alişan faciəvi şəkildə ölən müğənni Gül Tutla (Güllü) bağlı paylaşım edib. xəbər verir ki, Alişan Güllünün bir televiziya proqramında söylədiyi sözlərdən ibarət görüntünü bölüşüb. Videoda Güllü aparıcının "Sağ ikən çox az qonorarla səhnəyə çıxırlar. Allah qorusun, vəfat edəndən sonr

13.12.2025 634
.

"Survivor 2026" iştirakçıları bəlli oldu - FOTO

"Survivor 2026"da könüllülər komandasında iştirak edəcək kişi iştirakçıların adları bəlli olub. xəbər verir ki, bu barədə Acun Ilıcalı son paylaşımında qeyd edib. Könüllülər komandasında iştirak edən kişi iştirakçılar Engincan Tura, Eren Semerci, Erkan Bilben, Onur Alp Çam, Ramazan Sarıdır

14.12.2025 779
.

Emil qayınatası ilə qızının fotosunu yayımladı

Müğənni Emil Bədəlov sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər veri rki, ifaçı qayınatası, Xalq artisti Firuz Əliyev və kiçik qızı Cahanın səmimi fotolarını izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, müğənni Firuz Əliyevin qızı Xanımla ailəlidir. Onların 3 qız övladı var

18.12.2025 532
.

Faciəvi şəkildə ölən 52 yaşlı müğənninin qızının ŞOK MESAJLARI üzə çıxdı - FOTOLAR

Müğənni Güllünün şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem Gülterin tutulmazdan az öncə rəfiqəsinə göndərdiyi mesajlar üzə çıxıb. -un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mesajlarda "Çamadanlarımı götürüb Yalovaya qayıdacağam" ifadəsi diqqə

13.12.2025 555
.

Rəqsanə həyat yoldaşının videosunu paylaşdı

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrılma xəbərlərinə son qoyub. Axşam.az xəbər verir ki, sənətçi həyat yoldaşının görüntüsünü paylaşıb. Videoda onun qızı Mihrimah da yer alıb. Qeyd edək ki, Rəqsanə konsertdə "Fazillə hər şey bitdi" sözünü deyib

18.12.2025 513
.

Şeyma Subaşı və daha 3 nəfər axtarışa verildi

Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün səhər saatlarında aparılan narkotik əməliyyatları çərçivəsində bir neçə məşhur saxlanılıb. Axşam.az-ın məlumatına görə, istintaqa cəlb olunacaqlar arasında türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımı, sosial media fenomeni Şeyma Subaşı da yer alıb. Bundan başqa

18.12.2025 414
.

"Zootopia 2" kassa rekordu qırdı

"Zootopia 2" filmi ilk nümayişindən 17 gün sonra dünya üzrə kassa gəlirlərində 1 milyard dollarlıq həddi keçib. "The Hollywood Reporter"ə istinadən xəbər verir ki, bu göstərici istənilən Hollivud animasiya filmindən və ya yaş məhdudiyyəti olmayan istənilən filmdən daha yüksək nəticədir

14.12.2025 677
.

Rəqsanə boşanıb: "Hər şey bitib"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb. Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi ötən gün olan konsertində deyib. Onun "Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib" sözləri diqqət çəkib. Qeyd edək ki, Rəqsanəni

17.12.2025 764
.

"Artıq hər şeyin gözəl olmasına çalışmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı bir müddət əvvəl vəfat edən valideynləri ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, valideynləri üçün darıxdığını, həftəsonu daha çox əziyyət çəkdiyini bildirib:. "Hər həftəsonu gələndə ürəyim atlanır. Elə bilirəm ki, yenə hər zaman olduğu kimi bütün övladlarını

13.12.2025 552
.

TOP MP3